GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Bütün bunları nəzərə alaraq mənim üzərimdə dayanılıb”

“Bütün bunları nəzərə alaraq mənim üzərimdə dayanılıb”

Tarix: 27-01-2014, 19:59 Bölmə :Siyasət Baxış: 889
“Bütün bunları nəzərə alaraq mənim üzərimdə dayanılıb”
Mehman Əliyev: “Bu hakim dairəyə bağlı olan müəyyən bir qrupun hərəkətidir”

Bir neçə gün əvvəl Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə Yevgeni adlı şəxs arasında telefon danışığının stenoqramı mətbuata ötürülüb. Telefon danışığında əsasən Ukraynada baş verən proseslərdən, prezident Yanukoviçin hakimiyyətdən salınacağından bəhs edilir, eləcədə Azərbaycanda bir sıra QHT-lərə maiyyə yardımının edilməsinin nəzərdə tutulduğu bildirilir. Artıq hakimiyyətin nəzarətində olan media Mehman Əliyevin və onun üzv olduğu Milli Şuranın ölkədə inqilab etmək istəyi haqda xəbərlər verilir. Bütün bu məsələlər haqda “Gündəm xəbər”in suallarına Mehman Əliyev cavab verib.

- Mehman bəy, hazırda sizinlə özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgen adlı şəxs arasında olan telefon danışığı ciddi rezonansa səbəb olub. Bu haqda ətraflı məlumat verə bilərsinizmi?

- Bu telefon danışığı dekabrın 29-da olub. Xəqani Hüseynli mənə dedi ki, bir dostumuz sizinlə danışmaq istəyir. Özü də dedi ki, adı Yevgenidir. Ancaq sonra onun kim olduğu, harada işlədiyi, hansı vəzifə tutması ilə bağlı təqdimat olmadı. Yevgeni də, birdən-birə mənimlə Vilnus sammitindən sonra hansısa toplantının keçirildiyini dedi, Freddom Hause Təşkilatının Şərqi Avropa üzrə koordinatorunun çıxışına istinad edərək bildirdi ki, qərar verilib və Yanukoviç getməlidir. Əlavə olundu ki, Azərbaycanda inqilab etmək fikirləri yoxdur, çünki bizdə vəziyyət qarışsa radikal islamçılar bundan istifadə edə bilər. Odur ki, daha çox vətəndaş cəmiyyətinin güclənməsi, inkişafı və təkamül yolu ilə avtoritarizmdən demokratiyaya keçid məqbuldur. Mən əlbəttə ki, onun dediklərini anladığım şəkildə bildirirəm. O, əsasən bu barədə danışırdı. Mən isə belə söhbəti gözləmirdim. Odur ki, öz-özümə bunu təhlil edirdim, düşünürdüm ki, bu adam niyə məhz mənlə danışır.Məndə məndən nə istədiklərini soruşdum. Yevgeni bildirdi ki, istəyirlər QHT-lər müəyyənləşsin, onlar bu QHT-lərlə əməkdaşlıq nəzərdə tuturlar. Qrantlardan savayı seminarlar, tədbirlər və s şeylər nəzərdə tuturlar. Demək olar ki, söhbət bununla bitdi və razılaşdıq ki, dekabrın 30, saat 22.00-da danışaq. Amma mən bu söhbəti sonra bunu bir daha təhlil etdim və qərara gəldim ki, bu mövzuda söhbəti davam etdirməyim. Çünki, ilk əvvəl nəyə görə mənimlə danışdıqları üçün şübhəli qaldım. Nə mən onu tanıyırdım, nə də o məni. İkincisi, mən bu tipli məsələlərlə bağlı heç kəslə danışıq aparmamışam. Mənə heç vaxt belə təkliflər olmayıb. Odur ki, bütün bunlar mənim üçün şübhəli oldu. Birdə məsələ vardı ki, mənimlə danışmaq istəyən şəxs gəlib Bakıda da danışa bilərdi. Eləcədə mən xaricdə olanda da danışa bilərdirlər. Bütün bunlardan sonra qəti qərara gəldim ki, bu söhbəti davam etdirməyim. Və bununla da məsələ bitdi.

- Sizcə, bu telefon danışığının mətbuata sızdırılması nə ilə bağlıdır?

- Burada iki məsələ var. Yevgeninin danışığında iki məqam var idi ki, bunu xüsusilə vurğulamışdı. Birincisi, qeyd etmişdi ki, Yanukoviçin qərarı verilib və o gedəcək. İkincisi, Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi. Ukraynada 29 dekabrda artıq aydın idi ki, hadisələr hansı istiqamətdə gedir. İndiki durum gözlənilən idi. Azərbaycanda isə həmin ərəfədə QHT-lərlə bağlı qanunlara dəyişiklik edilmişdi və bu da QHT-lərin narazılığına səbəb olmuşdu. Hətta buna görə, bir komitədə yaradıldı və ayın 16-da toplantı keçirdi. Daha sonra isə prezidentə müraciət olundu. Bu müraciət mənim tərəfimdən hazırlanmışdı. İndi belə bir informasiyanın sızdırılması ilə göstərməyə çalışa bilərlər ki, Ukraynada gedən proseslərin arxasında ABŞ durub. Çünki hökumətyönlü mediada bu məqam çox səslənir, yazılır ki, bütün inqilabların arxasında ABŞ durur, Azərbaycanda da bunu etmək istəyir və s. Onlar demək istəyirlər ki, görürsünüzmü, biz burada qanunları sərtləşdiririk, amma onlar da bu işlərlə məşğul olur, qeyri leqal danışıqlar aparar, burada nəsə etmək istəyirlər. Sanki bu qanunların sərtləşdirilməsi xəttinə bir təsdiqdir.

- Bəs onda niyə məhz Mehman Əliyev üzərində durulur, onunla olan telefon danışıqları mətbuata sızdırılır?

- Mehman Əliyev Milli Şuranın üzvüdür, müstəqil kütləvi informasiya vasitəsinin rəhbəridir, Mehman Əliyev hər zaman açıq mövqedədir. Və bir də Mehman Əliyev vaxtı ilə Soros Fondunun İdarə Heyətinin rəhbəri olub. Bütün bunları nəzərə alaraq ola bilsin ki, burada mənim üzərimdə dayanılıb.

- Deyirsiniz ki, hökumət mediası bu məsələni xüsusilə qabardır. Bəs bundan sonra nələr ola bilər, bu telefon danışığına istinad edərək sizi “zərərləşdirə” bilərlərmi, siz bu məsələlərlə bağlı hüquqşünaslarla məsləhətləşmisinizmi?

- Xeyr. Mən heç kimlə məsləhətləşməmişəm. Çünki həmin telefon danışığı zamanı mənim tərəfimdən hər hansı bir qanun pozuntusu olmayıb. Digər tərəfdən də mənə hər hansı bir təklif olmayıb. Məsələn, əgər mənə deyilsə idi ki, istəyirlər Azərbaycanda hakimiyyəti devirək, mən dərhal söhbəti dayandıraraq bu mövzuda danışmaq istəmədiyimi deyərdim. Yəni nə o tərəfdən belə bir təklif olub, nə də mənim qarşılıqlı təklifim olmayıb. Odur ki, hesab edirəm ki, mənim tərəfimdən hər hansı bir qanun pozuntusu edilməyib. Bu mənada mən hüquqşünaslarla məsləhətləşməyə əsas görmürəm. Mən özümü günahgar saymıram.

- Ancaq bəzi saytlara açıqlamanızda həbs olunmağınızı istisna etməmisiniz...

- Bilirsinmi, mənə “sizi həbs edə bilərlərmi” sualını veriblər. Məndə cavabımda demişəm ki, özüm belə bir şey gözləməsəm də, hər şey ola bilər. Biz Azərbaycanda yaşayırıq. İstəsələr hər şeyə don geydirərlər və s. Bu hər zaman olub. Azərbaycanda juralisti həbs etmək üçün kifayət qədər imkanlar var. Odur ki, bunu hər zaman gözləmək olar, lakin bununla yaşamaq, bunun baş verəcəyini gözləmək mənim həyat tərzim deyil. Əslində “Yeni Müsavat” qəzeti guya mənə istinadən yazıb ki, “Mehman Əliyev həbs olunacağını deyir”. Axı mən belə bir söz deməmişəm. Əgər demişəmsə, bu qəzet lent yazısını çıxarıb ortaya qoysun. Mən belə bir ifadə işlətməmişəm. Sonrada onlara zəng edirəm cavab vermirlər. Belə yanaşmamı olar?

- Sizinlə bağlı bu telefon yazısının stenoqramı da ilk dəfə “Yeni Müsavat” da çıxdı...

- Bəli. “Yeni Müsavat” daima operativ işləyir, belə sensasiya xarakterli materiallara üstünlük verir. Əlbəttə ki, “Yeni Müsavat” dərhal bu məsələni işıqlandırıb. Əslində bu gözlənilən idi. Sizə açığını deyim ki, mən onların başqa cür münasibətini də gözləmirdim.

- Mehman bəy, sizcə bu telefon danışığı kimin “əsəridir”, onu mətbuata kim ötürə bilərdi?

- Birincisi, biz marşuruta baxanda görürük ki, bu Ukraynadan bir mənbədən göndərilir və sonra daha çox Naxçıvandan yayılır. Hesab edirəm ki, Ukrayna marşurutundan istifadə ediblər. Yəni bunun Azərbaycanda deyil, Ukraynada yazıldığını sübut etmək üçün belə ediblər. Əslində isə bu hakim dairəyə bağlı olan müəyyən bir qrupun hərəkətidir.

- Bu telefon danışığı ilə əlaqədar Ukraynada hər hansı bir kampaniya aparılıbmı?

- Ukraynada belə bir kampaniya yoxdur, bu haqda heç nə demirlər. Ümumiyyətlə Ukraynada əvvəllər deyirdilər ki, bu prosesin arxasında ABŞ durub. Ancaq indi bu tip ifadələr işlətmirlər. İndi Ukrayna hakimiyyəti qərblə dil taparaq bu prosesi sülh yolu ilə bitirməyə çalışır. Yəni hakimiyyət konfrantasiyaya getmir. Odur ki, bunu nəzərə alaraq demək olar ki, bu yazı Ukraynaya lazım deyil.

- Sizin telefon danışığınızı həm də Milli Şuraya bağlayırlar. Buna münasibətiniz necədir?

- Bu planlardan biridir. Çünki mən Milli Şuranın üzvüyəm. Guya Milli Şura da Azərbaycanda çevriliş hazırlayıb. Hətta bəziləri manşet veriblər ki, çevriliş hazırlanır. Axı bu telefon danışığında heç çevriliş haqda söhbət belə yoxdur. Odur ki, bu dolayısı yolla Milli Şuraya təzyiq formasıdır.

- Güman edirsiniz ki, hakimiyyət Milli Şuradan çəkinir və ehtiyat edir?

- Hökumətə rəqiblik edən hər bir qurumla bağlı tərəddütü var və onun qarşısını almaq üçün həmişə imkanları daxilində tədbirlər görüblər. Bu Milli Şuraya da aiddir.

- Prezident seçkiləri arxada qalıb. Bundan sonra hakimiyyətin müxalifət, media və vətəndaş cəmiyyəti ilə münasibətləri necə olacaq?

- Münasibətlər hələ ki, sağlam deyil və bir qədər də gərgindir. Nümunə üçün deyim ki, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında heç bir dialoq yoxdur. Hakimiyyət bu dialoqdan qaçır və ya bunda maraqlı deyil. Bu da, gərginlik, qeyri sağlam münasibətlər yaradır.

Prezident noyabrın 24-də media nümayəndələri ilə görüşündə bildirdi ki, müxalifətlə də dialoqa ehtiyac var. Amma hələlik dialoq, yumşalma müşahidə olunmur, əksinə sərtləşmə gedir. Hesab edirəm ki, görüş keçirmək, habelə QHT sektorunda mövcud olan mənfi prosesləri aradan qaldırmaq Prezident Adminstrasiyasında kimlərinsə xoşuna gəlmir. Onlar çalışırlar ki, maksimal dərəcədə tərəfləri ayırsınlar və hər dəfə prezidentə sübut gətirmək istəyirlər ki, bunlar sizə qarşı aqressivdirlər, radikal mövqedədirlər. Ona görə də, bunlarla hər hansı bir danışıq aparmaq lazım deyil. Hesab edirəm ki, mənimlə bağlı telefon yazısı da əslində buna hesablanıb.

- Bundan sonrakı vəziyyəti necə proqnozlaşdırırsınız?

- Repressiyalar bu gündə, sabahda ola bilər. Amma yaxın perspektivdə olmayacağını düşünürəm. Çünki Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək. Bu da öhdəlik və məsuliyyətdir. İlin sonunda bələdiyyə seçkiləri keçiriləcək, sonra Avropa Yay Olimpiya Oyunları gəlir. Bu da ciddi tədbirdir. Və nəhayət parlament seçkiləri yaxınlaşacaq. Yəni qısa müddətdə Azərbaycanda dörd mühüm hadisə olacaq. Belə bir vəziyyətdə repressiya aparmaq problem yaradar. Odur ki, nəsə olsa indi olmalıdır.

- Ukraynada baş verən prosesləri necə qiymətləndirirsiniz, bu dost ölkədə nələr baş verə bilər?

- Ukraynada güclü vətəndaş cəmiyyəti, müstəqil biznes strukturları var. Bu amillər ona gətirib çıxarıb ki, hakimiyyətə ciddi rəqib yetişib. Bu gün artıq Ukraynada xalq hərəkatı başlayıb. Bu Ukraynanın Avropaya inteqrasiya edilməməsi ilə bağlıdır. 2004-cü ildən 2014-cü ilə qədər bu ölkədə koordinal dəyişikliklər baş verib. Əhali ölkənin gələcəyini Avropada görür və bunu ardıcıl şəkildə istəyir. Bu yeni vəziyyətdir. Fikrimcə, Yanukoviç bu məqamı hesablaya bilmədiyindən indi böhran vəziyyəti yaranıb. Hesab edirəm ki, vəziyyət dəyişməlidir. Fikrimcə, Ukraynada seçkilər vaxtından əvvəl keçirilə bilər. Beynəlxalq müşahidəçilərin iştirakı ilə danışıqlar aparılsa vəziyyət müsbətə doğru dəyişə bilər. Hələlik Yanukoviç prezident kimi qala, Ukrayna Avropa Birliyinin assiosativ üzvlüyünə qəbul oluna və proseslər prezident seçkilərinə istiqamətlənə bilər. Amma tərəflər razılığa gələ bilməsələr, Yanukoviçin hakimiyyətdən getməsi də baş verə bilər.

- Bu prosesin MDB məkanına təsiri ola bilərmi?

- Şübhəsiz ola bilər. Vaxtı ilə Djezinski demişdir ki, Ukraynasız Sovet İttifaqının bərpası mümkün olmayacaq. Ukrayna MDB-də güclü komponetdir. Onun Avropaya doğru getməsi bir sıra müstəqil ölkələrin demokratiya prosesinə keçməsinə təkan verəcək.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Həbs oluna bilərəm”

    “Həbs oluna bilərəm” ...

    25-01-2014, 13:40

  • 
  • Milli Şura  Mehman Əliyevə qarşı təxribatı pisləyir

    Milli Şura Mehman Əliyevə qarşı təxribatı pisləyir ...

    3-02-2014, 14:48

  • 
  • Prezidentlərin telefon danışığı ilə bağlı rəsmi məlumat

    Prezidentlərin telefon danışığı ilə bağlı rəsmi ...

    3-07-2013, 22:39

  • 
  • Mehman Əliyev: “Tiflisdə ehtiyat namizəd məsələsi də müzakirə olunacaq“

    Mehman Əliyev: “Tiflisdə ehtiyat namizəd məsələsi ...

    29-07-2013, 14:16

  • 
  • Putin və Poroşenko arasında telefon danışığı olub

    Putin və Poroşenko arasında telefon danışığı olub ...

    3-09-2014, 12:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu