GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » "Anamın kitabı" kimliyimiz, teatrlarımız isə işıq saçan mayaklarımızdı - FOTOLAR

"Anamın kitabı" kimliyimiz, teatrlarımız isə işıq saçan mayaklarımızdı - FOTOLAR

Tarix: 27-03-2023, 21:09 Bölmə :Mədəniyyət Baxış: 783


Martın 10-da Azərbaycan Dövlət Akademik  Musiqili Teatrında ölməz Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında ingilis dilində eyniadlı tamaşada oldum.   


Mədəniyyət Nazirliyinin layihəsi olan səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur.

Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.


Tamaşada sevilən aktyorlar Səmədzadə Xasiyev, Hüseyn Əlili, Zaur Əliyev, Əli Kərimov, tərcüməçisi Şamxal Nəsibbəyli, balet artisti İranə Kərimova, digər teatrların gənc aktyorları Səmayə Qulamzadə, Nurlan Süleymanlı, Türkan Şahmarlı, Aygün Fətullayeva, Lalə Süleymanova yer alırdı. 

Açılışı teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova etdi. Teatr rəsmisi Azərbaycan teatrın 150 illik yubileyi ilə bağlı çıxış edərək 1873-cü il martın 10-da ilk avropa tipli peşəkar teatrın yaranmasından başlayaraq bu günə qədər gəlib çıxan səhnə sənətimizdən bəhs etdi. 


Ardınca Mirzə Cəlilin daim aktuallığını itirməyən "Anamın kitabı"nın müasir dövrümüzü remeykləşdirilən tamaşası start götürdü. 

Tamaşaya baxdıqdan sonra nə yazacağımı bilmədim. Səhnəyə söz ola bilməz. Almanlar demiş:  "Das ist perfekt" (möhtəşəmdi). Möhtəşəm bir şey haqqında da əlavə şərhə ehtiyac yoxdu. Buna görə də, 3 həftə ərzində qələmim kağız üzərində sükut "oruc"unda qaldı.


İngilis dilindəki "Anamın kitabı" baxdıca qüdrətli dilimizin ali zirvələrdən necə rəzil tənəzzülə məruz qaldığını və hazırkı cəmiyyətimizdə də bu prossesin davam etdiyini nümayiş etdirdi. Bu gün dilimizi aşağılayanlar əsərdəki Rüstəmi, Səmədi, Məmmədəlini nəinki geridə qoydu, əksinə onların yeddi arxa dolananına rəhmət də oxutdurdu. Hansı ki, tamaşada müasir rüstəmlərin, səmədlərin, məmmədəlilərin timsalında nümayiş olundu. Adları çəkilən obrazlar son 20 ildə o qədər çoxalaraq  "ucalıb"lar ki, artıq efirlərdə çəkinmədən dilimizi, etnopsixologiyamızı və digər milli kimliyimizi sterlizasiya edirlər. 

Əgər Mirzə Cəlil əsərində dilimizə dəyər verməyənləri qınayırdısa, ingiliscə nümayiş olunan tamaşa az qala dövlət dilimizin itməsinə rəvac verən yad dildə ötən  "müasir oğullar"ımız göstərirdi. Belə bir vaxtda özünə naşir, kitabçı deyən "Azərbaycan dili ləğv edilməli, Türkiyə türkcəsinə" keçməliyik çağırışı edir, deputat kürsüsündə oturanlar, adı ziyallı olanlar da buna alqış həmrəylik göstərir. İndi təsəvvür edin maarifçilik hərəkatının avanqardı olan Mirzə Fətəli Axundovdan başlayaraq Aydın Məmmədova qədər ona ədiblərimiz vəfat etməyib uzun ömür yaşayaraq bu halı görsəydilər, ürəkləri yerindəcə partlayıb, miskinliklə son nəfərslərini verəcəkdilər. 


Əgər Rüstəm, Səməd, Məhəmmədəli kimi "qardaşlar" əxlaqlı, gözəl-göyçək bacıları olan Gülbaharı baxşəlilərə, qasançiklərə, maykllara peşkəş etmək üçün alışıb yanırdılarsa, bu gün adları çəkilənlərdən daha alçaq, şərəfsiz olan "kişi" cinsinə sahiblər Bakının mərkəzində nümayişkaranə şəkildə hamının gözü önündə ərəbinə, əcəminə, zəncisinə, amerikalısına azərbaycanlı qızların qiymət tariflərini bəyan edir. Bununla tariximizdə, kültürümüzdə, ədəbiyyatımızdakı bütün müqədəsliklər necə yerlə-yeksan olunduğunun şahidi oluruq. 

Qarabağ deyəndə ürəyi közərən, ruhu fəryad qoparan, o gözəl diyar uğrunda minlərlə oğullar qan töküb, can verəndə bu gün "Qarabağ"- "Qalatasay" qarşılaşması üçün  stadiona toplaşan 61 min seyçi dığaların tapdağından azad olunan Ağdamın min bir əzab-əziyyətlə ucalan klubuna yox, İstanbul təmsilçisi üçün coşursa, nə oldu dünənki qanla yazılan tarix, hanı indiki dəyərimiz, nə olacaq sabahımız?! - deyə fəryad qoparırsan...


Səhnədə kamançanın qəmli ifası sanki, ana dilimizin qorunmasına, inkişafına, xalqlaşmasına, dövlətləşməsinə ömürlərini fəda etmiş ziyallılarımızın necə  aşağılandırılması, eləcə də kimliyimizi ifadə edən başlıca dəyərlərin "fatihə"sinin verilməsindən xəbər verirdi.

"Bismillahi-rəhmani rəhim" repinin səsləndirilməsi isə, içimizdə dindar, mömin, seyid, hacı, kərbəlayi adı altında gizlənən naqislərin at ilxısı, köpək sürüsü qədər olmasını və xalqı necə manipulyasiya, istismar etməsinin göstəricisiydi. 


Deyiləcək çox şey var. Amma buna nə vaxt, nə ömür yetər...


Bu gün, yəni 27 mart Beynəlxaq Teatr günüdü. Həm bu bayram, həm də 2023-cü ildə 150 ilini qeyd edən Azərbaycan Teatrına yalnız heyranlığımı dilə gətirir və uğurlar arzu edirəm. 150 yaşlı teatrımız xalqımızın maariflənməsində, tərəqqiyə doğru addımlamasıyla kifayətlənməmiş, müsəlman Şərqində və Türk dünyasında ilklərə imza atmaqla başqa xalqlara nümunə olmağı da bacarıb. İnanıram ki, keçmişdə olduğu kimi bu gün də teatrlarımız, o cümlədən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ana-dövlət dilimizi aradan qaldırmaq istəyənlərə, mədəniyyətimizi özgələşdirən, etnopsixologimazı degeneratlaşdıran və ümumilikdə milli kimliyimizi tamamilə məhv etməkdə maraqlı olanlara qarşı mübarizədə təslim olmayacaq, dünənimizi unutdurmamaq, bu günümüzün çırağı olmaq, gələcəyimizin parlaq olması uğrunda addımlayacaq. Hətta bu yolda lazım gəlsə, işığı uzaqlara saçan mayak tək savaşacaq və xalqımızı aydınlaşdıracaq. 



ABDULLA İSMAYILOĞLU

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd olundu

    Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd ...

    10-03-2017, 21:36

  • 
  • Rejissor teatr direktorunu məhkəməyə verdi- Qalmaqal

    Rejissor teatr direktorunu məhkəməyə verdi- ...

    23-01-2014, 13:29

  • 
  • Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır.

    Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün ...

    9-09-2016, 17:47

  • 
  • ADMİU-da "Fiqaronun toyu" nümayiş olunub -FOTOLAR

    ADMİU-da "Fiqaronun toyu" nümayiş ...

    30-01-2019, 13:45

  • 
  • ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş olunacaq

    ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş ...

    24-01-2019, 17:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu