GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » QƏHRƏMANLAR UNUDULMUR! –Şəhid mayor Rasim Məmmədovun xatirəsi anıldı / Fotolar

QƏHRƏMANLAR UNUDULMUR! –Şəhid mayor Rasim Məmmədovun xatirəsi anıldı / Fotolar

Tarix: 7-04-2025, 13:25 Bölmə :Mədəniyyət Baxış: 144

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhid mayor Rasim Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Naxçıvan Dövlət Texniki Kollecinin kollektivi tərəfindən təşkil edilən tədbir şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi kimi baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Rasim Məmmədovun igidlik yolundan, Vətənə sədaqətindən və aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən çıxışlar olub. Hər bir tədbir iştirakçısı şəhid ailələrinin cəmiyyət üçün dəyərini vurğulayaraq, Rasim Məmmədovun da təkcə ailəsinin deyil, bütöv Azərbaycanın qüruru olduğunu bildiriblər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov şəhid mayor Rasim Məmmədovun həyat yolu barədə geniş məlumat verib. O, Rasimin uşaq yaşlarından Vətənə sevgi ilə böyüdüyünü, hər zaman intizamlı, fədakar bir insan olduğunu vurğulayıb. Asəf Ruşanov qeyd edib ki, Rasim Məmmədovun Aprel döyüşlərində göstərdiyi igidliklər onu Azərbaycan Ordusunun örnək zabitlərindən birinə çevirib. O bildirib ki, bu cür qəhrəmanların adı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların xatirəsi daim uca tutulacaq.

Daha sonra çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov şəhid ailələrinin cəmiyyətin ən hörmətli və dəyərli insanları olduğunu vurğulayıb. O qeyd edib ki, Rasim Məmmədov təkcə ailəsinin deyil, bütövlükdə xalqımızın qürurudur. Onun keçdiyi şərəfli həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. Ovni Muradov belə tədbirlərin vətənpərvərlik ruhunun aşılanması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə iştirak edən “Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirli çıxışında şəhidlərin adlarının mediada mütəmadi şəkildə işıqlandırılmasının vacibliyini vurğulayıb. O, hazırda həyata keçirilən televiziya layihələri vasitəsilə Rasim Məmmədov kimi qəhrəmanlarımızın həyat və döyüş yolunun cəmiyyətə, xüsusilə də gənclərə tanıdıldığını bildirib. Sahil Tahirli bu istiqamətdə jurnalistlərin və media nümayəndələrinin məsuliyyətindən də danışdı.

Şəhid mayor Rasim Məmmədovun anası Basti Məmmədova tədbirdə çıxış edərək, oğlunun uşaqlıqdan Vətənə bağlı bir övlad olduğunu, hərb sənətinə sevgi ilə yanaşdığını göz yaşları içində danışıb. O, Rasimin daim haqqın, ədalətin tərəfində olduğunu, əsgərlikdən qayıtdıqdan sonra hərbi karyerasını davam etdirmək qərarına gəldiyini bildirib. Basti xanım oğlunun şəhidliyi ilə qürur duyduğunu, amma onun yoxluğunun ailə üçün ağır olduğunu səmimi və kövrək şəkildə dilə gətirib.

Rasim Məmmədovun orta məktəbdəki müəllimi Hacı Fəxrəddin Səfərov isə onun məktəb illərindən vətənpərvər və nümunəvi bir şagird olduğunu xatırladıb. Müəllimi Rasimin dərslərdə aktiv, ədalətli və mərd bir uşaq kimi yaddaşlarda qaldığını söyləyib. Onun şagirdlik illərindən hərb sahəsinə maraq göstərməsi və bu istiqamətdə özünü inkişaf etdirməsi barədə danışaraq, Rasim Məmmədovun şəhidlik zirvəsinə ucalmasının təsadüfi olmadığını vurğulayıb.

Naxçıvan MR Ali Məclisinin deputatı Ülkər Bayramova çıxışında qeyd edib ki, vətənpərvərlik təkcə sözlə deyil, əməllə nümayiş etdirilməlidir. O bildirib ki, Rasim Məmmədovun həyatı bu baxımdan ən gözəl nümunədir. Ülkər Bayramova şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların ailələrinə qayğı göstərilməsinin dövlət və xalq olaraq mənəvi borcumuz olduğunu söyləyib.

Şəhid mayorun həyat yoldaşı Samirə Məmmədova tədbirdə duyğulu çıxış edərək Rasimin həm ailəsinə, həm də Vətənə olan sədaqətindən danışıb. O, şəhid həyatının həm ağır, həm də böyük bir qürur hissi olduğunu bildirib. Samirə xanım Rasimin həyatını hər kəsə nümunə göstərərək, onun fədakarlığını övladına da Vətən sevgisi olaraq ötürmək istədiyini deyib.

Tədbirin ən təsirli məqamlarından biri Cəhri tam orta məktəbin 3-cü sinif şagirdi Hənifəyeva Güllünün çıxışı olub. Balaca Güllü şəhidlərə həsr olunmuş səmimi sözlərlə çıxış edib. Onun təmənnasız və qəlbdən gələn fikirləri tədbir iştirakçılarının gözlərini yaşardıb, zalda duyğusal anlar yaşadıb.

Tədbir zamanı 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların valideynləri də söz alaraq, Rasim Məmmədovun timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyiblər. Onlar bildiriblər ki, şəhidlərimizin xatirəsini yaşatmaq və bu kimi tədbirlər keçirmək həm tariximizə sahib çıxmaq, həm də gələcək nəsilləri vətənə bağlı yetişdirmək deməkdir.

Anım tədbiri çərçivəsində şəhid mayor Rasim Məmmədovun həyat yolunu və döyüşlərdə göstərdiyi igidliyi əks etdirən xüsusi hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Rasim Məmmədovun uşaqlıq illərindən hərbi xidmətə qədər olan mərhələləri, aprel döyüşlərindəki qəhrəmanlığı və ailəsinin onunla bağlı duyğuları yer alıb. İştirakçılar böyük diqqət və emosional təsirlə izlədikləri videoçarx zamanı şəhidimizin fədakarlığını bir daha dərin hörmətlə yad ediblər.

Tədbirdə həmçinin kollec tələbələri tərəfindən hazırlanan bədii-musiqili kompozisiyalar da təqdim olunub. “Şəhidim” və “Şəhid balam” adlı musiqi nömrələri tədbirə duyğusal məzmun qataraq şəhid ailələrinin yaşadığı acını və eyni zamanda qürur hissini əks etdirib.

Kollec tələbələrinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda bir neçə şeir isə şəhidlərin ruhuna ehtiram və xalqımızın qəhrəman övladlarına olan sevgisinin poetik ifadəsi olub. Şeirlər zamanı salonda sükut hökm sürüb, hər kəsin qəlbi eyni hisslərlə döyünüb – qürur və hüzn.

Tədbirin davamında şəhid mayor Rasim Məmmədovun övladı Asim Məmmədova və anası Basti xanım Məmmədovaya xatirə plaketləri təqdim olunub. Bu mənalı jest şəhid ailəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsi olub və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda isə “Vətən Fədailəri” layihəsinin ümumi dəstəkçisi, şəhidin qardaşı – Qazi oğlu Şahin Məmmədov tərəfindən xüsusi bir təqdimat reallaşdırılıb. O, şəhid mayor Rasim Məmmədovun həyatına və qəhrəmanlığına həsr olunmuş kitabı təqdim edib. Kitab yalnız Rasimin şəxsi həyatını və döyüş yolunu deyil, eyni zamanda şəhidlik zirvəsinə ucalmış bütün qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Bu nəşr həm tarixi sənəd, həm də vətənpərvərlik dərsi kimi qiymətləndirilib.

Tədbir iştirakçıları şəhid mayorun ailəsinə göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkür ediblər. Onlar bu cür tədbirlərin gələcək nəsillər üçün həm tarix, həm də örnək olduğunu vurğulayıb və şəhidlərimizin heç zaman unudulmayacağını bir daha dilə gətiriblər.

Allahverdi ALLAHVERDİYEV

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecnin İngilis dili müəllimi



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lələtəpə fatehi (FOTOLAR)

    Lələtəpə fatehi (FOTOLAR) ...

    8-04-2024, 11:32

  • 
  • Sərdar Cəlaloğlunun qardaşı, şəhid atası vəfat etdi

    Sərdar Cəlaloğlunun qardaşı, şəhid atası vəfat ...

    27-04-2016, 23:09

  • 
  • Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun yas mərasimində olub

    Vasif Talıbov Sərdar Cəlaloğlunun qardaşı oğlunun ...

    8-04-2016, 00:11

  • 
  • Prezident şəhid generalla polkovnikin ailəsinə EV VERDİ

    Prezident şəhid generalla polkovnikin ailəsinə EV ...

    17-07-2020, 14:59

  • 
  • Ramiz Mehdiyevin general oğlu da "laxlayır": - Rasim Məmmədovun həbsinin bəzi mübhəmləri

    Ramiz Mehdiyevin general oğlu da ...

    29-01-2021, 17:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (44)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu