Məlum olduğu kimi, sabiq daxili işlər naziri, general-leytenant Isgəndər Həmidovun səhhəti ağır vəziyyətdədir.
Belə ki, onun beynində qansızma baş verməsi nəticəsində Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. ''Gündəm Xəbər''in əməkdaşı Isgəndər Həmidovun səhhəti ilə bağlı məlumat əldə etmək üçün, dünən adı çəkilən klinikada olub. Isgəndər Həmidovun vəziyyəti ilə bağlı klinikada olan oğlu Məcid Həmidov əməkdaşımızla söhbəti zamanı bildirib ki, ''durumu son dərəcə ağırdır. Atamın başında qansızma yarandığından, hazırda yaxşılığa doğru nəyinsə dəyişəcəyini demək mümkün deyil. Gözlənilir ki, həkimlər atamı konsultatsya edib, əlavə məlumat versinlər.'' Qeyd edək ki, sabiq nazir 24 Yanvar 2020-ci il tarixdə saat 17:00 radələrində huşunu itirdiyindən əvvəlcə ''CITY Hospital''a yerləşdirilir və 7 saatdan sonra isə, Mərkəzi Klinik Xəstəxayaya köçürülür. Hal-hazırda onun vəziyyəti ağır olaraq qalmaqdadır. Allah şəfa versin!
Sorğu
Yeni dizaynımız necədir?