Gundemxeber.az » Ölkə » Mədəniyyət » “Rüşvəti Mədəniyyət Nazirliyinə gətirən Polad Bülbüloğlu olub” - Akif İslamzadə
“Azərbaycanda Mədəniyyət Nazirliyinin pis vəziyyətə gətirilməsini Əbülfəs Qarayevlə bağladılar, amma belə deyildi. Azərbaycanda rüşvəti Mədəniyyət Nazirliyinə gətirən məhz Polad Bülbüloğlu idi. O, nazirlikdə rüşvətxorluğu sistem halına salan şəxs idi...”
Gundemxeber.az bildirir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti Akif İslamzadə deyib. Azərbaycan mədəniyyətinin bugünkü durumu barədə fikirlərini bölüşən sənətçi vəziyyətin acınacaqlı olduğunu bildirib:
“Mədəniyyət naziri dəyişəndən sonra konkret dəyişiklik olduğunu deyə bilmərəm. Heç mən onları tanımıram. İnandırım sizi ki, mən hazırkı Mədəniyyət nazirinin nə adını, nə də soyadını bilirəm. Heç bilmək də istəmirəm!
Mədəniyyətdə problemlər çoxdur, bu gün bunlar müzakirə olunmur, KİV-lər, sosial şəbəkələr qeybətdən, qadına məxsus söhbətlərin müzakirəsindən kənara çıxa bilmir”.
A. İslamzadə həmçinin son dövrlərdə mediada bəzi sənətçilərin efirə çıxmaq üçün qonorar istəməsi ilə bağlı tələblərini də doğru hesab edib:
“Fondda 80-dən artıq mahnım var, hələ indiyə qədər bir qəpik belə almamışıq.
Gedin, telekanallardan soruşun görün televiziyalarda çıxış edən müğənnilərin hansının pulunu ödəyiblər? Barmaqlarını qatlayıb bir müğənni adı çəkə bilərlərmi? Niyə ödəmirlər?
Bu gün bizim cəmiyyətdə ən çox haqqı tapdalanan zümrə məhz musiqiçilərdir. Mən 30-40 ildə hər halda ən azı 100 dəfə televiziyalarda çıxış etmişəm, haçan pulumu ödəyiblər? Söhbət tək məndən getmir, istəyirsiniz, Eyyub Yaqubovdan, Flora Kərimovadan, Aygün Kazımovadan soruşun, görün, haçansa telekanalda qonaq kimi dəvət olunub çıxış etdikləri zaman onlara pul ödənilibmi? Bunları demək lazımdır”.
GUNDEMXEBER.AZ
17-08-2020, 15:00
20-10-2014, 14:38
8-08-2017, 19:28
26-05-2020, 09:44
27-08-2020, 13:06
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?