GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Teymur bəy Bayraməlibəyov - 160

Teymur bəy Bayraməlibəyov - 160

Tarix: 19-08-2022, 11:07 Bölmə :Mədəniyyət Baxış: 371


ZİYALILIQ ZİRVƏSİNİN FATEHİ

...Bir ixtiyar, müdrik  qocaya  bənzəyir bizim qədim yurdumuz. Dəmbəlov ucalığı,  Viləş çay coşqunluğu, Yanardağ hərarəti yaşadır özündə... Ata misallıdar, ana timsallıdır, cənnət diyarımız. Ulu Tanrı dədə-babalarımızdan miras qalan,  taleyimizə yazılan bu yurdu Masallı adı ilə bizə ərməğan edib. İllər, qərinələr zaman-zaman bu yurdun tarixini, gözəlliklərini qələmə alan, mübarək imzaları ilə onun adını zirvələrə qaldıran ziyalı şəxsiyyətlər yetişdirib.

XIX yüzilinin sonu - XX yüzilin əvvəllərində yaşayıb-yaratmış vətənpərvər ziyalı - peşəkar pedaqoq, cəfakeş diyarşünas, folklorşünas, tarixçi- etnoqraf,  araşdırmaçı-jurnalist Teymur bəy Bayraməlibəyov da belə şəxsiyyətlərdən biri olub. Onun Azərbaycanda maarifçilik hərakatının inkişafında misilsiz xidmətləri danılmazdır.

Bayraməlibəyovlar nəslinin kökü Azərbaycan Səfəvi hökmdarı, I Şah Abbasın  hakimiyyəti dövrünə gedib çıxır. Tarixi qaynaqlara görə, Bayraməlibəyovlar  məşhur  “Şahsevənlər” nəslinə mənsub olmuş və on altıncı yüzilliyin sonunda Muğana gəlmişlər. (Azərbaycan tarixi, Bakı. 1970, s. 116) Bir müddət Muğanda yaşayan Bayraməlibəyovlar XIX  əsrin ortalarında  Lənkəran  qəzasının  Çakirli (indiki Çaxırlı) kəndində maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Bayraməlibəyovlar 4 qardaş olub. Böyük qardaş Məmməd bəy (Teymur bəyin astası) mahalın Yeddioymaq  kəndində 9 deyatin (təqribən 10 hektar) torpaq sahəsi alandan sonra, digər qardaşları Qasım bəy, Cəfər bəy və Kərim bəy də orada ev tikib məskunlaşırlar.  Məmməd bəy Yeddioymaq kəndində ailə həyatı qurmuş, 6 oğul və 3 qız atası olmuşdur.  

Teymur bəy bu böyük ailənin kiçik övladı idi. O, 1862-ci il avqustun 22-də  dünyaya göz açmışdı. 7 yaşına çatanda ilk təhsilini əvvəlcə Qızılağac, sonra Yeddioymaq kəndindəki mollaxanada almışdır.  Teymur bəy sonralar “Tərcümeyi-hal” adlı xatirəsində yazırdı  ki, mollaxanada əvvəlcə Quran oxumağı,  sonra Sədinin “Gülüstan” kitabını farca öyrənmişdir. Daha sonra Teymur bəy atasının və böyük qardaşı  Cahangir bəyin  təkidi ilə  Lənkəranda  əsası 1852-ci ildə qoyulmuş üçillik iki sinifli  rus məktəbinə qəbul olunur. Pullu təhsil verən və əsasən zədagan övladları üçün nəzərdə tutulan həmin məktəbi 1875-ci ildə  bitirən Teymur bəy Tiflisdə yeni açılmış feldşerlik  məktəbində  təhsil almağa  göndərilir. 1879-cu ildə tibb təhsilini başa vurduqdan sonra Qori Müəllimlər Seminariyasının 2-ci sinfinə qəbul olur. O, seminariyada təhsil alan ilk üç azərbaycanlı tələbədən biri idi. Seminariyada  oxuduğu illərdə Tiflis  ədəbi mühiti ilə  əlaqə saxlayan  Teymur bəy  müxtəlif  ədəbi -bədii  tədbirlərdə iştirak etmişdir.

Teymur bəy Bayraməlibəyov 1881-ci ildə, yəni 19 yaşında seminariyanı bitirərək Lənkəran şəhər rus məktəbinə rus dili və hesab müəllimi  kimi əmək fəaliyyətinə başlamışdır. Onun böyük zəhməti nəticəsində dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdi.

Maarif fədaisi T.Bayraməlibəyov 1884-cü ildə yaratdığı “Xeyriyyə cəmiyyəti”nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı verilməsinə, oxumaq haqqının ödənilməsinə yardım etmişdi. Onun təkidilə 2 sinifli məktəbi bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə “Xeyriyyə cəmiyyəti” yol xərci ödəyir və digər köməkliklər edirdi. “Xeyriyyə cəmiyyəti” şagirdlərin səhnələşdirdiyi tamaşalara bilet satışından yığılan vəsaitlə maliyyələşirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin "Hacı Qara", N.Nərimanovun "Dilin bəlası", N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir müqəssir", S.M.Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Belə teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.
Teymur bəy 1905-ci ildə istedadlı artistlər Cahangir Zeynalovun və Hüseyn Ərəblinskinin başçılığı ilə Bakıda fəaliyyət göstərən “Müsəlman Artistləri Cəmiyyəti”ni  Lənkərana qastrola dəvət etmişdi. Onların iştirakı ilə  N.B. Vəzirovun   “Müsibəti Fəxrəddin”, M.F.Axundzadənin “Lənkəran Xanının Vəziri” pyesləri səhnəyə qoyulmuşdur.
Lənkəranda tez-tez qarşılaşdığı maneə və müqavimətlərə sinə gərən T.Bayraməlibəyovu təşəbbüsü ilə 1907-ci ildə "Behcət" adlı fars-türk ibtidai məktəbinin, 1909-cu ildə isə “Ziya” adlı ilk rus-tatar (Azərbaycan) məktəbi fəaliyyətə başlamışdı. Fəqət "Behcət" məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr əsasında Bakı qubernatoru Alışevskinin  qəzəbinə tuş gəlmişdir. Onun əmri ilə məktəb çar hökumətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır.


Buna baxmayaraq Teymur bəy Bayraməlibəyovun savadı, bacarığı, təşkilatçılığı onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə o, Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir. Teymur bəy Lənkəranda işlədiyi müddətdə Masallıda Mirabdulla bəy Talışxanovun dəstəyi ilə yeni tipli məktəblər yaratmağa da müyəssər olmuşdur. O, həmçinin XIX əsrin 1883-ci ildən başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan “Kaspi” qəzetində Lənkəran qəzasının bölgə müxbiri kimi çıxış etmişdir.  “Teymur bəy”, “Lənkəranlı”, “T.Əlibəyov” və satirik yazılarında “Mozalan” imzaları ilə   Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digərləri ilə yanaşı  yazıları tez-tez bu qəzetdə dərc olunurdu. Onun qələmə aldığı yazılar  oxucular tərəfindən  maraqla qarşılanırdı. Eyni zamanda o, topladığı şifahi ədəbiyyat nümünələrini Tiflisdə nəşr olunan "Sbornik Materialov dlya opisaniya mestnostey i plemen kavkaza" (SMOMPK) məcmusuna da göndərirdi.
1911-ci ildə Lənkəran qəzasında Teymur bəy Bayraməlibəyovun işıqlı ömür yolunun parlaq səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli surətdə qeyd edilir. Yubiley tədbirinə Teymur Bayraməlibəyovun  Azərbaycanın, eləcə də Qafqazın və Rusiyanın  hər yerindən bütün keçmiş şagirdləri gəlmiş, yerli ziyalılar və hakimiyyət nümayəndələri iştirak etmişlər. “Kaspi” qəzetində həmin yubileylə  əlaqədar geniş məqalə dərc olunmuşdur.  Lənkəranlı general, həm də folklorçu kimi tanınan Mir Əsəd xan Talışınski isə təbrik teleqramında onun şərəfli əməyini belə dəyərləndirirdi:  “Dərin hörmət bəslədiyim, Teymur bəy!

Sizi – Vətənin  şanlı oğlunu, qəzada  maarifin atası və hamisini, bütün həyatını  xalq maarifinə sərf edən vətənpərvər  bir insanı ürəkdən təbrik edir, Sizə bu işıqlı dünyada uzun-uzun xoşbəxt illər yaşamağı arzu edirəm. Qoy qüvvənizi, sağlamlığınızı əsirgəmədən 30 il boyunca çalışdığınız müqəddəs işiniz öz meyvələrini  versin və Sizi daima yaşatsın”

Teymur bəy qadınların təhsil almasına böyük önəm verirdi. 1917-ci ildə onun ciddi səyi nəticəsində Lənkəranda Ünas (Qızlar) məktəbi açılmışdır.  O, xüsusi mülkü olan  evinin alt mərtəbəsində özü yaşayır, üst mərtəbəsini şagirdlərin ixtiyarına  vermişdi. Ona görə də xalq bura “Bayraməlibəyov məktəbi” deyirdi. Teymur bəy Bayraməlibəyovun inqilabi hərəkatda fəal iştirakı bəhanə göstərilərək, o, 1918-ci ildə Muğan Radası tərəfindən həbs edilmiş və Bakıya göndərilmişdir. Onun işini qızı- Məryəm xanım davam etdirmişdir. Məryəm xanım Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində  Teymur bəyin maarif nurlu ocağında dünyaya gəlmişdir.  İbtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində alan Məryəm xanım təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən bu xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir. Onun təhsil xərclərini Bakı milyonçusu - xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü. Lakin Oktyabr çevrilişi (1917) ilə əlaqədar vətənə dönmüş və müəllimlik fəaliyyətinə başlamışdır.

şəhərində, eləcədə Lənkəran şəhərində, Masallı rayonunda təqdimat mərasimi və ölkə televiziyalarda yayımı nəzərdə tutulur...

Teymur bəy Bayraməlibəyovun xatirəsi əbədiləşdirilmiş, Lənkəran və Masallı şəhərlərinin küçələrindən birinə, Lənkəran şəhər 2 saylı və Masallı rayonunun Birinci Yeddioymaq kənd tam orta məktəblərinə adı verilmişdir. Bu il sentyabr ayında xeyirxah insan, millət vəkili Məşhur Məmmədovun maliyə dəstəyi ilə və təşəbbüsü ilə Birinci Yeddioymaq kənd tam orta məktəbinin həyətində Teymur bəyin büstü qoyulacaq və büstün təntənəli açılış mərasimi olacaq...

Son olaraq ümid edirik ki, böyük mütəfəkkir, folklorşünas, pedaqoq, maarifçi, tarixçi-etnoqraf, bir sözlə, Azərbaycanda ziyalılıq zirvəsinin fatehi olan Teymur bəyin 160 illik yubileyi Bakıda, Lənkəranda, doğulub boya - başa çatdığı doğma Masallıda adına layiq  şəkildə qeyd ediləcək və AMEA - nın Folklor İnstitutuda xatirəsinə həsr ediləcək elmi konfrans keçiriləcək...
                                                            

Ruhuna böyük ehtiramla,
Nurəddin ƏDİLOĞLU,
yazıçı-jurnalist.

     
Qeyd: Məqalədə Esmira Cavadovanın “...O həm də görkəmli etnoqra idi” (2009)  Yadulla Ağazədənin “Teymur bəy Bayraməlibəyov və folklor” (2013), müəllifin professor Fərahim Sadıqovla birgə yazdığı  “Masallı-cənnət misallı” (2013) və M. Mərdanov, Ə.Tahirzadə. “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” (2018) kitablarından istifadə olunmuşdur.







  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Nardaranda hadisələrin kökü başqa yerlərə gedib çıxır"

    "Nardaranda hadisələrin kökü başqa yerlərə ...

    3-12-2015, 16:35

  • 
  • Öldürülmüş ziyalılıq, ölmüş ziyalılar və itirilmiş şərəf

    Öldürülmüş ziyalılıq, ölmüş ziyalılar və ...

    1-10-2019, 20:54

  • 
  • Əli bəy Hüseynzadə yad edilib

    Əli bəy Hüseynzadə yad edilib ...

    25-02-2013, 10:26

  • 
  • AVRONUN ÜZƏRİNƏ RƏSULZADƏNİN ŞƏKLİ VURULDU –  FOTO

    AVRONUN ÜZƏRİNƏ RƏSULZADƏNİN ŞƏKLİ VURULDU – FOTO ...

    14-06-2019, 14:30

  • 
  • Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb

    Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin ...

    20-11-2019, 12:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu