GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Ramazanda fərqli təqvim problemi

Ramazanda fərqli təqvim problemi

Tarix: 26-05-2018, 10:18 Bölmə :Mədəniyyət Baxış: 383
Ramazanda fərqli təqvim problemi


Şeyx Dini Komitədən yardım istədi, QMİ-nin təqvimindən kənara çıxanlar cəzalana bilər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsdiq etdiyi təqvimdən kənara çıxan məscidlər barədə tədbir görüləcək. Bu barədə mətbuata Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib. Komitə sədri deyib ki, komitənin yerlərdə olan nümayəndələri azanı QMİ-nin təqvimindən fərqli vaxtda verən imam və ya naiblər haqqında protokol tərtib edə bilər.

M.Qurbanlı onu da deyib ki, hələlik Ramazan ayında məscidlərdə azanın müxtəlif vaxtlarda səslənməsi ilə bağlı onlara bu günə qədər müraciət daxil olmayıb. Onun sözlərinə görə, QMİ-nin təsdiq etdiyi təqvim var: “Rəsmi təqvimdən kənara çıxan məscid olarsa bununla bağlı tədbir görüləcək. Yerlərdə olan nümayəndələrimiz azanı QMİ-nin təqvimindən fərqli vaxtda verən imam və ya naiblər haqqında protokol tərtib edə bilərlər”.

Xatırladaq ki, sonuncu dəfə mayın əvvəlində QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayında azanın fərqli vaxtlarda verilməsinin qarşısını almaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan kömək istəyib.

Azərbaycanda azanın müxtəlif vaxtlarda verilməsi mövzusu illərdir müzakirə olunur və demək olar ki, hər il bu məsələ gündəmə gəlir. Azanın fərqli vaxtlarda verilməsinin iki əsas səbəbi var. Məsələ ondadır ki, bizdə uzun illər bu sahədə faktiki olaraq dərəbəylik olub. Müxtəlif icmalar, camaatlar, məscidlər özlərinə uyğun namaz təqvimləri buraxıb. İran, Türkiyə, Səudiyyə Ərəbistanı və digər mərkəzlərin tövsiyə etdiyi, hazırladığı təqvimlər olub. Bu təqvimlər ölkədə geniş yayılıb və hətta bəzi məscidlər də buna əsasən azan verib. Nəticədə azan vaxtlarında açıq-aşkar pərakəndəlik olub.

Doğrudur, azanın günün bəzi vaxtlarında fərqli saatlarda verilməsi həm də məzhəblərin göstərişləri ilə bağlıdır. Yəni məsələn, şiə və sünni hökmlərinə əsasən axşam azanı bir neçə dəqiqə fərq edir, şiə icması havanın daha çox qaralmasını gözləyir. Eləcə də sübh azanı ilə bağlı nəzəri bəhslərə söykənən fərqliliklər hətta eyni məzhəb daxilində də var və bu da nəticə etibarı ilə təqvimlərdə özünü büruzə verir. Amma azan saatları bir çox hallarda eyni məzhəblərin ardıcıllarına görə də dəyişə bilir.

Qeyd etdiyimiz kimi, uzun illər bu sahədə pərakəndəlik olub və dövlət qurumları, necə deyərlər, bu mövzularaqarışmayıb. Ancaq son illərdə bir çox digər sahələrdə olduğu kimi, burda da bir qayda yaratmaq cəhdi var. Xüsusən də hökumətin son illərdə multikultralizm və məzhəblər arasında yaxınlaşma siyasəti kursu məscidlərdə vahid vaxtlara əsasən azan verilməsi məsələsini gündəmə gətirib. Əlbəttə, QMİ də nəzərə alır ki, məsələn axşam azanında şiə və sünni məscidlərində bir neçə dəqiqə fərqin olması labüddür. Ancaq problem ondadır ki, çoxlu sayda təqvimlər yayılıb və bunlardan imtina etmək, vahid təqvimə keçmək lazımdır. Belə görünür ki, son illərdə hökumət böyük ölçüdə məscidlərdə QMİ və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı təqvimlərə əsasən azan verilir. Təbii ki, məzhəb fərqləri nəzərə alınmaqla.

Ancaq fərqli təqvimləri ümumilikdə yığışdırmaq mümkün olmayıb. İnternetdə, eləcə də çap edilib çoxaldılaraq yayılan fərqli mərkəzlərin hazırladığı təqvimlər var. Bunları tamamilə yığışdırmaq isə çox çətindir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ölkədə azanın eyni vaxtda verilməsi milli-mənəvi birliyimiz üçün zəruridir”

    “Ölkədə azanın eyni vaxtda verilməsi milli-mənəvi ...

    13-10-2015, 16:56

  • 
  • QMİ axund sözünü ləğv etdi: yalnız imam kəlməsi işlədiləcək

    QMİ axund sözünü ləğv etdi: yalnız imam kəlməsi ...

    14-09-2017, 17:44

  • 
  • Şeyx Düşənbəyə səfərə gedir

    Şeyx Düşənbəyə səfərə gedir ...

    20-07-2015, 09:49

  • 
  • Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək -Mübariz Qurbanlı

    Məscidi siyasət meydanına çevirənlər haqda ölçü ...

    3-12-2015, 18:51

  • 
  • Şeyxin idarəsi iki dini icmanı tanımadığını bildirdi

    Şeyxin idarəsi iki dini icmanı tanımadığını ...

    31-01-2014, 14:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu