GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » "Folger Şekspir Kitabxanası"nda dünyada Şekspirin əsərlərinin ən böyük kolleksiyası saxlanır

"Folger Şekspir Kitabxanası"nda dünyada Şekspirin əsərlərinin ən böyük kolleksiyası saxlanır

Tarix: 3-07-2024, 21:56 Bölmə :Mədəniyyət Baxış: 216


"Folger Şekspir Kitabxanası"nda dünyada Şekspirin əsərlərinin ən böyük kolleksiyası saxlanır  VİDEO

Uilyam Şekspirin əsərlərinin dünyada ən böyük kolleksiyasına ev sahibliyi edən Vaşinqton şəhərində çoxlarının heç vaxt görmədiyi xəzinə saxlanır. “Folger Şekspir Kitabxanası” dörd il davam edən təmirdən sonra öz qapılarını yenidən açaraq, kolleksiyasının ən qiymətli hissəsini ilk dəfə ictimaiyyətə təqdim edir.

Vaşinqtondakı "Folger Şekspir Kitabxanası"nda dünyada Şekspirin əsərlərinin ən böyük kolleksiyası - təxminən 60 min əlyazma, 90 min qrafik illüstrasiya və 280 min çap kitabı saxlanır. Dörd il təmirdən sonra indi kitabxana ictimaiyyət üçün yenidən açılıb.
Peggy Obrayen kitabxananın təhsil üzrə direktorudur. "Hazırda sərgimizin sahəsi 1100 kvadrat metrdən çoxdur və bu, çox böyükdür. Bu, həm də bizə nadir kitabları əvvəllər edə bilmədiyimiz şəkildə nümayiş etdirməyə imkan verəcək bir məkandır. Çünki nadir kitabları nümayiş etdirəndə bütün işıqları söndürməlisiniz."
Birinci Folio "Folger Kitabxanası"nın əsas xəzinəsidir. Bu, Şekspirin pyeslərinin 1623-cü ilə aid ilk nəşr olunmuş toplusudur. Günümüzə qədər onlardn təxminən 230 nüsxəsi gəlib çatıb. Onlardan beşi Londondakı Britaniya Kitabxanasında saxlanılır. "Folger Kitabxanası"nda 82 nüsxə var.
Bu nadir nüsxələrin yanında 17-ci əsrə aid mətbəənin rekonstruksiyası, habelə Şekspirin həyatı və Kraliça Yelizavetanın portretindən tutmuş, 19-cu əsrin ortalarında Britaniyada "Otello" tamaşasının ilk qaradərili aktyorunun yer aldığı açıqcaya qədər - onun dünya mədəniyyətinə təsiri ilə bağlı artefaktlar var.
Kolleksiya 1880-ci illərin sonlarında Şekspir nəşrləri və kitablarını toplamağa başlayan neft maqnatı Henri Folger və həyat yoldaşı Emilinin sayəsində ABŞ-da saxlanır. Onlar kitabxananı 1932-ci ildə ABŞ Konqresi və Ali Məhkəməsinin yanında, Kapitoli yüksəkliyində açıb.

Bu gün Folgerin adını daşıyan kitabxanada Uilyam Şekspir haqqında köhnə ingilis kitabları və müxtəlif materialların toplanması davam etdirilir. Maykl Vitmor kitabxananın direktorudur və o, buradakı əsərlərin müasir dünyada hələ də aktual olduğunu deyir. "İncəsənət və humanitar elmlər multikultural, multietnik demokratiyada – mürəkkəb, yeni problem və çağırışlarla üzləşən bir mədəniyyətdə vətəndaş olaraq kim olduğumuz haqqında söhbətin bir hissəsi olmalıdır. Və Şekspir kimi bir yazıçı bizim kimliyimizi müəyyən edən və bu gün də mübarizə apardığımız bir çox məsələlərə toxunur."
Sərgidə həmçinin 17-ci əsrin qadağan olunmuş ən məşhur kitabının – məşhur astronom Qalileo Qalileyin müəllifin avtoqrafı ilə yazdığı "İki əsas dünya sistemi haqqında dialoq"un ilk nəşri də var.
Sərgidə həmçinin müəllif Alan Miln tərəfindən imzalanmış "Vinni Puh"un ilk kommersiya nəşri, eləcə də Jül Vernin elmi-fantastik klassik əsəri "Yerin mərkəzinə səyahət" əlyazması da nümayiş etdirilir.
"Folger Kitabxanası"nda eləcə də payız mövsümü klassik "Romeo və Cülyetta" ilə başlaması planlaşdırılan Elizabet Teatrı da yer alıb.
Kitabxananın interyeri də vitrajlı qotik pəncərələrdən və şamdanlardan tutmuş, Şekspirin pyeslərindəki lavanda, rozmarin və maqnoliya kimi çiçəklər və bitkilərlə bəzədilərək məzmunu qədər Şekspir üslubundadır.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəfər Cabbarlı kitabxanası yanır

    Cəfər Cabbarlı kitabxanası yanır ...

    2-09-2014, 11:21

  • 
  • Azərbaycan Milli Kitabxanası Los Anceles Universitetinin kitabxanası ilə əməkdaşlıq edəcək

    Azərbaycan Milli Kitabxanası Los Anceles ...

    10-01-2018, 14:08

  • 
  • Konqres Kitabxanası hər ay 30 terabayt məqalə arxivləşdirir

    Konqres Kitabxanası hər ay 30 terabayt məqalə ...

    19-02-2018, 11:41

  • 
  • İranlılar Şekspirə görə həbs olundu

    İranlılar Şekspirə görə həbs olundu ...

    11-09-2018, 13:10

  • 
  • Ən çox erotik kitab oxuyan ölkə

    Ən çox erotik kitab oxuyan ölkə ...

    16-02-2014, 21:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu