“Fakt göz qabağındadır, rüsvayçılıqdır. Bu dövlətə, dövlətçiliyə meydan oxumaqdır. Onlar xalqa qarşı təşkil olunmuş böyük bir qrupdurlar”.
GundemXeber.Az bildirir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Ramiz Mehdiyevin nəvəsinə toy mərasimi keçirməsinə münasibət bildirərkən deyib.
Rejissor onları xalqa qarşı təşkil olunmuş qrup adlandırıb:
“Xəstəxanada olsam da baş verən hadisələrdən xəbərim var. Birmənalı şəkildə o adamlara, həmin komandaya münasibətim bəllidir. Onlar xalqa qarşı təşkil olunmuş böyük bir qrupdurlar. Bu bu günün və ya dünənin söhbəti deyil, mən dəfələrlə o məmurlara münasibət bildirmişəm. Artıq bu gün onlar dövlət səviyyəsində cəzalarını aldılar. Bu tip məsələlər dövlət səviyyəsində həll olunmalıdır, çünki işdən çıxan imkanlı insanlar, var-dövləti olanlar açıq aydın müqavimət göstərir, mübarizə aparırlar. Onların kimliyi haqda dəfələrlə mətbuata açıqlama vermişəm”.
Şeyx Əbdül vaxtilə Ramiz Mehdiyev və ətrafı tərəfindən təqiblərə məruz qaldığını bildirib:
“Söhbət toyda iştirak edən sənət adamları, müğənnilərdə deyil. Onlar da nə etsin, aylardır ac-susuzdurlar, indi əllərinə fürsət düşüb, beş-üç manat pul qazanmaq üçün gediblər. Əsas məsələ əks tərəfin meydan sulaması, at oynatmasıdır. Bu məsələləri onlar hələ hakimiyyətdə olanda demişəm və mən illərdir ki, həmin o adamların əzabını çəkirəm. Dilimi dinc qoymuram deyə illərdir əzab çəkirəm. Yoxsa mən bu gün müalicə üçün əl açıb dilənməzdim, heç kimə yalvarmazdım, çünki bugünə kimi heç kəsə yalvarmamışam. Həmin o adamlar onları ifşa etdiyim üçün illərlə məni təqib ediblər. Həmişə mənə nifrət edib, hər yerdən təcrid ediblər. Bu gün də Allah onların cəzalarını verdi. Bundan sonra da prezident onlar və onlar kimilər haqda ölçü götürməlidir”.
Xalq artisti səhhətinin yaxşı olmadığını, maddi yardıma ehtiyacı olduğunu deyib:
“Vəziyyətim heç yaxşı deyil, hələ də xəstəxanadayam. Mənə kömək lazımdır, artıq tək bacara bilmirəm. Prezidentin köməkçisi Anar müəllimə müraciət ünvanlamışdım, bundan sonra onun katibəsi mənimlə əlaqə saxladı. Vəziyyətimlə maraqlandı, ətraflı izah etdim, sağ olsun operativ cavab verdi. Amma hələ ki, bir nəticəsi yoxdur, əzab-əziyyət içərisində təkbaşıma vuruşuram”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?