GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Kaş ki, real olaydı - FOTOLAR

Kaş ki, real olaydı - FOTOLAR

Tarix: 17-07-2023, 15:19 Bölmə :Mədəniyyət Baxış: 650

Ötən ay Azərbaycan Dövlət Akademik Musiqili Teatrda yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindi dünya” əsəri əsasında hazırlanan iki pərdəli eyniadlı tamaşası baş tutdu. Məzhəkə ardıcıl 2 gün nümayiş olundu. Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdu.

Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadı.

Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak edirlər.


Tamaşa əsas qəhramanları Şərif (Emin Zeynallı ifasında) ilə Müyəssərdi (rolu Nəzrin İsmayılzadə canlandırır). Elmi konfransda tanış olan gənclər arasında münasibətlər sürətlə irəliləyir. Bir-birinə rast gələnlər arasında tezliklə xoşlantı, sevgi yaranır və bu izdivac saniyəbəsaniyə inkişaf edir. Lakin hər 2 tərəfdəki etnopsixoloji yanaşma və mentalitetin geriliyə ehtiva edən "dəyər"ləri cütlüyün izdivaclarını rəsmləşdirmək üçün maneələr halqasına səbəb olur. Özbək gözəli: "Bizim izdivacımızın sonu yoxdu. Hansısa qüvvələr, tilsim buna imkan verməyəcək". Qıza heyran olan isə: "O qüvvə, tilsim, sevgimizdi!" deməsiylə nikbinliyini, ümidli olmalırını qeyd edir. Hörüklü gözəlin aşiq olduğu qafqazlı oğlana Özbəkistanda hələ başlıq pulunun qüvvədi olmasını və qız tərəfinə 30 min manat pul verməli olduğunu da xatırladır. Heyran olmuşların dialoqunun sonrasında gözəl rəqs başladı və tamaşaya rəng qatmaqla seyrcilərin ilk alqışını qazandı. Səhnə əsərinin istər başlanğıcında, istərsə də gedişatında "Görüş" filmimizdən səsləndirmələr, həmçinin Şərifin atası Şiraslanın (bu rolu Ruslan Mürsəlov oynayır)  

adı çəkilən ekran əsərinə baxaraq Azərbaycan-Özbəkistan münasibətlərini yad etməklə həm keçmişimizə biganə olmamağa, həm də 2 xalqın əsrlərlə mehriban dostluqlarının mövcudluqlarına işarəydi. Anaxanımın yuxusunda gördüyü özbək xalq mahnısı "Gəldi-gəldi, gəlin gəldi" sədaları altında rəqqasların ifası da səhnə əsərinə kreativlik qatdı. 

Tamaşa yanlız məişət və mentaliteti tənqidlə yox, həm də ölkəmizdəki xoşagəlməz bir çox halları və xalqın məruz qaldığı məhrumiyyətlərə də işarə verirdi.  Məsələn, Müyəssərin Şərifə: "2 gündü Bakıdayıq, amma 2 addımlığımızdakı Xəzər dənizin görməmişik" replikası xüsusi  önəmliydi. Əvvəla ona görə ki, Xəzər dənizinə çıxışımızı xoşbəxtlik kimi qiymətləndirsə də, əslində bədbəxtik. Çünki siravi, maddi imkanı geniş olmayan soydaşlarımızın dəniz havasına, torpağına, suyuna həsrətdi. Uzun illər dığalardan betər harın məmurlar, nazirlər dənizi çəpərləməklə xalqı təbiətin nemətinə həsrət qoymuşdular. Hazırda hasarlar sökülsə də, camaat yenə mavi suya tamarzıdı. Bu səfərdə oliqarx faşistlər dəniz kənarının demək olar hər yanını zəbt etməklə şəxsi çimərlik, istirahət mərkəzləri açaraq od qiymətinə tariflərlə insanları dənizdən pəhrizdə saxlayırlar. Odu ki, ay Müyəssər  camaat 20 ildi 2 addımlığında olan Xəzərə həsrətdi. 


Şərifin valideynləri olan Şiraslan ilə Anaxanımın (Ofelya Məmmədovanın ifasında)  müzakirələri də gülməli və diqqətə layiq idi. Xanımın ərinə "Aslançik" deyə müraciəti qarşı tərəfin xoşuna gəlmir və o etiraz edərək: "heç olmasa Şiraslançik de, babamın ruhu inciyir axı". İfadəsi tamaşaçıları gülüşünə səbəb oldu. 

Şiraslanın övladının xoşbəxtliyini yox, pulgirliyi fikirləşərək oğlunu imkanlı iş adamalarının, nazir vəzifəsinfə əyləşən şəxsin qızı ilə evləndirməyə çalışır. 

Hətta Anaxanım, ərinin tanışı olan nazirin qanunsuz əməllər törətdiyinə görə həbs olunduğunu deyəndə, Şiraslan: "Əşi, yığdığının 10% qalsa, 7 arxa dolananına bəs edər" ifadəsiylə necə mənəviyyatsız, tamahkar olmasını bir daha göstərir. Bununla həmçinin heç də yanlız harın məmurların yox, elə sadə adamalar arasında haramçılıq, alçaqlıq, minlərlər insanların haqlarını tapdalayaraq cibini doldurmaq istəyən və nazir, deputat, icra başçılarına həsəd aparanların olmasını göstərir. 


Elə özbək qızının ailəsində də "qızımın gələcəyini düşünürəm" ifadəsi altında maddiyatın önə çəkilməsi var. Əsas da qızın atası Bəyaz Batırın (Elçin İmanov rolu canlandırır) 30 min manat başlıq pulu verilməsiylə hələ Özbəkistan, Tükmənistan və Qırğızıstanda orta əsr qanunlarının qalıqlarının mövcudluğuna işarədi. Elə toy mərasimində Bəyaz Batırın kəbinin olmamasından sonra aləmə car çəkərək molla tələb etməsi də mövhumatın və geriliyin əlamətidi. 

Şərif ilə Müyəssərin "Forest Qamp" ("Forest Gump") filminin "Suite" saundrekinin sədaları altında sevgi rəqsi çox gözəl alınaraq, tamaşaya rəng qatdı və zalda əyləşənlərin gurultulu alqışlarını qopartdı. 

Şərifgilin qonşusu evdə qalmış Safuranın (Gülnarə Əzizovanın ifasında) özünün hər vasitəylə oğlana sırımaq  cəhdləridə maraqlıydı. Madmazel bunun üçün Şərifin anasına yarınması, xanıma monikur, pedikur, qaş alınması və digər xidmətlər göstərməklə canfəşanlığı diqqət qaçmadı. Elə ki, qonşu qızı gözəaltı etdiyinin özbək gözəlini sevməsini və yaxın zamanda da evlənəcəklərini bildikdən sonra Anaxanıma münasibətinin dəyişməsi, qəribə jestləri çox orijinal alındı və seyircilərin bolluca gülməsinə gətirib çıxardı. Hələ zənənin "Şərifin evlənməsini eşidəndə, elə bildim məni seçib, sevincim 57 saniyə çəkdi" ifadəsi auditoriyadakı gülüş səslərini daha da yüksəltdi. 


Toy səhnəsində qırmızı libaslı masabəyinin (Huseyn Əlili ifasında)  peyda olması gözlənilməz və maraqlı oldu. Onun təlxəkliyi, məddahlığı və qəribə rəqsləri tamaşaya rəng və yumor qatdı. Sanki, "Maska" filminin baş rol ifaçısı Cim Kerri qarşımızda canlanmışdı.


Xülasə, tamaşa maraqlı, maarifçi, gözəl musiqi, rəqsləri və yumoruyla zəngin idi. Hiss olunurdu ki, rejissor maksimum savadını, fantaziyasını ortaya qoymuşdu. Auditoriyada əyləşənlər içərisində Xalq artisti Afaq Bəşirqızı da vardı. Xanım sənətlar da tamaşadan məmnun qalaraq gurultulu alqışını əsirgəmədi. Səhnə əsərinin sonluğu sevənlərin qovuşması, xoşbəxtliyi ilə tamamlandı. Heyif ki, real həyatda belə sonluqlara insanlar həsrətdi. Gördüklərimiz isə sevənlərin sonluğudu.

Odu ki, "Sevənlərindi dünya" tamaşasının canlı həyatımızda da uzlaşmasını hələlik xəyal edirik. Kaş ki, real olardı...

Xoşbəxtlikdə tamaşadan sonra quruluşçu rejissoru Elməddin Dadaşovla da görüşüb həm səhnə əsəri, həm də gələcək planları barədə açıqlama aldıq:

"Bu mövsüm mənim üçün uğurlu oldu. "Sevənlərindi dünya" tamaşası üçün məşqimiz 3 ay çəkdi. Sağolsun teatrımızın direktoru Əliqismət müəllim quruluş verdiyim səhnə əsəri üçün mənə tam sərbəstlik və seçim imkanları verdi. Ona görə aktyor seçimlərində sərbəst idim. Telli Hüseynova, Ofelya Novruzqızı, Ruslan Mürsəlov, Nərmin Əliyeva ilk dəfə mənim quruluş verdiyim tamaşada əsas rol ifaçıları oldu. Həmçinin tamaşada rol almayan aktyorların səslərindən də yararlandım. Yəni, onlar səsləndirmədə iştirak etdilər. Tamaşada əziyyəti keçən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Xüsusilə də teatrımızın modelyeri Nübar Hüseynovanın adını çəkərdim. O, geyimləri aktyorlarımızın əyninə çox gözəl uyğunlaşdırdı. Məhz Nübar xanım zövqü sayəsində "Sevənlərindi dünya"da rol alan akyorların geyimləri çox cəlbediciydi ki, bu da tamaşaya ayrıca rəng qatdı. Düşünürəm ki, quruluş verdiyim tamaşa uğurlu alındı. Səhnə əsəri növbəti mövsümlərdə də teatrımızın repertuarında olacaq. Mən 17 ildi Azərbaycan Dövlət Akademik Musiqili Teatrda çalışıram. Bu quruluşçu rejissor kimi ilk işimdi. Amma bir çox tamaşalarda 2-ci rejissor kimi fəaliyyət göstərmişəm. Bu mövsüm Bəhram Osmanovu quruluş verdiyi "Kimyagər" və növbəti mövsümdə səhnəmizi zənginləşdirəcək "Adamın adamı" tamaşalarında 2-ci rejissoru mənəm. Həmçinin 1 ilə yaxındı quruluş verdiyim daha bir səhnə əsəri var. Söhbət gözəl filmlərimizdən olan "Bir qalanın sirri"nin səhnələşdirilməsindən gedir. İnşallar yeni mövsümdə o da tamaşaçılarımıza sunulacaq". 


ABDULLA İSMAYILOĞLU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş olunacaq

    ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş ...

    24-01-2019, 17:09

  • 
  • ADMİU-da "Fiqaronun toyu" nümayiş olunub -FOTOLAR

    ADMİU-da "Fiqaronun toyu" nümayiş ...

    30-01-2019, 13:45

  • 
  • Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd olundu

    Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd ...

    10-03-2017, 21:36

  • 
  • Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır.

    Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün ...

    9-09-2016, 17:47

  • 
  • Möcüzələrə inanırsınızsa, yenidən gəlin

    Möcüzələrə inanırsınızsa, yenidən gəlin ...

    28-05-2023, 11:08


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu