Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib.
Bu barədə APA-ya bəstəkarın qızı Canana Süleymanlı məlumat verib.
Qeyd edək ki, onunla vida mərasimi bu gün 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq. Ruhəngiz Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?