GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Erməni-Azərbaycan munaqişəsinin tarixi və geosiyasi kökləri

Erməni-Azərbaycan munaqişəsinin tarixi və geosiyasi kökləri

Tarix: 2-04-2018, 10:47 Bölmə :Mədəniyyət Baxış: 814
Erməni-Azərbaycan munaqişəsinin tarixi və geosiyasi kökləri


Erməni-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Çar Rusiyası hələ XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin torpaqlarının bölüşdürülməsi, həmçinin Aralıq dənizinə və Şərqə çıxış əldə etmək məqsədilə Türkiyə və İrana qarşı müharibələr aparırdı. Bu müharibələrin nəticəsi olaraq, çar Rusiyası və İran arasında 1828-ci il «Türkmənçay» müqaviləsi ilə Azərbaycan torpaqları bu iki dövlət arasında bölüşdürüldü. Həmin müqavilə ilə Azərbaycanın tarixi torpaqları parçalandı.

Türkmənçay müqaviləsi ilə regionda geosiyasi oyunların və faciələrin əsası qoyuldu. Belə ki, 1828-ci ildən etibarən İran və Türkiyədə yaşayan ermənilərin Rusiyanın işğal etdiyi Cənubi Qafqaza kütləvi köçürülməsinə başlanıldı. Müharibədən sonrakı iki il ərzində, yəni 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 mindən çox, Türkiyədən isə 84 mindən çox erməni köçürüldü. Cənubi Qafqaza köçürülən ermənilər strateji baxımdan əhəmiyyət kəsb edən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında yerləşdirildilər.

Rus tədqiqatçısı N.N.Şavrov yazırdı ki, 1908-ci ildə Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın köklü sakinləri deyildir və həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahilində Çar Rusiyası tərəfindən məskunlaşdırılmışdır. Beləliklə də, ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə köçürülməsi bu regionda demoqrafik vəziyyətə ciddi təsir göstərdi və ermənilərin gələcək ərazi iddialarının əsası qoydu.

Rusiyanın dəstəyi ilə Ermənilər Birinci Dünya müharibəsinin (1914-1918) yaratdığı tarixi şəraitdən istifadə edərək Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrində güclü hərbi qüvvələr formalaşdırdılar. Bu hərbi kontigentlərin əsasını Rusiyada təlim keçmiş zabitlər və Türk ordusundan qovulan erməni əsilli əsgər və zabitlərdən ibarət idi. Həmin dəstələr silahlanaraq, azərbaycanlıların yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər.

1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayınadək İrəvan xanlığı ərazisində 200 azərbaycanlı kəndi yandırılaraq məhv edilmişdi. Bolşevizm bayrağı altında əksinqilabcı unsurlərə qarşı mubarizə adı altında Stepan Şaumyanın rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci ilin martından etibarən Bakı quberniyasında azərbaycanlıların məhv edilməsinə başlandı və qısa muddət ərzində Bakmın xeyli hissəsi xarabalığa cevrildi.

Erməni-Azərbaycan munaqişəsinin tarixi və geosiyasi kökləri


Azərbaycanlılara qarşı soyqırımı əməliyyatları Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxcıvanda, Lənkəranda və digər bolgələrdə xususi qəddarlıqla həyata kecirildi. Dinc əhali yalnız etnik azərbaycanlı olması səbəbindən kutləvi şəkildə öldurulur, yaşayış məntəqələri yandırılır, milli mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılaraq məhv edilirdi. Bu dövrdə Cənubi Qafqazda erməni quvvələri tərəfindən təxminən 100 mindən cox etnik azərbaycanlı məhv edildi

Zəngəzurda və Qarabağda kifayət qədər güclənən erməni millətçiləri Qarabağda erməni hökuməti yaratmaq üçün, 18 sentyabr 1917-ci ildə Şuşa şəhərində hüquqşunas Levon Vartapetyanın evində gizli şəraitdə toplaşaraq 14 nəfərdən ibarət Qarabağda müvəqqəti erməni hökumətinin tərkibini elan etdilər. Adı çəkilən bu cinayətkar dəstə, 2 il ərzində Qarabağda və Zənğəzurda çoxlu sayda talanlar və qırğınlar törətdi. Erməni tarixçisi Melik Şaxnazaryan xatirələrində yazırdi ki, “...Biz fəaliyyətimizin ilk ilində Qarbağda azərbaycanlılara qarşı döyüşmək üçün 17 min nəfər erməni döyüşçü səfərbər etməyə müvəffəq olduq...” (Zare Melik-Şaxnazarov Zapiski karabaxskoqo soldata, səh,6. Moskva, 1995).

O dövrün rəsmi sənədlərində göstərilirdi ki, 1918-ci ildə Qarabağın kənd və qəsəbələrində gizlənən və vahid mərkəzdən idarə olunan ermənilər 15 min atıcı döyüş silahına, o cümlədən revolyerlərə, “Mauzer” tipli alman tapançalarına, 6 rusiya istehsalı olan “Maksim” tipli pulemyota, 2 artileriya silahına malik idilər. Bundan başqa Şuşadakı erməni bazarının yaxınlığındakı erməni sahibkarlarına məxsus villaların zirzəmilərində atıcı silahların patronları, əl qumbaraları və uzaqvuran atıcı silahlar istehsal edən gizli sexlər yaradılmışdı. Silahların alqı-satqısı və tələb olunan məntəqələrə çatdırılması Şuşadakı erməni bazarında əyləşən xüsusi təyənatlı agentlər tərəfindən gizli şəraitdə həyata keçirilirdi.

Azərbaycan 28 may 1918-ci ildə dovlət mustəqilliyi elan etdikdən sonra, Rusiya müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini ermənilərin əli ilə elə beşikdəcə məhv etmək istəyirdi. Məhz buna görə də Rusiya, Azərbaycanın bütünlüklə Qərb hissəsini, o cümlədən digər bölgələrini (1828 –ci ildə rus çarı 1-ci Nikolayın 1825-55 saylı sərəncamı ilə İrəvan xanlığı əsasında yaradılmış) «erməni vilayəti» nə birləşdirmək istəyirdi. Elə bu səbəbdən də Naxçıvan, Bakı, Quba, Şamaxı və Gəncə bölgələrində iğtişaşlar yaradaraq, Qarabağ bölgəsini Azərbaycandan qoparmaqla yenicə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətini daxildən sarsıdaraq məhv etmək istəyirdi.

Yaranmış tarixi-siyasi vəziyyəti nəzərə alan Azərbaycan Hökuməti, əsasən də ermənilərin ərazi iddialarma son qoyulması və ermənilərin azərbaycanlılara qarşı silahlı hucumlarının dayandırılması muqabilində, 1918-ci ildə İrəvan şəhərinin ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da, tarixi Azərbaycan torpaqlarında paytaxt Irəvan şəhəri olmaqla Ermənistan dövləti yaradıldı. Lakin erməni tərəfi bundan sonar da ərazi iddialarından əl cəkmədi və azərbaycanlıların zorakılıqla oz tarixi torpaqlarından qovulması davam etdirildi. Nəhayət, ermənilərin silahlı təcavuzu nəticəsində Zəngəzur mahalı işğal edildi və erməni tərəfi İranla sərhəd qurulmasma nail oldu.

Erməni-Azərbaycan munaqişəsinin tarixi və geosiyasi kökləri


Bu bölgədəki situasiyanı ciddi nəzarətdə saxlayan Azərbaycanın hökumət rəhbərləri, bütün qeyri-qanuni hərbi birləşmələri ləğv etmək, eyni zamanda Qarabağda yerli türk-müsəlman əhaliyə qarşı talanlar və qətllər törədən erməni-daşnak silahlılarını tərksilah etmək və bölgədə Azərbaycanın qanuni hakimiyyət strukturlarının işini bərpa etmək məqsədi ilə 1918-ci ilin sentyabr-oktyabr aylarında Qafqaz İslam ordusuna daxil olan Türk və Azərbaycan hərbi hissələrindən təşkil olunmuş Qarabağ hərakatı hərbi qüvvələri yaradıldı. Bu hərbi qüvvələrə rəhbərlik birinci Azərbaycan divizyasının komandiri Cvid Cahid bəyə həvalə edildi. Bu diviziyanın tərkibində birinci, ikinci və üçüncü süvari alayları, ikinci piyada alayı, milli könüllü bölmələr habelə bir Şnayder dağ toboru və zirehli avtomobillər iştirak edirdilər.

Oktyabrın 4-də Cəmil Cahid bəyin Qarabağ hərbi dəstəsi Şuşaya doğru hərəkətə başladı. Şuşa əhalisi Qafqaz İslam Ordusuna daxil olan Qarabağ hərakatı hərbi qüvvələrini sevinclə qarşıladılar. Şuşadakı erməni silahlılarının bir qismi silahı yerə qoyaraq təslim oldular, bir qismi isə Zəngəzur istiqamətində geriyə çəkildilər. Qarabağdakı erməni zabitlərinin bir çoxu Gürcüstana qaçaraq orada hərbi səfərbərlik elan etdilər

Yaranmış mürəkkəb beynəlxalq tarixi şərait, Türkiyənin Cənubi Qafqazdan geri çəkilməsinə səbəb oldu. İmzalanan Mudros barışığı (1918) razılaşmasının şərtlərinə görə, türk hərbi qüvvələri Azərbaycandan geri çağırıldı. Bu isə Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünün daha da azğınlaşmasına səbəb oldu. (Mudros müqaviləsi, 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi «HMS Agamemnon» gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci Dünya Müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir).

Qarabağdaki 9-cu və 106-cı türk alaylarının geri çağrılmasından sonra general-mayor Usubov diviziyanın komandiri təyin edildi və Qarabağda erməni təcavüzünə qarşı mübarizə aparmaq bütünlüklə Azərbaycanın hərbi hissələrinin öhtəsinə düşdü.

Zəngəzurdakı vəziyyətin ağırlığını nəzərə alan Azərbaycan hökuməti, erməni-daşnak silahlı dəstələrinin Zəngəzur torpaqlarında azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınların qarşısını almaq və onların Qarabağ istiqamətində hücumlarını dayandırmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qoşun hissələri tərkibində 1919-cu ildə oktyabr ayının 30-da Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi yaradıldı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstənin tərkibində iki qrup var idi. Birinci dəstədən olan qrupa general-mayor Davud bəy Yadigezarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa isə polkovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. (Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II., Bakı., 2005 )

Azərbaycan tərəfinin uğurla başlayan Zəngəzur əməliyyatının müvəffəqiyyətlərini əldə saxlamaq mümkün olmadı. Belə ki, canlı qüvvələrin azlığı, qida və silah sursatların çatışmazlığı Azərbaycan ordusuna əməliyyatın masştabını genişləndirməyə imkan vermirdi.

General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdırmaq Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür. (Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II., Bakı., 2005) Lakin Zəngəzur ekspedisiyasının hərbi əməliyyatı başa çatdırılmadan dayandırıldı. Belə ki, Zəngəzur və Qarabağ məsələsinin Azərbaycan və Erməni rəhbərləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlərə son verildi.

Rəsmi şəkildə müharibə dayandırılsada, Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanları, zorlama və qırğınların qarşısını almaq mümkün olmadı. Qarabağın mərkəzi olan Şuşa şəhərində ermənilərin fəallığı xüsusi olaraq artırdı. Azərbaycanın müxtəlif bölgələrində etnik zəmində daxili ziddiyətləri qızışdıran Rusiya burada erməni faktorundan xüsusi olaraq faydalanırdı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti getdikcə azğınlaşan erməni millətçilərinin silahlı müdaxilələrinin qarşısını almaq üçün, 1919–cu ilin yanvar ayının 13-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general–qubernatorluğunu yaratmağa məcbur oldu. Qarabağ general-qubernatoru vəzifəsinə əslən Zəngəzurlu (Laçınlı) Xosrov bəy Paşabəy oğlu Sultanov təyin edildi.

Xosrov bəy Şuşa şəhərindəki Topçu və Davıdovski küçələrində yerləşən varlı erməni evlərinin zirzəmilərində erməni ordusu üçün gizli silah istehsalı ilə məşğul olan Qriqor Baqdatyanın rəhbərlik etdiyi qrupu, Amo ləqəbli mauzer ustası Armenak Dovlatuventsi və onun da təmsil olunduğu digər bir silahlı qrupu, eyni zamanda Şuşadakı erməni bazarında silah alveri ilə məşğul olan bütün silah alverçilərini eyni gündə həbs etdi. Qarabağdakı erməni silahlılarına qarşı mübarizəyə başlayan Xosrov bəy çox qısa müddət ərzində Dro ləqəbli general (Drastamat Kanayan)ın, Nejde ləqəbli (Qaregin Ter-Artunyan)ın və general Andronikin muzdlu silahlı dəstələrini darmadağın edə bildi. Qarabağda gizli şəkildə fəaliyyət göstərən “Qarabağ müvəqqəti erməni hökuməti” bütün tərkibini buraxaraq Şuşanı tərk etdi. Bununla da bu “hökumət” Azərbaycanın siyasi səhnəsindən birdəfəlik silindi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin başı Zəngəzurda və Qarabağda erməni separatçılarının hücumlarını dəf etməyə qarışdığı bir zamanda, Rusiya Dağıstan və Həştərxan (Astrxan) vilayətlərinin ərazilərindən qurudan və sudan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinə hücum etdi. 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın hərbi təcavüzü nəticəsində süqut etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra (29 noyabr 1920-ci il tarixdə) Rusiya, Zəngəzur da daxil olmaqla Azərbaycanın 9 mahal və qəzalarını birləşdirərək Ermənistan Respublikası adlı bir dövlətin yaradıldığını elan etdi. Bu Rusiyanın işğalı altındakı Azərbaycan torpaqları üzərində yaratdığı, bəşər tarixində ilk dəfə adı çəkilən ilk erməni dövləti idi. Bu hadisədən sevinərək gözləri yaşaran bir Fransız jurnalisti yazırdı: «Bu bəşəriyyət tarixinə müstəqil erməni dövləti kimi daxil olan yeganə dövlətdir».
Azərbaycan torpaqlarında ermənilərin mövcudluğu və Ermənistan adlı bir qurumun yaradılması Rusiyasının layihəsidir. Ermənistanı yaratmaqda məqsəd, Rusiyaya olan xarici hücumları öz sərhədlərindən kənarda qarşılamaq, eyni zamanda Azərbaycanın neft sənayesini öz inhisarında saxlamaq olmuşdur. Bu Rusiyanın 100 il öncə düşündüyü plandır. Ermənilər öz milli müqəddəratlarını özləri təyin etməyiblər, Ermənistanı Rusiya yaradıb.

1920-ci ildə Azərbaycan Demokratik Respublikasını silahlı müdaxilə yolu ilə zorla devirən Rusiya Azərbaycanın “tərkibində” 7 İyul 1923-cü ildə (DQMV) (Dağlıq Qarabağ Muxtar Vilayətini) yaradaraq, Azərbaycanda hər an közərməyə qadir olan separatizmin əsasını qoydu.

1945-ci ilin noyabr ayında Ermənistan K(b)P MK katibi Q.Arutyunov İ. Stalinə müraciət edərək, bu iki Respublika arasında iqtisadi əlaqələrin “bağlılığını” əsas gətirərək Azərbaycan SSR-in DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edliməsi haqqında məsələ qaldırdı.

Məlumat baxılmaq üçün Azərbaycan tərəfə göndərildi, lakin rəsmi Bakı sənədi müzakirəyə çıxarmadan rədd etdi. Bundan iki il sonra İ.V.Stalinin imzaladığı "Kolxozculann və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kur-Araz ovalığma kocurulməsi haqqında" 1947-ci il 23 dekabr tarixli 4083 saylı və "Kolxozcuların və digər Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kur-Araz ovalığma kocurulməsi ilə əlaqədar tədbirlər haqqmda" 1948-ci il 10 mart tarixli 754 saylı SSRI Nazirlər Sovetinin qərarlarma əsasən 150 minədək azərbaycanlı ozlərinin tarixi torpaqlarından deportasiya olundu.

Sovet hakimiyyəti illərində ermənilər, rusların köməyi ilə azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını müntəzəm şəkildə təmin etdilər. Belə ki, 1943 - cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Ermənistana köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələyə Stalin şəxsən razılıq verdi.

Sovet rəhbərliyinin bu qərarı azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoydu. Çünki İrandan gələn ermənilərin məskunlaşması üçün ərazilər və evlər boşaldılmalı idi.

1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlandı. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400, 1948-ci ildə isə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan xeyli sayda erməni Ermənistandan qovulan azərbaycanlıların mülklərinə köçürüldü.

Yalnız 1953-cü ildə Stalinin ölümündən sonra Ermənistandan azərbaycanlıların köçürülməsi prosesi dayandırıldı. 1985-ci ildə M.Qorbaçov Sovetlər Ittifaqının rəhbəri seçildikdən sonra onun həyat yoldaşı R.Qorbaçovadan istifadə edən ermənilər “Böyuk Ermənistan” yaratmaq iddialarını gündəmə gətirərək yenidən fəallaşdırdılar.

Rusiyada 1988-ci ildə başlayan yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhvalruhiyyəsinin və Azərbaycana qarşı ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış bir metod irəli sürüldü, guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması imkan verirr ki, azərbaycanlılar Ermənistandan çıxarılsın, Qarabağ isə Ermənistana birləşdirilsin. 1988-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilirdi.

Etnik təmizləmə və indiki Ermənistan ərazilərində 1988-ci il noyabrın sonunda başlandı. Rəsmi hakimiyyət orqanlarının dəstəyi və sanksiyası ilə indiki Ermənistan dovlətinin ərazisində məskunlaşmış son 350 mindən artıq azərbaycanlı qısa bir muddət ərzində oz tarixi torpaqlarından deportasiya olundu. Ermənistanm azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin novbəti faciəvi mərhələsi olan bu kutləvi qovulma aksiyası azərbaycanlıların oldurulməsi, onlara işgəncələrin verilməsi ilə muşayiət edildi. Etnik təmizləmə nəticəsində 216 azərbaycanlı qətlə yetirildi ki, bunların da əksəriyyəti qadmlar, uşaqlar və qocalar idi. Bunlardan 49 nəfəri xilas olmağa calışarkən dağlarda donmuş, 41 nəfəri xususi qəddarlıqla doyulərək qətlə yetirilmiş, 35 nəfəri uzun surən işgəncələrlə oldurulmuş, 11 nəfəri diri-diri yandırılmış, 16 nəfəri gullələnmiş, 10 nəfər əzab və işgəncələrə dozməyərək olmuş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən oldurulmuş, 2 nəfərin başı kəsilmiş, digərləri isə suda boğularaq, asılaraq, elertrik cərəyanma birləşdirilərək və s. qeyri-insani usullarla qətlə yetirilmişlər. Etnik azərbaycanhlara qarşı cinayətlər Quqark, Kalinin, Gorus, Stepanavan, Vardenis, Masis, Spitak, Ararat, Kirovakan, İcevan, Krasnoselo, Yexeknadzor, Amasiya, Qafan, Abovyan, Sisyan, Sevan, Noyemberyan, Meğri və digər rayonlarmda xususi qəddarlıqla həyata kecirildi.

1991-ci il avqustun 8-də sonuncu azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. «Türksüz Ermənistan» adlı daşnak ideyası reallaşdı. Ermənistanın azərbaycanlılara qarşı bu təcavüzkar siyasəti dünyanın bütün supergücləri tərəfindən dəstəkləndi. Rəsmi Yerevanm ardıcıl və davamlı şəkildə həyata kecirdiyi etnik təmizləmə siyasəti nəticəsində hazırda bu olkə ərazində bir nəfər də azərbaycanlı qalmadı.

1988-ci ildən Dağlıq Qarabağın erməni əhalisi arasında millətçilik əhval-ruhiyyəsi qızışdırılmağa başlanmışdı və 13 fevral 1988-ci il tarixdə ermənilərin Xankəndi şəhərində “Qarabağ Ermənistana birləşdirilsin” şüarı altında mitinqləri başlandı.

Xankəndində isə vəziyyət getdikcə mürəkkəbləşir, kütlə vilayət rəhbərliyinin idarəçiliyindən çıxırdı. Bu arada Moskva Arkadi Volskinin rəhbərliyi ilə Xüsusi İdarəetmə Komitəsi yaratmaqla Dağlıq Qarabağa nəzarəti tamamilə öz əlinə aldı. Komitənin əsas missiyası Qağlıq Qarabağdan azərbaycanlı əhalinin köçürülməsini təmin etməklə bərabər, Qarabağı Ermənistana birləşdirilməsinə nail olmaq idi.

Xüsusi İdarəetmə Komitəsi Dağlıq Qarabağın “Sosial iqqtisadi geriliyini” aradan qaldırmaq üçün, iqtisadi cəhətdən Azərbaycandan qat-qat zəif olan Ermənistanın sənaye və kənd təsərrüfatı rəhbərlərini Xankəndinə dəvət etdi. Ermənistanın sənaye və kənd təsərrüfatı idarələrinin filiallarını burada açmaqla Komitə, Qarabağla Ermənistanın bağlılığını daha da artırmaqla gələcəkdə bu ərazilərin Ermənistana birləşdirilməsinin zəruriliyini ortaya qoyurdu.

1988-ci ilin noyabr ayında Ermənisan SSR-in Alminium zavodlarından birinin filialının Əsgəran rayonunun ərazisindəki “Topxana” meşəsində tikintisinə başladılar. “Topxana” Azərbaycan üçün yalnız meşə, təbiət qoruğu gözəllik simvolu deyil, “Topxana” bu xalqın tarixi və qürur mənbəyidir.
Ermənistanın Topxanaya olan bu təcavüzü onsuz da əsəbləri tarıma çəkilmiş Azərbaycan xalqını ayağa qaldırdı. Laçından, Şuşadan başlanan xalq hərəkatı Bakıda böyük və geniş vüsət aldı. Bu Hərakat çox qısa müddətdə bütün Azərbaycana yayılaraq Sovetlər İttifaqını kökündən silkələdi. Çünki xalq öz azadlığı uğurunda mübarizəyə qalxmışdı.

Buna cavab olaraq ermənilər Dağlıq Qarabağda etnik təmizləmə işlərini daha da sürətləndirdilər. Qarabağdan Azərbaycanlıların öz doğma yurd-yuvalarından qovularaq çıxarılması getdikcə kütləviləşirdi. Ermənilər yollarda pusqular qurur azərbaycanlıların nəqliyyat vasitələrinə hücumlar təşkil edirdilər. Hər gün bu yollardan keçən onlarla azərbaycan vətəndaşları bədən xəsarətləri alırdılar. Artıq dünyanın bir çox tanınmış terrorçuları Qarabağa azərbaycanlılara qarşı döyüşməyə gəlirdilər.

1988-ci ilin payızında artıq ermənilərin hərbiləşdirilmiş silahlı dəstələri Qarabağın meşələrində görünməyə başladı. Onlar saqqallarını uzadaraq meşələrdə yaşayır DQMV-nin rəhbərliyi tərəfindən silah sursat və ərzaqla müntəzəm təmin olunurdular. Saqqalıların vəzifəsi azərbaycanlıların yaşayış mərkəzlərində təxribatlar, sui-qəsdlər törədərək əhalini daim qorxu və vahimə içərisində saxlamaqla bərabər rəhbərlərindən gələn növbəti təlimatlara əməl etmək idi.

Azərbaycan Hökumətinin erməniləri sakitləşdirmək üçün ümidsiz cəhdləri bir fayda vermirdi. Ermənilər dinc qonşuluğu düşmənçiliyə çevirirdilər. Artıq onlara Tibilisidən “Dağ tülküsü” ləqəbli general Arkadi İvanoviç Ter-Tadovesyan, əslən ABŞ-ın Kaliforniya ştatından olan Livan vətəndaşı məhşur terrorist “Abo” ləqəbli Monte Melkonyan, İrəvan şəhərindən Tatul Karapetyan kimi xüsusi təlim görmüş canlı qüvvələr öz silahlı dəstələri ilə Qarabağda azərbaycanlılara qarşı vuruşmağa gəlirdilər. Meşələrdə erməni millətindən olan qaniçən saqqallı insanların peyda olduğu barədə müxtəlif vahiməli xəbərlər azərbaycanlıların yaşayış məntəqələrində sürətlə yayılırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqişəsi etnik azərbaycanhların 1988-1989-cu illərdə cəmi bir necə ay ərzində oz tarixi torpaqlan olan indiki Ermənistan Respublikası ərazisindən deportasiyası və bu dovlətin zor tətbiq etməklə yeni ərazilər əldə etmək siyasətinin davamı kimi Azərbaycan Respublikasma qarşı silahlı təcavuzu nəticəsində baş vermiş və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli surmuşdur.

Ermənistan SSR Ali Soveti "Ermənistan SSR ilə Dağlıq Qarabağm birləşdirilməsi haqqında" 1 dekabr 1989-cu il tarixli beynəlxalq huquq normaları ilə ziddiyyət təşkil edən qərar qəbul etmişdir. Bu qərara görə digər bir dovlətin ərazisinin bir hissəsi - Azərbaycan Respublikasımn Dağlıq Qarabağ bolgəsi, qonşu dövlət Ermənistan Respublikasımn ayrılmaz hissəsi" elan edilirdi. Ermənistan SSR Ali Sovetinin qeyd edilən qərarı Ermənistanın silahlı quvvələrinin Azərbaycan Republikasma qarşı silahlı təcavuzu rəsmləşdirildi.

Ermənistan hakimiyyəti oz ərazisində yaşayan azərbaycanlıları oz tarixi torpaqlarmdan deportasiya etməklə kifayətlənməmiş və 1988-1994-cu illərdə Azərbaycana qarşı silahlı təcavuz etmişdir. Azərbaycana qarşı silahlı doyuşlərdə Ermənistanın silahlı quvvələri ilə yanaşı, dunyanm muxtəlif olkələrinin vətəndaşları olan etnik ermənilərdən ibarət silahlı muzdlular dəstəsi və beynəlxalq erməni terror təşkilatları iştirak etmişlər. Ermənistanm Azərbaycana qarşı hərbi təcavuzu nəticəsində Azərbaycan torpaqlarınm 20 faizi, o cumlədən kecmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), eləcə də ona bitişik olan 7 rayonunun (Lacm, Kəlbəcər, Ağdam, Fuzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) əraziləri işğal edildi

Bundan başqaAzərbaycanın cəbhəyanı və Ermənistanla sərhədyanı rayonlarının da bir sıra yaşayış məntəqələri işğal olunmuş (Naxcıvan MR, Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) və ciddi zərər (Ağstafa, Beyləqan, Tovuz) vurulmuşdur. Hazırda Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxcıvan Muxtar Respublikasmm işğal olunmuş 2 kəndindən 1-i, Ağdam rayonunun işğal olunmuş 123 kəndindən 80-i, Fuzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-u, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7-si hələ də işğal altmda qalmaqdadır. Azərbaycan Respublikasmm kecmiş DQMV və 7 ətraf rayonu, o cumlədən cəbhəyanı və sərhədyanı rayonların bir sıra yaşayış məntəqələri də daxil olmaqla Azərbaycan Respublikasının 20% ərazisi işğal edildi.

Ermənistanm silahlı təcavuzu nəticəsində 20 min azərbaycanlı həlak olmuş, 50 min insan yaralanmış və muxtəlif dərəcəlı xəsarət almış, 5 mindən artıq azərbaycanlı əsir və itkin duşmuş, Ermənistanm oz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində həyata kecirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qacqm və məcburi kockunə cevrilmişdir. Muharibə nəticəsində 900-dən cox yaşayış məntəqəsi dağıdılmış və qarət edilmiş, mulki əhalinin umumilikdə 9 milyon m2 sahədə evləri, dovlət muəssisələri və sosial obyektlər dağıdılmış və yandırılmışdır.

Rusiya Federasiyasmın vasitəciliyi ilə 1994-cu ilin 12 may tarixində tərəflər arasmda atəşkəs haqqmda protokol imzalandı və hazırda munaqişənin sulh yolu ilə tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəciliyi ilə danışıqlar aparmağa başladılar.

ATƏT-in həmsədr olkələri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatlarmda təcavuzkar olkə ilə təcavuzə məruz qalan olkə arasında hec bir fərq qoyulmamış, təcavüzkardan beynəlxalq huquq normalarına riayət edərək, işğal altmda olan əraziləri dərhal və qeyd-şərtsiz azad etmək tələb olunmamış, bu məqsədə nail olmaq ucun təcavuzkar Ermənistana qarşı hec bir siyasi təsir gostərilməmişdir

Azərbaycan strateji baxımdan Rusiya, Turkiyə və İran arasmda birləşdirici bolgədir, Şimal-Cənub, Şərq-Qərb strateji xətləri bu bolgədən kecir. Təbii enerji ehtiyatlarmm (neft və qaz) Xəzər hövzəsindən dunya bazarma nəqli marşrutları (Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Azərbaycanı Avropaya birləşdirir.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanm Cənubi Qafqazda oz geostrateji maraqları var. Rusiya SSRİ suqut etdikdən sonra bu regionda itirilmiş movqelərini qaytarmaq və daha da gucləndirərək, regionda öz hegemonluğunu bərpa etməyə calışır. ABŞ və Avropa İttifaqı isə, öz novbəsində, Xəzər hövzəsindən təbii enerji resurslarınm dünya bazarma nəqli məqsədilə transmilli layihələr reallaşdırır və bu vasitələrlə regionda oz mövqelərini möhkəmləndirməyə calışırlar.

Münaqişədən faydalanmaq istəyən Ermənistan siyasətciləri Azərbaycana qarşı silahlı təcavuzu və Azərbaycan ərazilərinin işğalını "Dağhq Qarabağ xalqınm" oz muqəddəratmı təyin etmək və mustəqillik uğrunda milli-azadlıq hərəkatı" adlandırırlar. Azərbaycanm Dağlıq Qarabağ bolgəsində məskunlaşmış erməni əhalini hec bir halda "Dağlıq Qarabağ xalqı" adlandırmaq olmaz. Onlar Dağlıq Qarabağda məskunlaşmış əhalinin etaik erməni hissəsidir və butövlükdə, Azərbaycan Respublikasmdakı milli azlıqdır. Digər tərəfdən, erməni xalqı oz muqəddəratmı təyin edib və Azərbaycan torpaqlarında indiki Ermənistan adlı dövlət yaradıblar.

Xalqların oz muqəddəratmı təyin etmək huququnun həyata kecirilməsi və bu huquqa hormət prinsipindən suveren və mustəqil dovlətin ərazi butovluyunu, yaxud siyasi birliyini tamamilə və ya qismən pozan, ya da parcalayan hər hansı əməllərə yol vermək olmaz.

Dağhq Qarabağ regionu və ətraf rayonlarda baş verən silahlı toqquşmaları, Azərbaycan ərazisinin silah gucu ilə parcalanmasmı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata kecirilməsini bu ərazilərdə məskunlaşmış ermənilərin oz muqəddəratını təyin etmək kimi qiymətləndirmə cəhdləri beynəlxalq huququn əsas prinsiplərinə ziddir və həqiqəti əks etdirmir.

Faiq İsmayılov.
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana qarşı TƏXRİBAT

    Azərbaycana qarşı TƏXRİBAT ...

    2-09-2014, 15:16

  • 
  • İran parlamentində rəsmi Azərbaycan təhdid edildi

    İran parlamentində rəsmi Azərbaycan təhdid edildi ...

    11-04-2013, 10:04

  • 
  • “Biz türk deyilik, türklər tamam ayrı millətdir…”- ARİF RƏHİMZADƏDƏN ƏCAİB YANAŞMA

    “Biz türk deyilik, türklər tamam ayrı ...

    2-03-2017, 22:54

  • 
  • Azərbaycanın bütövlüyünə doğru

    Azərbaycanın bütövlüyünə doğru ...

    16-12-2012, 13:34

  • 
  • Tehran rejimi ağlını itirib

    Tehran rejimi ağlını itirib ...

    10-04-2013, 10:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu