"Azərbaycanın Güneyində hər il soydaşlarımız ənənəvi olaraq Kəleybər şəhərində Babək qalasını ziyarət edirlər. On minlərlə insanın qatıldığı bu ziyarət xalqımızın Milli Oyanış və Birlik ziyarəti kimi qəbul olunur. Bu ilki ziyarət zamanı İran rejimi soydaşlarımıza qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirib. Həm ziyarət öncəsi, həm də ziyarətdən sonra ümumilikdə 100- dən çox güneyli soydaşımız həbs olunub, oğurlanıb fiziki zorakalığa məruz qalıb. Onların bəzilərinin harda saxlandığı məlum deyil. Eynən bizdəki kimi...
Azərbaycanın Güneyində fars rejimi, qüzeyində isə mövcud hakimiyyət soydaşlarımızın haqq və hüquqlarını tapdamaqda davam edir. Hər iki rejimin başçıları erməni işğalçılarının əlini sıxdığı halda xalqımıza qarşı qəddarlıq və amansızlıq nümayiş etdirirlər.
Vətənin o başı, bu başı olmur. Öz milli hüquqları, insani haqları, demokratiya və azadlıq uğrunda mübarizə aparan bütün soydaşlarımızı dəstəkləyirik. Fars rejimindən həbs etdiyi soydaşlarımızı azadlığa buraxmağı tələb edirik!
Dostlar, ölkəmizdə vəziyyətimiz nə qədər ağır və çətin olsa da Güneydə milli haqları uğrunda mübarizə aparan həmvətənlərimizə qarşı fars rejiminin həyata keçirdiyi diskriminasiya, şovinist siyasətinə göz yummamalıyıq. Biz orda nahaqdan həbs olunanları da siyasi məhbus kimi tanımalı və müdafiə etməliyik.
Çünki zaman və məkan tanımadan siyasi məhbus kriteriyasının əsas tələblərindən biri də fərdin, toplumun sərbəst toplaşmaq və ifadə özgürlüyü ilə bağlıdır. Bütün yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanın Güneyində öz milli haqları uğrunda mübarizə aparan soydaşlarımıza dəstək olmağa çağırıram!''
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?