GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakıda qorxulu müharibə müşavirəsi

Bakıda qorxulu müharibə müşavirəsi

Tarix: 30-01-2014, 11:44 Bölmə :Siyasət Baxış: 855
  Bakıda qorxulu müharibə müşavirəsi
Qarabağ uğrunda savaş hazırlıqları yeni mərhələdə; Rəsmilərin savaş bəyanatları artmaqdadır; Azərbaycanda hərbi səfərbərlik məsələsi də gündəmdədir; düşməni canlı və hərbi qüvvə baxımından üstələsək də, ekspertlər bir neçə mühüm amili ciddiyə almağın tərəfdarıdır...
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Əksər müşahidələr vəziyyətin hər an nəzarətdən çıxa biləcəyini, müharibənin alovlanaraq geniş miqyas alacağını deməyə əsas verir. Azərbaycanın baş naziri Artur Rasizadənin son illərin təcrübəsində ilk dəfə Müdafiə Nazirliyinə gedərək ordunun döyüş hazırlığı ilə bağlı müşavirəyə rəhbərlik etməsi də durumun kritik olmasından irəli gələn addım kimi qiymətləndirilir.




Görüşün detalları açıqlanmasa da, məlumdur ki, bu, cəbhədəki gərgin vəziyyətdən qaynaqlanır. Görüşə Ermənistan mətbuatı da ciddi yer ayırıb. Erməni tərəfdə də bir həyəcan, gərginlik var ki, hər halda, ölkənin baş naziri müdafiə naziri və hərbçilər görüşübsə, bu, sıradan görüş ola bilməz. Bu, ciddi mətləblərdən xəbər verir.





Yada salaq ki, bir neçə gün əvvəl Prezident Administrasiyası (PA) rəhbərinin müavini Novruz Məmmədov durumu şərh edərkən müharibəni istisna etməmişdi. Milli Məclisin vitse-spikeri Bahar Muradova da “Yeni Müsavat”da eyni məzmunlu açıqlama ilə çıxış edib. Dünən PA-dan vəziyyətlə bağlı növbəti reaksiya gəlib.



“Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən, çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Ermənistanın daxilindəki fəlakətli sosial-iqtisadi vəziyyət ölkə iqtidarının yürütdüyü siyasətlə birbaşa bağlıdır və bunu cəbhə bölgəsində gərginlik yaratmaqla ört-basdır etmək mümkünsüzdür: “Digər tərəfdən, artıq əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar qarşısında işğal faktını ört-basdır etmək mümkün deyil”.



“Azərbaycan Ordusu bir neçə gün ərzində Ermənistanı yerində oturtmaq, hətta İrəvana qədər irəliləmək iqtidarındadır”. Bunu isə aznews.az-a açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.



Vəziyyətin gərgin olduğu günlərdə ölkədə səfərbərliyə hazırlıqların getdiyi barədə xəbərlər yayılmaqdadır. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, deputat Zahid Oruc modern.az-a deyib ki, “Səfərbərlik haqqında” Qanuna əsasən, səfərbərlik ölkə miqyasında aparıla bilər. Lakin o, Milli Məclisdə bu yöndə hələlik hansısa hazırlıqların görülmədiyini deyib: “Çünki Azərbaycan Silahlı Qüvvələrinin sayı kifayət qədərdir”.



Hərbi ekspert Azad İsazadə də vəziyyətin kritik olduğu qənaətindədir: “Sözsüz ki, hər bir an müharibə başlaya, hər bir atəşkəs pozuntusu döyüşlərin bərpa olunmasına gətirib çıxara bilər. Amma fikrimcə, bu dəfə də vəziyyəti nəzarət altına almaq mümkün olacaq. Çünki nə Azərbaycan, nə də Ermənistan döyüşlərin bərpasında o qədər də maraqlı deyil. Qərbin başı Ukraynadakı hadisələrə qarışıb və sözsüz ki, indiki şəraitdə təxribat törədə bilən yeganə qüvvə Rusiyadır”. Ekspert Qarabağ cəbhəsində baş verənlərin səbəbləri ilə bağlı ciddi bir versiyanı irəli sürdü: “Rusiyanın bu regionda imkanları, ilk növbədə silahlı qüvvələrin tərkibi baxımından daha genişdir. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi bəlkə də Qərbə bir mesajdır ki, Ukrayna və Suriya məsələsində bizimlə razılaşmasanız, üçüncü bir ocaq yaradacağıq. Çünki Ukraynada doğrudan da vəziyyət getdikcə Rusiyanın təsiri altından çıxır. Həmçinin Suriyada vəziyyət Rusiyanın istəyinə uyğun deyil. Qərb sözsüz ki, narahatdır və imkan daxilində qarşıdurmanı növbəti dəfə dayandırmağa çalışacaq”.

Hərbi ekspert istənilən halda, Azərbaycan daxilində Qarabağ naminə həlli vacib olan məsələləri reallaşdırmağı zəruri sayır: “İlk növbədə cəbhə boyu rayonlarda əhali ilə işləmək, situasiyanı sakinlərə izah etmək, onları sakitləşdirmək lazımıdır. Çünki birinci Qarabağ müharibəsinin təcrübəsi göstərdi ki, mülki əhali evlərini tərk edən kimi ordu hissələri də mövqelərindən çıxmağa başlayır. Bu mənada pis olmaz ki, cəbhə boyu rayonlarda vaxtilə əsgərlikdə olmuş, hərbidə qulluq etmiş gənc kişilər çağırış məntəqələrinə çağırılsın, onlara müəyyən müddət təzədən təlim keçilsin. Yəni birdən müharibə başlasa, o halda ikinci-üçüncü eşelon üçün qüvvə yığılsın. ”Şər deməsən xeyir olmaz". O cümlədən texniki ehtiyaclar, ərzaq, tibbi ləvazimat və sair məsələlər həllini tapmalıdır. Cəbhə bölgəsinə yaxın olan yaşayış məntəqələrini əlavə tikinti materialları ilə təmin etmək, bütün infrastrukturu möhkəmləndirmək lazımıdır ki, arxa cəbhə də möhkəm olsun. Həmçinin ehtiyat hospitallar, çevik və stasionar hospitallar yaradılmalı, təxribatlarla iş aparmaq, antiterror əməliyyatları keçirməyə hazır olmaq gərəkdir".



Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Aqil Abbas son hadisələri ermənilərin böyük təxribatçı hərəkətləri kimi qiymətləndirir: “Bundan sonra hansı qərarların verilməsini generalitet müəyyənləşdirə bilər. Erməni öz xoşu ilə o yerlərdən gedəsi deyil. Quran oxumaqla donuzun darıdan çıxdığını görən olmayıb. Mən həmişə savaşın tərəfində olmuşam. Amma onun vaxtı var, savaşa dövlət, Ali Baş Komandan qərar verir”. Deputat Qarabağ uğrunda əməliyyatların müharibə adlandırılmasını da düzgün saymır: “Müharibə iki ölkənin arasında gedir. Bir ölkənin torpağı işğal olunubsa və orda separat bir qurum yaradılıbsa, bu halda terrorçuluğa qarşı mübarizə başladılmalıdır. Əslində bu, bizim Daxili Qoşunların işidir. Amma burada başqa güclər olduğuna görə təbii ki, həmin əməliyyatlarda iştirak etmək Müdafiə Nazirliyinin də borcudur. Buna müharibə deyəndə dünya da məsələyə qarışır”.
Bu arada Azərbaycan və Ermənistan ordularının gücü, imkanları, sahib olduğu texnika ilə bağlı statistik məlumatlar yayılıb. Azərbaycanın 2003-cü ildə 135 milyon ABŞ dolları olan hərbi büdcəsi hazırda 3 milyard 800 milyon dollar civarındadır (Ermənistan 2013-cü il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 mlrd. dollardır, hərbi xərclər isə 495,3 mln. ABŞ dollara çatdırıb). Azərbaycanın 126.400 nəfərlik canlı qüvvəsi - əsgəri var. Ehtiyat əsgərlərin sayı 550 mindir. Ermənistanda bu rəqəmlər müvafiq olaraq 60 min və 320 mindir (axar.az). Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3.200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir.



Texnikanın müqayisəsinə gəldikdə, Azərbaycanın 24 ədəd Mi-35M döyüş helikopterləri, 70 ədəd Mi-24: hücum helikopteri, T-129 ATAK: 60 - ədəd hücum helikopterləri (Türkiyə istehsalı), həmçinin Mi-2: 10 - ədəd Mi-6: 15 - ədəd Mi-8: 18 ədəd Mi-17-1V: 72 ədəd Mi-17-1Ş: 14 ədəd Mi-172: 1 - ədəd Ka-32: 12 - ədəd Eurocopter Super Puma: 2 - ədəd AW-139: 8 - ədəd (İtaliya ilə bağlanılan müqaviləyə əsasən, 2 ədədi təhvil alınıb, 6-sı isə gətiriləcək) tipli helikopteri var. Ermənistan 15 ədəd (Su-25: hücum təyyarəsi), 6 ədəd (səhih deyil) Su-27: 4 ədəd MiQ-25PD: 1 ədəd İl-76 - 2 ədəd (yük təyyarəsi) Mi-24 helikopteri - 12 ədəd MiQ-29: 18 ədəd (Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyaya məxsus təyyarələrdir). Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan əlavə 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunda pilotsuz uçan qırıcılar yoxdur, bundan başqa, Ermənistanın hərbi sənayesi yerli silah və texnika istehsalı baxımından çox aşağı səviyyədədir.

Əksər sahələrdə Azərbaycandan geri qalan düşmənin savaş halında məğlub olacağını artıq erməni ekspertlər də təsdiqləyir. İşğalçı ölkənin Rusiyanın canlı qüvvə və silah-sursatına ümid etdiyi şübhəsizdir. Bu mənada ekspertlər hesab edir ki, Azərbaycan bu sahədə də üstünlük əldə etmək üçün dərhal müttəfiq ölkələr, xüsusilə də Türkiyə ilə yüksək səviyyədə hərbi əməkdaşlıq müqaviləsi imzalamalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • ATƏT-in Minsk qrupundan cəbhədəki gərginliyə- Münasibət

    ATƏT-in Minsk qrupundan cəbhədəki gərginliyə- ...

    25-01-2014, 01:38

  • 
  • Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – Rəsmi

    Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – ...

    23-01-2014, 20:50

  • 
  • Müharibə başlayır?

    Müharibə başlayır? ...

    4-08-2014, 23:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu