Gundemxeber.az » Ölkə » Mədəniyyət » Oğlu Arif Babayevin vəziyyətindən DANIŞDI
“Atamın vəziyyəti bir az düzəlib. Yaxşı olacağına ümid edirik”.
Gundemxeber.az bildirir ki, bunu musavat.com-a ötən gün səhhəti pisləşən və xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib.
O bildirib ki, atası hazırda reanimasiyadadır:
“Hələ atamla görüşə bilməmişik, lakin vəziyyəti yaxşılığa doğru gedir, müalicəsi davam edir”.
Qeyd edək ki, ötən gün xanəndənin səhhəti pisləşdiyi üçün əvvəlcə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə Bakıya gətirilib və Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
Gundemxeber.az
29-09-2020, 17:40
5-02-2020, 10:29
28-04-2021, 09:25
11-07-2018, 16:26
19-08-2015, 19:43
Sorğu
Yeni dizaynımız necədir?