Torpaqlar işğaldan azad olunandan sonra ən çox yadaıma düşən sənət adamlarından biri məşhur müğəni Məhəbbət Kazımovdur. Onun 1998-ci ildən ifa etdiyi "Laçınım" mahnısı vətən sevgisinin, yurd harayının, yağmalanmış yurd nisgilinin ruha hopan bir təranəsi, qəm dastanı idi.
Mən uzun müddət bu mahnının tilsimindən çıxa bilmədim. O, bu mahnını ifa edəndə bütün varlığını musiqiyə, səsə təslim edirdi. Sankı özünü unudurdu, Laçının dağlarına, çaylarına, bulaqlarına səyahət edirdi. Həmin bulaqların suyu Məhəbbət Kazımovun səsindən zinə-zinə axırdı, göz yaşı kimi durulurdu, duzu insanların qəlbinə hopurdu.
Musiqini yaxşı bilən dostlarla, sənət adamları ilə çoxlu mübahisələrimiz olub bu mahnı ilə bağlı. Haqlı olanı da olub, olmayanı da. Amma heç biri bu mahnının zəif əsər olduğuna məni inandıra bilməyib. "Laçınım" zamanın ehtiyaclarından yaranmışdı, tarixin həmin anının səs fəryadı idi, səsin gücü idi.
Tanışlığımız vardı rəhmətliklə. Ara-sıra 9-cu mikrarayonda indi artıq həyatda olmayan Laçınlı bir dostumuzla birlikdə görüşürdük. Bu mahnının özəlliyi həm də onda idi ki, onun ruhundakı nisgillə Məhəbbət Kazımovun şəxsiyyəti vəhdət təşkil edirdi. Lçın azad olunanda birinci yadıma düşən bütün mənalarda təkrarsız sənət adamı, müğənni, ruh adamı və yetkin şəxsiyyət Məhəbbət Kazımov oldu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?