Xalq artisti Arif Babayevin oğlu atasının insult keçirərək xəstəxanaya yerləşdirilməsindən danışıb.
Musavat.com-a açıqlama verən Yaşar Babayev bildirib ki, Xalq artisti hazırda reanimasiya şöbəsində müalicə alır: “Atamın vəziyyəti stabildir. Hazırda yanına ailə üzvləri belə buraxılmır. Allahdan atama şəfa diləyirik. Əlimizdən başqa heç nə gəlmir. Belində problem vardı, dəfələrlə əməliyyat olunmuşdu. Amma insult keçirməsi gözlənilməz oldu. Allahın taleyidir. Biz də gözləyirik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?