GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Molla rejimi Şəhriyarı da "iranlılaşdırır"...

Molla rejimi Şəhriyarı da "iranlılaşdırır"...

Tarix: 28-05-2023, 11:14 Bölmə :Mədəniyyət Baxış: 359


“Şəhriyarı “iranlı” adlandırıb onu fars mədəniyyətinə, İran mərkəzli fars düşüncə sisteminə, ideologiyasına çəkmək və onun ətrafında təqdim etmək gülüncdür”


Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz...

Bu misraları bütöv Azərbaycanın qüdrətli şairi Məhəmmədhüseyn Şəhriyar ana dilimizin, Azərbaycan türkcəsinin şəninə yazıb. Təkcə bu misralar kifayət edər ki, M.Şəhriyarın bir Azərbaycan türkü olduğunu deyək. Cənubi Azərbaycanda doğulsa da, bütün həyatını orada keçirsə də, yaradıcılığının böyük hissəsini Arazın bu tayına, Şimali Azərbaycan həsrətinə həsr etdi... Uzun illərdir ki, molla rejimi M.Şəhriyarı farslaşdırmağa, iranlılaşdırmağa çalışır, onun barəsində özlərinə sərf edən motivdə hekayələr düzüb-qoşurlar. Bütün vəchlə onu Azərbaycandan qoparmaq istəyirlər. Şəhriyar İran ədəbiyyatının yox, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Farsca da şeirlər yazması heç də onu farslara yaxın etmir. Bu arada Azad İran teleqram kanalı məlumat yayıb ki, İran mediası Şəhriyarı “İran şairi” kimi təqdim edib. Bildirilənə görə, İranın Kitab Xəbər Agentliyi – İBNA məlumat verir ki, 34-cü Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycanın “NUR” Mədəniyyət Fondunun təmsilçisi Mahir Şərifzadə sözügedən sərginin saytına müsahibəsində deyib:

“Şəhriyarın şeirləri İran və Azərbaycan xalqları arasında dostluğu dərinləşdirir. Millətlər arasında ünsiyyət qurmağın ən yaxşı yollarından biri də kitabdır. Məsələn, “İran şairi” Şəhriyarın şeirlərində İranla Azərbaycan arasında ortaq mədəni cəhətləri görə bilərik". Molla rejimi Şəhriyarı Azərbaycandan qoparmaq istəyir və onun "millətlər arasında əlaqələr yaratdığını deyirlər. Hansı millətlər? Şəhriyar Azərbaycan türküdür və onun adı ədəbiyyatımıza zinətdir. Panfarsistlər nə üçün Şəhriyarı Azərbaycandan qoparmaq istəyirlər? Bir qayda olaraq o, İran şairi kimi təbliğ olunur, səbəb nədir?

  • “Şəhriyar iranlı deyil”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Bakı-Xəbər" ə şərhində bildirir ki, Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərində doğulub və o vaxtlar ölkə İran adlanmırdı: “O zaman ora Qacarlar dövləti idi. Xarici ədəbiyyatda ora “Persiya” deyirdilər. Onda İran adlı ölkə yox idi. Sonrakı dövrlərdə, 1920-ci ildən sonra, yəni Qacarlar sülaləsi devirildikdən və Pəhləvilər hakimiyyətə gətirildikdən sonra ölkə İran adlanmağa başladı. Yəni yer adı kimi Şəhriyarın “iranlı” adlandırılması məntiqli hesab edilə bilməz. Çünki Şəhriyar iranlı deyil”. 

S.Soltan qeyd etdi ki, sonradan İran vətəndaşı olub. Məsələnin göründüyü kimi, olmdığını deyən S.Soltanın sözlərinə görə, fars mərkəzli düşüncə sisteminin, yəni panfarsistlərin gücü Şəhriyarı “fars şairi” kimi təqdim etməyə çatmayanda onu “iranlı” adlandırıb özününküləşdirmək istəyir: “Bununla da Şəhriyarın Azərbaycan türkü olduğunun dərəcəsini azaltmaq niyyəti güdürlər. Məsələn, deyə bilərdilər ki, İran şairidir, türkdür və sair...Bunu deyə bilmirlər və Şəhriyarı farsa, fars ədəbiyyatına, fars düşüncəsinə yaxın saymaq üçün ona “iranlı” deyirlər. Amma Şəhriyar özü nə deyirdi?  

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz...

Şəhriyar bütün varlığı ilə Azərbaycan türküdür. Düzdür, o farsca da yazıb, qəsidəsid, divanı, qəzəlləri və sair var. Amma Şəhriyar hətta təkcə “Heydərbabaya salam” poeması ilə Azərbaycan türkünün, bütövlükdə türkün böyük şairi olduğunu təsdiqləyib, təpədən-dırnağa qədər türk olduğunu göstərib. Şəhriyar heç bir halda panfarsitlərə, fars şovinstlərinə onun “fars olması” kimi bir sahəyə bağlanmasına imkan verməyib.  Bu baxımdan, “iranlı” adlandırılması yersizdir, bu əslində həm Güney, həm də Quzey Azərbaycanda qıcıq yaradır. Şəhriyar türkdür, amma bəli, vətəndaş kimi İran vətəndaşıdır”.

S.Soltan qeyd etdi  ki, Şəhriyar Güney və Quzey Azərbaycanın birliyini istəyənlərdən olub. S.Soltanın sözlərinə görə, çünki Şəhriyar Azərbaycan Milli Hökumətini görmüşdü və Milli Hökumətin gördüyü işlərdən xəbərdar idi. “Fars şovinizmində, fars düşüncə sistemində, İran mərkəzli  fars ideologiyasında nə olduğunu bilirdi. O məktəblərdə türkcə danışanda, yazanda türklərin cəzalandırıldığını, cərimələndiyini bilirdi, onu yaşamışdı. O dövrdə Şəhriyarın 40 yaşı vardı, yəni yetkin, kamil bir insan idi. Və ona görə də Şəhriyarı “iranlı” adlandırıb onu fars mədəniyyətinə, İran mərkəzli fars düşüncə sisteminə, ideologiyasına çəkmək və onun ətrafında təqdim etmək gülüncdür. Odur ki, İran rəsmisinin dediyi də yersiz görsənir”-deyə müsahibimiz qeyd etdi.

İradə SARIYEVA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fars-molla rejimi üstümüzə özümüzdən olanları yollayır

    Fars-molla rejimi üstümüzə özümüzdən olanları ...

    29-11-2013, 17:23

  • 
  • Fars-molla rejimi o qızı həbs etdi: "Səni deyirlər..."(VİDEO)

    Fars-molla rejimi o qızı həbs etdi: "Səni ...

    7-09-2018, 13:21

  • 
  • Molla rejimi antiazərbaycan hücumuna başladı

    Molla rejimi antiazərbaycan hücumuna başladı ...

    10-04-2013, 10:25

  • 
  • İnstitut direktoru: "Nizaminin farsdilli Azərbaycan şairi olmasını sübut edəcəyəm"

    İnstitut direktoru: "Nizaminin farsdilli ...

    25-11-2015, 15:13

  • 
  • Fars-molla rejiminin TÜRK QORXUSU... - FAKT

    Fars-molla rejiminin TÜRK QORXUSU... - FAKT ...

    7-01-2019, 12:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu