"Səs yazısının yayılması 2 məsələyə görə ola bilər. Bunun birincisi Ukrayna hadisələridir. Ola bilsin ki, Kiyevdə etiraz edən qüvvələrin Qərblə inqilabi danışıqlar aparması fikrini Ukrayna cəmiyyətində yaymaqla etirazların səngiməsinə nail olmaq istəyirlər. Azərbaycanla bağlı isə plan o ola bilər ki, vətəndaş cəmiyyətinə hökumətin nəzarətini daha da gücləndirmək istəyirlər. Azərbaycanda hakimiyyəti dəyişməklə bağlı heç bir danışıqdan söz getmir”.
"Səs yazısının yayılmasının Azərbaycanla bağlı hissəsi QHT sektorunu zəiflətməyə hesablanıb. İstəyirlər ki, hökumət vətəndaş cəmiyyətinə daha çox nəzarət etsin”. Mehman Əliyev yayılan səs yazısı ilə bağlı həbs olunmasını da istisna etmədi: "Mənə qarşı təzyiqlər hər zaman olub. Həbs olunmaq təhlükəsi indi də var. Ancaq mən öz prinsipial mövqeyimdən geri çəkilən deyiləm. Hətta zaman-zaman mənə qarşı sui-qəsd də hazırlamaq istəyiblər”. Qeyd edək ki, yanvarın 23-də ölkənin bir sıra aparıcı qəzet və saytlarına "[email protected]” ünvanından audioyazı gəlib. Audioyazıya əlavə edilən qeyddə bildirilir ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə "hakimiyyət çevrilişi məqsədi” ilə maliyyələşdirmək fikrindədir. Audioyazıda özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xaqani Hüseynov arasında telefon danışığı əks olunub. Telefon danışığında Yevgeni"demokratik inqilaba kömək”ifadəsini işlədərək, Azərbaycanda bir neçə qurumla əməkdaşlıq etmək istədiklərini bildirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?