GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » DAİM GÜNDƏMDƏ OLACAQ ƏSƏR

DAİM GÜNDƏMDƏ OLACAQ ƏSƏR

Tarix: 16-08-2023, 19:40 Bölmə :Mədəniyyət Baxış: 456


Əsrlərin sınağından çıxan "O olmasın, bu olsun"  tamaşası dəfələrlə nümayiş olunmasına baxmayaraq, hər zaman rəğbətlə qarşılanır, teatrsevərlərə gözəl və yaddaqalan anlar bəxş edir. 


1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuş bu əsər uzun illər ayrı-ayrı rejissorların yozumunda nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilərək böyük rəğbətlə qarşılanıb. 

Qeyd edək ki, Akademik Musiqili Teatrda sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan bu tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadı.

Qeyd edək ki, tamaşada Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar – Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Aydan Həsənova, Hüseyn Əlili, Elçin İmanov, Təranə Əliyeva, Elməddin Dadaşov, Nicat Əli, Fərid Rzayev, Təranə Əliyeva həmçinin xor və balet artistləri də iştirak edirdi. 

Tamaşa qəmli musiqi və 2 nəfərin şam lamlarını yandırmasıyla başladı. Bununla sanki hələ də cəmiyyətimizdə cəhalətin naqisliklərin, özbaşınalıqların baş alıb geyməsinə və onlara qarşı mübarizə aparan az saylı insanların mübarizəsini görsənirdi. Dekorasiyalar və aktyorların geyimlərinin əyinlərinə çox yaxşı uyğunlaşdırılmışdı. Bunlar səhnə əsərinə əlavə rəng qatmaqla yanaşı sanki həqiqətən XX əsrin əvvəllərindəki kimi özümüzü hiss edirdik. Sərvərin Gülnaza gəlincik hədiyyə etməsi maraqlı idi. Məşədi İbad obrazında Əməkdar artist  Şövqi Hüseynovun görünməsi tamaşaçıların alqışları ilə qarşılandı. Şövqi müəllim Məşədi İbadı o qədər təbii canlandırdı ki, ancaq rəhmətlik Əliağa Ağayev möcüzə baş versə və o biri dünyadan dirilib gəlsə, Əməkdar artist rəqabətə tab gətirə bilməyib geri çəkilə bilər. Düşünürəm ki, Şövqi Hüseynov hazırda  teatrlarımızda Üzeyir Hacıbəyovun qəhramanını ən yaxşı ifa edən aktyordu. 

Məşədi İbadın güzgü qarşısında özünütərifi, Rüstəm bəylə (bu rolu Xalq artisti Pərviz Məmmədrzayev canladırırdı) rəqs etməsi, mübahisəsi çox təbii alınaraq seyrcilərdən alqışları və qarınlarını tutub gülməsiylə nəticələndi. Hələ Məşədinin: "mən ruslarla çox alver edirəm, ona görə obrazovovskiyəm" deməsi də gülüşsüz keçmədi. Qulluqçu Sənəmin (bu rolu Əməkdar artist Nahidə Orucova canlandırır) Məşədi İbadı görüncə: "nə kifir kişidi ay Allah" deməsi də seyrcilərin alqışı və təbəssümünə səbəb oldu. Rüstəm bəyin Məşədinin qızı görməsini istəməsini bildikdən sonra daha çox pul istəməsi və: "biri var söz, biri var göz" deməsi də rejissör kreativliyinin göstəricisiydi. Amma Məşədi İbad yalnız seyciləri güldürməklə yox, həm də maarifləmdirməklə də məşğul idi. Onun səhnədə osmanlı türkcəsində danışanlara üzünü tutaraq "yapıyorum, şapıyorum" nə qədər demək olar, eləcə də rusca dəm vuranlara: "qırıldat görək sən nə deyirsən" deyə ironiya etməsini göstərmək olar. Bunun da Məşədi bu gün dilimizi zəlil günə qoyan, onu yersiz "bəzənti"lərlə yarlıqlayanları hədəf alırdı. 

Qəzetçi Rzanın Məşədidən xüsusi jestlərlə pul istəməsi də diqqətdən qaçmadı. Ümumiyyətlə Məşədidən hər dəfə kimsə pul istəyəndə və ya xərcləri artanda başını aşağı salaraq miskin vəziyyət alması Şövqi Hüseynovun akyorluq məharətinin göstəricisiydi. Hələ Məşədinin hasardan Sərvər ilə Gülnazı müşahidə etməsi, gənc centlemenlə mübahisəsi, ardıncada yerə yuvarlanması orijinal alındı. Hələ yıxılandan sonra qəmli halda: "Leyli bu tayta, Məcnun o tayta qalıb, eşqbazlıq edir" deməsi həm gülməliydi, həm də düşündürücü. Əgər 1 əsr bundan əvvəl Gülnar zorla atası yaşında birini ərə verilməmək üçün Sərvərlə eşqbazlıq edirdisə, indi nişanlı, evli "uzunsaçlılar" rəngarəng "izdivac"lar, say-seçmə portnyorlarla bazlaşırlar. 

Aktyor Əkbər Əlizadə Həsən bəy obrazını kreativliklə o qədər gözəl canlandırdı ki, hətta filmdəkindən də yaxşı alındı. Sənətkarın "Məşədi İbad lap aranqudan meymunudu" ifadəsini elə ironiyayla dedi ki, zalda əyləşənlər qarınlarını tutaraq güldü. Hələ Həsən bəyin: "Məşədi İbad əsl, istinniy musulmanindi" deyərək səjdəyə getməsi də auditoriyada gülüş və alqışlarla qarşılandı. Hanbalların peyda olması da səhnəyə rəngarənglik qatan orijinallıqlardan idi. Məşədi İbadın hamamda "paklandıq"dan sonra ağ pencək geyinməsi də rejissor kreativliyinin göstəricilərindən idi. Həmçinin səhnə əsərinin baş qəhramanının toy gecəsi  gəlin libasınsa Sərvəri peyda olması və qarşılaşmaları da həm kreativ, həm maraqlı alındı, həm də seyrcilərin gülüşünə səbəb oldu. Sərvərin Məşədi İbada qələmi götürüb yazmasını əmr edəndə,  qoca bəyin: "bu gecə kağız-qələm mənim nəyimə gərəkdi?" ifadəsi tamaşaçıların coşqulu gülüşünə səbəb oldu. Üzeyir Hacıbəyovun uzaqgörənliyi sayəsində qələmə aldığı "O olmasın, bu olsun" əsəri günümüzdə də aktuallığını itirmir. Cılız insanlar ölməz bəstəkarın sənət əsərini yalnız yaşlı kişinin qızı yaşında olan əks-cinsinə şəhvət duymasını görür. Əslində isə musiqimizin öndəri həm öz dövrünün, həm də hazırda daha betər baş alıb gedən pula hərisliyi, qumarbazlığı, mənfəətpərəstliyi, alçaqlığı, qadın-kişi qarşıdurmaları, cəhaləti və digər bu kimi naqislikləri əsərlərindən çatdırmaq istəyirdi. Çox qəribədi cəmiyyətimizdə özünə dünyavi, feminist, demokrat, bərabərçi deyərək baş qaldıran ünsürlər Üzeyir bəyi cılızlaşdıraraq bəstəkarı özlərinin iyrənc fəaliyyətlərində silah kimi istifadə edirlər. Bu parazitlər hələ də anlamayıb ki, şuşalı dahi pisi-yaxşısı ilə xalqını sevirdi. O, dövründəki çirkablıqları tənqid edəndə azərbaycanlıların öz kimliyinə tüpürüb, inkar etməyi yox, milli mənəviyyatını, qafqazlılığını, şərqliliyini, türklüyünü qorumaqla müasirləşməyi, dünyaviləşməyin vacibliyini çatdırırdı. Bu məqamda musiqimizin atasının "Mərəzlərimizdən biri" məqaləsindəki fikirini qeyd etmək yerinə  düşür: "Görünür, bizim öz qüdrətimizə etiqadımız yoxdu. Varmışsa da itibdi". Nə qədər ki, başda musiqimizin öndəri olmaqla ziyallılarımızın nə üçün qələmə sarılıb cihat etdilərini anlamayacağıq, daim alnını möhürə sürtərəq naqislik edən məşədilərin, qadın azadlığı altında azğınlıq, mizandriyalıq edən gülnarlar, nərminlər cəmiyyətimizdə vəba saçacaqlar. 


P.S Səhnədə zərif cinslərin kişilərə qarşı ironiyası, istehzası zamanı ürəkdən gülən, lakin zənənlərə qarşı maskulizm zamanı dərhal sifət mimikası dəyişən yanımda əyləşən qubalı madmazel də gözümdən qaçmadı. 


ABDULLA İSMAYILOĞLU

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş olunacaq

    ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş ...

    24-01-2019, 17:09

  • 
  • Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd olundu

    Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd ...

    10-03-2017, 21:36

  • 
  • Xalq artisti Rafiq Əliyev vəfat etdi

    Xalq artisti Rafiq Əliyev vəfat etdi ...

    16-04-2020, 10:59

  • 
  • Hacıbaba Bağırov - 90 illik yubileyi qeyd edilir -FOTOLAR

    Hacıbaba Bağırov - 90 illik yubileyi qeyd edilir ...

    13-06-2022, 10:06

  • 
  • ADMİU-da "Fiqaronun toyu" nümayiş olunub -FOTOLAR

    ADMİU-da "Fiqaronun toyu" nümayiş ...

    30-01-2019, 13:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu