GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının nəticəsindən birbaşa asılıdır

Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının nəticəsindən birbaşa asılıdır

Tarix: 9-12-2013, 08:12 Bölmə :Manşet Baxış: 659
Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının nəticəsindən birbaşa asılıdır
Politoloqa görə, rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının nəticəsindən birbaşa asılıdır
MDB məkanının siyasət səhnəsində qarışıqlıqdır. ABŞ və Qərblə Rusiya arasında bu məkanda nüfuz savaşı yaşanmaqdadır. Hazırda əsas mübarizə Ukrayna ətrafında cərəyan edir.
Rusiya Ukraynanı Avropa Birliyinə inteqrasiya yolundan döndərib Gömrük İttifaqının içərisinə çəkməyə çalışır. Avrointeqrasiya tərəfdarları küçə və meydanlara axışaraq Yanukoviç hakimiyyətinə Ukraynanın gələcək taleyində belə kəskin dönüşün edilməsi şansı vermək istəmirlər.

Ancaq bəzi məlumatlara görə, Ukraynanın Gömrük İttifaqına qatılması ilə bağlı qeyri-rəsmi Putin-Yanukoviç anlaşması mövcuddur. Belə bir anlaşmanın bir neçə gün əvvəl bu iki dövlət başçısı arasında Soçidə keçirilən görüşdə əldə olunduğu bildirilir. Ukrayna müxalifəti iddia edir ki, Rusiya ilə strateji tərəfdaşlıq sazişi artıq hazırdır. Və xalqın qəzəbindən narahat olan Yanukoviç hakimiyyəti hələlik həmin sənədi təsdiqləməyə cəsarət etməsə də, dekabrın 17-də strateji tərəfdaşlıq sazişi imzalana bilər.



Təbii ki, bütün bunlar Ukrayna uğrunda mübarizənin həlledici mərhələyə çatmasından xəbər verir. Bu mübarizədə supergüclər geri durmaq niyyətində olmadıqlarını açıq-aşkar büruzə verməkdədirlər. Bütün vasitələrdən istifadə edilir. Hətta Ukraynanı rəqibə güzəştə getməmək üçün supergüclərin xərcləməyə hazır olduqları paralar “havada uçuşur”.
Rusiya Gömrük İttifaqına qatılmanın əvəzi kimi Yanukoviç hakimiyyətinə 5 milyard dollar həcmində kredit və Ukraynaya satılan təbii qazın qiymətində ciddi endirim vəd edir. ABŞ isə parasını fərqli istiqamətə yönəltməyə üstünlük verib. Belə ki, ABŞ-ın Ukraynanı Rusiyaya doğru sürükləyən Yanukoviç hakimiyyətinə müqavimət göstərən avrointeqrasiya tərəfdarlarına dəstək üçün 100 milyon dollar ayırdığı bildirlir. Bu həm də ABŞ və Qərbin Yanukoviç hakimiyyətinin “ipini kəsməsi” anlamına da gəlir. Bütün bunların Ukraynanın gələcək taleyində hansı izləri buraxacağı, yəqin ki, yaxın günlərdə aydınlaşmağa başlayacaq.

Bütün bunları nəzərə aldıqda, Azərbaycanın üzləşə biləcəyi situasiya da maraq doğurur. Çünki Ukrayna Rusiyanın yolunu tutarsa, bu halda, Azərbaycan üçün də əlverişsiz situasiya yarana bilər. Hər halda, Ukrayna ilə problemləri həll etməyə nail olacağı təqdirdə, Rusiyanın Azərbaycana qarşı daha asan təzyiq göstərmək imkanları qazana biləcəyi istisna deyil. Prezident V.Putinin bir neçə gün əvvəl Rusiyanın Belarusun Hava Hücumundan Müdafiə Sistemini təkmilləşdirərək, Qazaxıstan və Ermənistanla da belə bir müdafiə sistemi yaradılacağını vurğulaması rəsmi Bakıya xəbərdarlıq mesajı kimi dəyərləndirilə bilər.



Politoloq Natiq Miri hesab edir ki, hazırda Ukraynanın gələcək taleyinin necə olacağı hələ tam aydınlaşmayıb: “Ukraynada hakimiyyət və müxalifət əslində pat vəziyyətindədir. Çünki xalq ayağa qalxsa da, müxalifət hakimiyyəti devirmək məsələsində hələlik tərəddüd edir. Müxalifət Yanukoviç hakimiyyətinin ən pis variant üçün də əvvəlcədən hazırlıq gördüyünü bilir. Hakimiyyət isə güc tətbiq etmək məsələsində qərarsızdır. Bu halda, xoşagəlməz hadisələr, toqquşmalar baş verə və çoxlu insan itkisi ola bilər. Nəticədə isə hətta hakimiyyət indi öz mövcudluğunu qoruya bilsə belə, 2015-ci il seçkilərini elə əvvəlcədən uduzmağa məhkum olar. Ona görə də hər iki tərəf nə edəcəyini demək olar ki, bilmir”.

Politoloqun fikrincə, hətta dekabrın 17-də Yanukoviç Rusiya ilə saziş imzalasa da, bu, problemi həll etməyəcək: “Ola bilsin ki, Yanukoviç çarpaz təzyiqlər altında qalmamaq üçün Rusiya ilə müqavilə imzalasın. Ancaq həmin müqavilənin Ali Radada ratifikasiya edilməsi, demək olar ki, mümkün deyil. Yanukoviç də bunu bilməmiş deyil. O istəməz ki, özünün imzaladığı belə bir sənəd Ali Radada təsdiqlənməyərək havadan asılı qalsın. Digər tərəfdən, situasiya hətta dekabrın 17-nə qədər də ciddi şəkildə dəyişə bilər. ABŞ və Qərbin avrointeqrasiya tərəfdarlarına siyasi və maliyyə dəstəyi Yanukoviç hakimiyyəti ilə bağlı artıq qəti qərarın verildiyini göstərir. Bu baxımdan, müxalifətin Yanukoviç hakimiyyətini dəyişmək istiqamətində radikal addımlar ata biləcəyi də hər halda istisna deyil”.

Natiq Mirinin qənaətinə görə, Azərbaycanın vəziyyəti Ukraynadan daha fərqlidir: “Azərbaycanın TAP layihəsi ilə bağlı verdiyi qərar, eləcə də, Qərblə olan digər enerji və iqtisadi sahələr üzrə əməkdaşlıq Azərbaycana qəti seçim etmək məsələsində əlavə vaxtın verilməsinə imkan yaradır. Rəsmi Bakı o qədər də uzun olmayan həmin zaman sona çatdıqdan sonra istər-istəməz prinsipial seçim etmək məcburiyyətində qala bilər. Hələlik isə rəsmi Bakı Ukraynada baş verənləri müşahidə etməklə məşğuldur. Çünki Ukrayna hazırda həm ABŞ və Qərbə, həm də Rusiyaya daha çox lazım olduğundan mübarizə də məhz MDB-nin bu ikinci ən nəhəng dövləti uğrunda gedir. Əgər Ukrayna Avropanın yolunu tutarsa, Rusiyanın imperiya ambisiyaları birdəfəlik əhəmiyyətini itirə bilər. Ona görə də hazırda Azərbaycan uğrunda Ukrayna ilə bağlı olduğu kimi amansız savaş yoxdur. Bu, Azərbaycana hələ bir müddət də strateji seçim etməmək imkanları açır. Azərbaycan, yəqin ki, Ukrayna ilə savaşın qalibinin müəyyənləşməsindən sonra qərar verməyi üstün tutacaq. Yəni hansı tərəf qalib gəlsə, rəsmi Bakının qərarı da o tərəfdən yana olacaq. Çünki Ukrayna ilə bağlı məsələ həll olunduqdan sonra mübarizə Cənubi Qafqaza doğru meyllənə bilər. Əgər Ukraynada Qərb qalib gələrsə, rəsmi Bakı üçün qərar vermək daha asan olacaq. Bu baxımdan, demək olar ki, bir çox önəmli məsələlərin taleyi hazırda məhz Ukraynada cərəyan edən proseslərdə həll olunmaqdadır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yanukoviç Rusiya vətəndaşı oldu

    Yanukoviç Rusiya vətəndaşı oldu ...

    3-10-2014, 15:33

  • 
  • “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq”

    “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq” ...

    24-11-2013, 11:37

  • 
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05

  • 
  • Ukrayna Avropa ilə İşbirliyində Son Qərarı Verir

    Ukrayna Avropa ilə İşbirliyində Son Qərarı Verir ...

    14-11-2013, 11:34

  • 
  • Prezidentin Kiyevə səfəri və Viktor Yanukoviçin xəlvəti Moskva səfəri

    Prezidentin Kiyevə səfəri və Viktor Yanukoviçin ...

    17-11-2013, 12:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu