GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » 10 ölkənin hüquqçuları Bakıda toplaşıb - terrora qarşı beynəlxalq konfrans (YENİLƏNİR)

10 ölkənin hüquqçuları Bakıda toplaşıb - terrora qarşı beynəlxalq konfrans (YENİLƏNİR)

Tarix: 8-10-2018, 13:11 Bölmə :Mədəniyyət Baxış: 372
10 ölkənin hüquqçuları Bakıda toplaşıb - terrora qarşı beynəlxalq konfrans (YENİLƏNİR)


Hüquq professoru İlham Rəhimovun təşəbbüsü ilə Bakıdabeynəlxalq konfrans işə başlayıb

Bu gün “Holiday İnn” otelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Beynəlxalq konfransa Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna , Belarusdan nüfuzlu hüquqşünaslar qatılıb. Musavat.com xəbəri Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının Bakı ofisindən alıb. Yada salaq ki, quruma hüquq professoru İlham Rəhimov rəhbərlik edir.

Toplantıda çıxış edən AMEA-nın İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, 20-21-ci əsrlərdə terrorizm çox ciddi savaşa çevrilib və onunla mübarizə aparmaq son dərəcə çətindir. Çünki terrorizm heç bir qayda tanımır. Bildirmək istəyirəm ki, artıq 30 ilə yaxındır Azərbaycan erməni terrorizmi ilə mübairzə aparmaq məcburiyyətindədir. Mən bu sözləri yalnız azərbaycanlı olaraq söyləmirəm. Dünya terrorunun bir qolu olan erməni terroru zaman-zaman Avropanın, ABŞ-ın, Rusiyanın təhlükəsizliyin üçün ciddi problemlər yaradıb və yaratmaqdadır. Mən erməni terrorizmin vüsət aldığı illərdə ictimai nəqliyyatda, xüsusən metrolarda baş verən terror aktlarını xüsusilə yada salaq istəyirəm. Erməni terrorçularının hazırladıqları təxribatlarda dünyanın müxtəlif ölkələrində yüzlərlə dinc insan terrorun qurbanı olub. Azərbaycanın üzləşdiyi erməni terroru isə artıq savaş formasına keçib, açıq terror xarakteri alıb. Son illərdə Azərbaycan qanunvericiliyi terrorizmlə mübarizəyə birbaşa və dolayısı ilə aid olan qanunvericilik aktları, hüquq normaları ilə təkmilləşib. Azərbaycanın Rabiyə və Yüksək Texnologiyalar Nazirliyində internet resurslarında beynəlxalq terrorizmlə, xüsusən hiberhücumlarla mübarizə agentliyi yaradılıb. Mən günümüzdə çox geniş şəbəkəyə çevrilən hiberhücumlar üzərində xüsusi dayanmaq istəyirəm. Beynəlxaq praktika da göstərir ki, bu beynəlxalq şəbəkə internet ünvanlar vasitəsilə insanları da prosesə cəlb edirlər. Vətəndaşlar aldıqları SMS-lər vasitəsilə bilməyərəkdən öz bank hesablarını, digər şəxsi bilgilərini terror şəbəkəsi üçün açırlar. Bu yollar hibergücumçuların əlində nəhəng kapital formalaşır və beynəlxalq bank sistemində həmin pulların hərəkətinə nəzarət faktiki mümkünsüz olur. Bu isə o deməkdir ki, dünyanın heç bir ölkəsi bu şəbəkənin hücumundan sığortalanmayıb. Düşünürəm ki, dünya hüquq elminin aparıcı mütəxəssisləri, eyni zamanda insan haqları üzrə ixtisaslaşmış alimlər ortaq müzakirələrlə terrorizm, xüsusən onun yeni formaları ilə mübarizənin yeni yollarını tapmalıdırlar".

Rusiya təmsilçisi professor Yuri Qolik çıxışında terrorizmin məqsədləri haqqında danışıb:"Əslində terrorizmin şifrəsi illər öncə çözülüb - terror qurumları əsasən dinc kütlələri hədəf seçərək hökumətləri özlərindən asılı vəziyyətə salmağa çalışırlar. İstənilən terrorçu terroru düşünülmüş, məqsədli şəkildə törədir. Terrorun bütün fəlsəfəsi də bundadır. Son illər avtomobillərin insan kütlələrinin üzərinə sürülməsi terrorçuların yeni metaodlarından sayıla bilər. Xüsusi qəddarlığı ilə seçilən bu cür aksiyalarda həlak olanların sayı ildən ilə artır. Bu cür insanlıqdan kənar hərəkəti törədənlər düşünür ki, onlarla insanı öldürəcəklər və dünya onlar haqqında danışacaq. Aydındır ki, terror təşkilatlarına qoşulanlar mənəvi keyfiyyətlərini tamamilə itiriblər. Psixoloqlar bu şəxləri insanlıq istisnası adlandırır. Onların sabah harada peyda olacağını müəyyən etmək çətindir və terrorla beynəlxalq mübarizə qurumları bu şəbəkəni ifşa etmək, onların əməllərinin qarşısını almaq üçün durmadan yeni metordlar tətbiq etməlidirlər. Çünki terror sürətlə yeni formalarda təzühür edir. Avropa Birtliyi dövlətlərindəki durumun analizi göstərir ki, ərəb dünyasındakı təlatümlərdən sonra bu Orta Doğudan olan köçkünlərin sürətlə Avropaya yerləşməsi ərəb terroru kimi təsbir edilən yeni tendensiyanı yaradıb. Daha çox qisasçılıq məqsədi daşıyan ərəb terrorunun qurbanları da durmandan artmaqdadır və Avropanın təhlükəsizliyi faktiki təhdid altındadır. Dünyada terrorla ən ciddi mübarizə aparan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikasıdır. KXDR iddia edir ki, ölkənin sərhədlərini pozanlar arasında cəsuslar çoxdur və məhkəmə qərarları ilə onlar ən ağır cəzaya - ölüm hökmünə məhkum edilir. Dünya mediasını izlədikdə görürük ki, dünyanın terrorsuz bir günü də yoxdur. Xüsusən Orta Doğunun dini ekstremizmlə yüklənən ölkələrində təriqətlərarası savaşda terror aktlarından geniş istifadə olunur. Durum onu da göstərir ki, savaş bölgələrində yaradılan və daha sonra ölkələrin sərhədlərini aşan bu terrorla mübarizə çətinləşir. Problem həm də ondadır ki, bir sıra terror qurumları dövlət səviyyəsində dəstəklənir və onlarla mübarizə faktiki mümkünsüz olub. Əlbəttə terror qurumları ilə dövlətlərdən biri mübarizə aparır, digəri ona geniş imkan yaradırsa, bu halda ortaya müsbət nəticələr çıxarmaq son dərəcə çətindir".

Yunanıstan təmsilçisi İonis Raxiotisin çıxışında səsləndirdiyi "terrorin dəqiq tərifi müəyyən edilmədiyinə görə bir sıra beynəlxalq toplantılarda bu haqda danışmaq çətindir və bu, sonucda terrorizmlə mübarizəni çətindir" fikri toplantıda müzakirələrə səbəb olub.

İ.Raxiotis bildirib ki, terrorizmi müxtəlif cür yorumlamaq mümkündür: "Baxış bucağından asılı olaraq hətta ABŞ-ın İraqa hərbi müdaxiləsinə də qurbanlar dinc əhali olduğu üçün terror kimi baxmaq mümkündür. Terrorun dəqiq tərifi yoxdur. Biz qanunlar hazırlayırıq. Əgər bir hərəkətin konkret nə olduğu müəyyən edilməyibsə, onunla mübarizə də çox çətinləşir. Düşünürəm ki, biz terror aktını motiv kimi deyil, konkret hərəkət kimi təsbit etsək, hüququn onunla bağlı qərar verməsi daha asan olar. Bu səbəbdən beynəlxalq qanunuvericilik terror aktını konkret kriminal fakt kimi qəbul etməlidir. Təbii, biz indi burada bu qanunu yarada bilmərik, ancaq hansı yolla davam etməmizi müəyyən etmək üçün bu cür konfranslar son dərəcə ciddi önəm daşıyır".

Konfransda çıxış edən Bolqarıstan təmsilçisi, Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyasının vitse-prezidenti professor Zaxari Zaxariyev sözünə ABŞ administrasiyasının İraqa hərbi təcavüz məsələsinə baxışı ilə başlayıb: "Ağ Ev bu məsələnin beynəlxalq terror adlandırılmasına qəti etiraz edir. Bu məsələdə ABŞ-ı dəstəkləyən ölkələr də var. Bir məsələni də vurğulayım ki, terorurun siyasi, o sıradan ideya-siyasi rəngi olmur. Sağçıların, ya da solçuların hazırladığı terrorun yalnız bir adı var- terror. Biz dərk etməliyik ki, terror yalnız ayrı-ayrı şəxslərin, sosial qrupların deyil, bütövlükdə cəmiyyətin məhsuludur və siyasi kataklizmlər zamanı terror daha geniş yayılır, insanlar terroru öz mübarizə metodlarına çevirirlər".

Toplantı Azərbaycanı təmsil edən professor Xanlar Ələkbərovun Zaxariyevə sual-replikası ilə davam edib:"Sülhə və təhlükəsizliyə qarşı cinayətlərlə bağlı xüsusi məcəllə olmadığı halda NATO-nun terrorizmlə hüquqi mübarizə haqqında danışması sırf hüquqi baxımdan nə qədər məntiqlidir? Hələ də beynəlxalq birliyin terrorizmlə mübarizəsinin hüquqi əsasları hazırlanmayıb. Bu halda hər hansı ölkənin digər suveren dövlətə qarşı hərəkətləri necə qiymətləndirilməlidir? Biz hamımız bu çağdaş hüquqi münasibətlərdə bu çatışmazlıqları görürük və hiss edirik. Bütün bunlar antihumanist addımlara yol açır. Biz bu prosesə vətəndaş cəmiyyətlərini, insan haqları uğrunda mübarizə qurumlarını də cəlb etməliyik. Düşünürəm ki, bu, dövlət terroru anlayışı haqqında ortaq fikrə gəlməkdən daha rahat olar. Bu yalnız beynəlxalq təhlükəsizlik sisteminin çöküşü deyil. Dünyada baş verən olaylar onu da göstərir ki, bir sıra hallarda terror hakimiyyətlərin ölkə daxilində öz rəqibləri ilə hesablaşmaları üçün vasitəyə çevrilir. Terror, ya da bəən ifadə edildiyi kimi, beynəlxalq terror faktiki olaraq totalitarizmin bərqərar olmasına xidmət edir".

Müzakirələrin gedişində professor İlham Rəhimov terrorizmin çoxüzlü olduğunu vurğulayıb:"Terrorizmin saysız formaları var. Məsələn, bu gün ABŞ öz milli valyutası ilə beynəlxalq iqtisadi terrorla məşğuldur. Əfqanıstan isə dünyanın yarısından çoxunu narkotiklərlə təmin etməklə dövlət terroru həyata keçirir. Terrorizm o qədər geniş, o qədər çoxçaxəli anlayışdır ki, bu gün hətta BMT də ona tərif verə bilmir".

***

Tədbir çərçivəsində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti toplantısı da keçiriləcək. Toplantıda Assosiasiyanın 2017-ci ilin mayından 2018-ci ilin avqustunadək olan dövr üçün fəaliyyətinə dair məlumat veriləcək, yeni namizədlərin üzvlüyə qəbul olunması ilə bağlı təkliflərə baxılacaq. Qurum üzvləri təşkilatın 2018 - 2019-ci illər üçün Fəaliyyət Planı təsdiqləyəcək, gündəlikdə duran məsələləri müzakirə edəcəklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Rəhimov Ərdoğanın müşavirini Bakıya gətirdi

    İlham Rəhimov Ərdoğanın müşavirini Bakıya gətirdi ...

    6-10-2016, 00:31

  • 
  • Prezident İlham Əliyevin iştirakı ilə “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilir

    Prezident İlham Əliyevin iştirakı ilə “2017-İslam ...

    21-12-2017, 10:44

  • 
  • Bakıda “Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans açılıb

    Bakıda “Dinlər və mədəniyyətlərarası dialoq” ...

    21-12-2017, 12:37

  • 
  • Rusiyadan növbəti xəyanət: - Qarabağda beynəlxalq konfrans keçirilir

    Rusiyadan növbəti xəyanət: - Qarabağda beynəlxalq ...

    29-06-2018, 13:21

  • 
  • İlham Əliyev beynəlxalq konfransda

    İlham Əliyev beynəlxalq konfransda ...

    21-12-2017, 11:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu