GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rəsmi Bakı Avropa ilə Kremlin arasındakı qovğanın episentrində

Rəsmi Bakı Avropa ilə Kremlin arasındakı qovğanın episentrində

Tarix: 27-01-2014, 19:55 Bölmə :Siyasət Baxış: 727
Rəsmi Bakı Avropa ilə Kremlin arasındakı qovğanın episentrində
Azərbaycan Ukraynada baş verən hadisələrin harasında yerləşir?

Ukraynada vəziyyət tamamən uruscadır, desək, yanılmarıq. Rusiya ilə Avropanın Ukrayna uğrunda savaşı artıq qan tökülməsinə qədər inkişaf edib. Halbuki bu prosesləri, proseslərin məhz bu məcraya yön alacağını “Gündəm Xəbər” qəzetinin araşdırma qrupu olaraq zamanında proqnozlaşdırmışdıq. Və bildirmişdik ki, Rusiya Ukraynadan asanlıqla vaz keçəsi deyil və hətta lazım gələrsə, qan tökülməsinə də gedər.
Elə bunu Avropada oturanlar da yaxşı anlayırlar. Və maraqlarını sonna qədər müdafiə etmək qərarını verən avropalalır Ukraynaya qarşı müxtəlif təzyiq rıçaqlarını işə salmaqla, prosesi öz xeyirlərinə dəyişməkdə eyni dərəcədə - Rusiya qədərində israrlı olduqlarını nümayiş etdirirlər.

Kim qalib gələcək?

Hər halda, bu sualı yersiz də hesab etmək olar. Çünki hər kəs yaxşı bilir ki, Avropanın Ukraynada qələbə qazanması imkansızdır və əgər bu, baş verərsə, o zaman Rusiyanın bu ölkəyə hərbi müdaxilə qərarı belə çıxa bilər. Yəni Rusiya Ukraynaya bir başqa gözlə baxır. Ukrayna Rusiyanın ümumi geopolitik dəst-xəttində mühüm bir yeri tutur. Necə ki, Azərbaycan regionda döyüşən hər iki tərəf üçün, həm Avropa və həm də Rusiya üçün mühüm enerji təhlükəsizliyi məntəqəsi hesab olunur, eləcə də Ukrayna vacib bir məkan olaraq Avropa və Rusiyanın maraq mərkəzindədir.
Kimin qalib gələcəyinə gəlincə isə Rusiyanın sonuncu qələbə badəsini içəcəyi şəkksizdir. Ukrayna uğrunda Rusiya sonna qədər çarpışacaq. Və nəzərə alınmalıdır ki, Putinin Rusiyası tamam fərqli bir mahiyyətdədir. Və Ukrayna o zaman Avropa ilə eyni sırada dayanacaq ki, bu dəyişiklik Rusiyanın öz daxilində baş versin. Yəni Rusiya azad olmadan, Ukraynaya azadlıq görünmür.

Hadisələr hara aparır?

Bu gün hadisələrə nəzər yetirdikdə görünəni odur ki, münasibətlərin güc yolu ilə həlli qaçılmaz olacaq. Yəni Ukraynada daha böyük qanlar tökülə bilər. Avropada düşünürlər ki, şərqli avtoritarlardan fərqli olaraq kifayət qədər kübar görünən qərbli avtoritarlar töküləcək qanın qarşısında mülayimləşirlər. Amma bunun belə olmadığını sübutlayan bir nümunə var: BELORUSİYA…
Yəni artıq bir Belorusiya və elə həm də Rusiyanın özü nümunə şəklində ortadadır ki, bu gün Ukraynada baş verənlərin sonucunda Yanukoviçi qaçan görməyəcəyik. Avropa əgər buna ümid edirsə və bütün hesablamalar bunun üzərində qurulubsa, Yanukoviçin nisbətən mədəni Bəşər Əsəd olmasının fərqinə varmalıdır.

Azərbaycana bunlardan nə?

Təbii ki, bizim üçün mühüm olanı bu proseslərin Azərbaycana hansısa formada təsir edib-etməməsidir. Və görüntüdə olanı odur ki, Azərbaycanın mövqeləri hadisələrin istənilən şəkildə inkişafı şəraitində belə güclənəcək. Yəni Rusiya Ukraynada qalib gələcəyi təqdirdə də Azərbaycan üçün sərfəli fürsətlər yaranır, Rusiyanın yeniləcəyi təqdirdə də… Hər iki halda Azərbaycanın bazarlıq üçün manevr sahəsi genişlənəcək.
Artıq hər iki tərəf Azərbaycan uğrunda daha ciddi və daha əzimli mübarizəyə girişəcək. Çünki Rusiyanın əlindən alınacağı təqdirdə Ukrayna üçün Azərbaycan bir enerji nəfəsliyi rolunu oynaya bildiyindən, ölkəmiz Avropa üçün daha da çox əhəmiyyətə minəcək. Eynilə Rusiya üçün də Azərbaycan bir o qədər əhəmiyyətli olacaq.
Əks halda, yəni Rusiyanın Ukraynada qələbə qazanacağı təqdirdə belə - daha çox görünəni də budur - Azərbaycan uğrunda mübarizə daha da güclənəcək. Çünki bu zaman Azərbaycan Avropa üçün əlahiddə əhəmiyyətə malik olacaq. Və bu şəraitdə Ukraynadakı mövqelərini əldən vermiş Avropanın eyni şəkildə Gürcüstanı da itirməməsi üçün Azərbaycan xüsusmi əhəmiyyətə malikdir.

Sonuc…

Hələlik son deyil. Hadisələr başlayıb. Biz isə seyr edirik. Doğrudur, Ukraynada münasibətlər Suriyadakı kimi çözülmür. Amma eyni aqressiya var. Və bu da istənilən halda radikal addımları ortaya çıxaran bir haldır.

"Gündəm Xəbər” Analitik qrupu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kreml-Bakı məxvi danışıqları

    Kreml-Bakı məxvi danışıqları ...

    11-12-2013, 12:32

  • 
  • Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verildi

    Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə ...

    1-03-2014, 21:11

  • 
  • Ukraynanın Azərbaycandakı səfirindən mühüm açıqlamalar

    Ukraynanın Azərbaycandakı səfirindən mühüm ...

    18-03-2014, 18:40

  • 
  • Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının nəticəsindən birbaşa asılıdır

    Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının ...

    9-12-2013, 08:12

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu