GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Nizamini mənimsəyib, böyük görünmək istəyənlər…

Nizamini mənimsəyib, böyük görünmək istəyənlər…

Tarix: 8-03-2023, 17:27 Bölmə :Mədəniyyət Baxış: 224


Sədrəddin Soltan 


Sədrəddin Soltan

Kiçiklik, natamamlıq kompleksindən xilas ola bilməyənlərin gözü daim başqasının
qapısında, bacasında, evində, yurdunda olar. Belə vəziyyətdə qonşularımızdan biri
ermənilərdirsə, o biri fars şovinistləridir. Farslardır niyə yazmadım? Çünki onların
arasında şovinizmdən uzaq dünyaya və hadisələr daha aydın baxmağı bacaran
aydın fikirli insanlar az deyil.

Yəni özünə məxsus olmayan torpaqda, təbii sərvətlərdə, məşhur insanlarda gözü
olmaq şovinistlərə, faşistlərə xasdır.

İran 100 ilə yaxındır panfarsçı ideologiya idarə olunur. İndiki rejim də bu
ideologiyanın quludur. İslam dini bu şovinist siyasəti pərdələmək üçün bir maskadır.
İran hakimiyyəti güneyli-quzeyli Azərbaycana, türkə münasibətini gizlətməyə çalışsa
da, buna nail ola bilmir. Tehran rejimi Güney Azərbaycan türkünün milli varlığını
görməzdən gəlir. Güney Azərbaycan torpaqlarını parçalayıb, yeni əyalətlər yaradır.
Azərbaycana, türkə məxsus yer adlarını, coğrafi adları farslaşdırır, mədəni tarixi
abidələri dağıdır, onun farslara məxsus olduğunu iddia edir.

Heydər Əliyevin 2002-ci ilin mayında Tehrana rəsmi səfəri İranın ali rəhbəri ayətullah
Seyid Əli Xamneiyə Azərbaycan türkcəsinin dövlət dili olması və bu ölkənin o vaxtkı
prezidenti Məhəmməd Xatəmiyə Xəzər dənizinin adı ilə bağlı vurduğu “şapalaq” hər
kəsin yadındadır.

Bununla yanaşı, bu şovinist hakimiyyət Azərbaycan türklərinin dahi şəxslərini də
farsların adına çıxmaq istəyir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani martın 5-də Nizami Gəncəvinin
anım həftəsinin açılış mərasimində deyib: “Fars dili məhəbbət, dostluq və irfan dilidir.
Şübhəsiz, Nizaminin özünəməxsus yeri var və onunla müqayisə oluna bilən böyük
şairlər azdır”. O, deyib ki, Nizami Gəncəvi  “indiki Azərbaycanın Gəncə şəhərində
doğulub və məzarı oradadır”. N. Kənani mənsub olduğu və daşıdığı siyasi-
ideologiyaya uyğun olaraq, Gəncəni “İran şəhəri” Nizami Gəncəvini isə “fars şairi”
adlandırmaqdan özünü saxlaya bilməyib.

Tədbirdə İranın bir qrup fars dili və ədəbiyyatı üzrə alimləri, mədəniyyət idarələrinin
rəhbərləri, xarici ölkələrin səfirləri də iştirak edib. Tədbirə qatılan Tacikistanın
Tehrandakı səfirliyinin mədəniyyət müşaviri Müzəffər Məhəmmədi də Nizami
Gəncəvini  “fars şairi” adlandıraraq, deyib: “Nizami Gəncəvi ədəbiyyat aləmində
“Xəmsə” poemasını yazmış ən böyük fars şairlərindən biridir”.

Bu yerdə “Yalançının kor şahidi yanında olar”, “Axsaq atın kor nalbəndi” atalar
sözləri yerinə düşür. Yaxud, elə “İlanın ağına da, qarasına da lənət”i də demək
uyğundur. Çünki Nasiri və Məhəmmədi kimilərinin su içdikləri ideologiya Firdovsinin
“Şahnamə” adlı antitürk nağıllarıdır.

Bu nağıllar toplusu Sultan Mahmudun sifarişi ilə yazılıb. Sultanla müəllif arasında
münasibət də tarixin bir səhifəsidir. Türkə qarşı haqsızlıq edən Firdovsiyə Sultanın
qızıl, yaxud gümüş pulları qismət olmur. Buna taleyin ironiyası deyərlər…
Xamnei, Xatəmi, Qulaməli Həddad, XİN rəsmisi, pəhləvilər, Firdovsi, Tacikistan
səfirliyinin nümayəndəsi… bunlar hamısı bir qabdan su içdikləri üçün eyni xəstəliyə
yoluxublar. Bunu Paşinyan, Sarqsyan, Koçaryan, Kaputikyan, Balayan, Njde,
Andranik və başqalarının türk düşmənliyi ilə tutuşdurmaq da olar. Nəticə – hər ikisi bir
bezin qırağıdır.

Fars və erməni faşizmi bir mahiyyət daşıyır – türk düşmənliyi. Ermənilər indiki
Ermənistana, Azərbaycanın qədim tarixi torpaqlarını yerləşdirildikdən sonra fars
şovinistlərinin Güney Azərbaycan, yaxud İran ərazisində törətdikləri saxtakarlığı ediblər. Onlar bunu 30 il işğal altında saxladıqları Qarabağ və ətraf rayonlarda da etmişdilər…
Bu günlərdə Erməni Problemlərinin Araşdırılması Mərkəzinin (HOOSK)
yaradılmasının 40 illiyi, Daşnaksütyun Partiyasının yaranmasının 132-ci ildönümü də
Tehranda qeyd edilib. Martın 3-də bu milli komitənin təşkilatçılığı ilə keçirilən
“Ermənistan, Artsax və dəyişən region” adlı 14-cü konfrans keçirilib. Bu kimi
məsələlərin əlavə şərhə ehtiyacı yoxdur.

Panfarsçılar İsrailin İran hakimiyyətindən Azərbaycana daha yaxın olduğunu
xatırlatdılar. Ötən ilin yayında İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter
səhifəsində Nizami Gəncəvi ilə bağlı paylaşım etmişdi: “Böyük Azərbaycan şairi və
filosofu Nizami Gəncəvinin yaradıcılığından bəhs edən bu gözəl kitabı oxumaq üçün
səbirsizlənirəm”.

Corc Dik  Azərbaycanın qədim şəhəri Təbrizin tarixi və incəsənətindən bəhs edən
“Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım etmişdi.
Panfarsçılara, yaxud onların tayı olan ermənilərə türk tarixi, dahiləri və başqa
məsələləri barədə mübahisə açmaq, onlara gerçəyi başa salmaq kimi bir cəhdimiz
yoxdur. Çünki onların milli tərbiyəsi naqisdir. Belə düşüncənin daşıyıcıları heç kimi
sevmir.

Panfarsçılarla ermənilərin eyni xislətin daşıyıcı olduğunu bu ilin yanvarında İsraildə
“Ağlama divarı” yaxınlığında baş verən hadisə də isbatlayır. Ora ziyarətə getmiş
ermənilər iddia edib ki, İsrail onlara məxsusdur. Gevorq Kaxkecyan adlı erməni
deyib: “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”.

Mədəni, mənəvi baxımdan kiçiklər böyük ola bilməz. Onların gözü həmişə böyüklərin
qapısında, əlində, qulaqları isə divarında olur. Panfarsçılarla ermənilərin göz və
qulağı türklərin əlində, qapısında və divarında olduğu kimi…


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİQQƏT, GÜNEY AZƏRBAYCANA! - ÇAĞIRIŞ

    DİQQƏT, GÜNEY AZƏRBAYCANA! - ÇAĞIRIŞ ...

    23-11-2019, 18:12

  • 
  • Molla rejimi körpələrə Azərbaycan adları qoymağı qadağan edir...

    Molla rejimi körpələrə Azərbaycan adları qoymağı ...

    22-02-2023, 17:06

  • 
  • Güney Azərbaycana baxış-Oktay Gülalıyev yazır

    Güney Azərbaycana baxış-Oktay Gülalıyev yazır ...

    9-07-2018, 13:35

  • 
  • Güney Azərbaycan mühacir parlamenti yaradılsın - Çöhrəqanlıdan ÇAĞIRIŞ

    Güney Azərbaycan mühacir parlamenti yaradılsın - ...

    29-08-2019, 17:42

  • 
  • Azərbaycanın bütövlüyünə doğru

    Azərbaycanın bütövlüyünə doğru ...

    16-12-2012, 13:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu