GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentin çıxışının kodu - köhnə komanda gedir

Prezidentin çıxışının kodu - köhnə komanda gedir

Tarix: 7-02-2014, 12:41 Bölmə :Siyasət Baxış: 1 139
 Prezidentin çıxışının kodu - köhnə komanda gedir
İlham Əliyevdən “Ağ inqilab” anonsu; Dövlət başçısının sərt mesajları komandasındakılara istiqamətlənib; çıxışın açması “cinayət var, cəza da olacaq” məzmunundadır; ölkədə əsas maxinasiya mənbələrindən biri olan tenderlərlə bağlı xüsusi komissiya yaradıldı; müxalifətin “bəziləri” “satqınlardan” ayrıldı...
Prezident İlham Əliyevin fevralın 5-də keçirilən konfransda etdiyi çıxış ölkə gündəmini dəyişib. Kifayət qədər ciddi ekspertlər hesab edirlər ki, Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunan konfransda müxalifətin və özünün tabeçiliyindəki məmurların ünvanına səsləndirdiyi sərt fikirlər əslində çoxdan gözlənilən bir prosesin startıdır.



Doğrudur, prezident müxalifətin ünvanına “satılmışlar” ittihamı səsləndirərkən, ilk dəfə olaraq sərhəd çəkdi, “bəzi” ifadəsini işlətdi. Həm də müxalifətə dair ittiham, tənqid və iradlar bir növ keçmiş zaman kateqoriyasına aid idi; yekun xarakteri daşıyırdı. Baxmayaraq ki, orada az qala vətənə xəyanət (xarici qüvvələrdən dəstək və sərmayə almaq ittihamlarına görə) suçlamaları da var; prezident öz komandasındakı “pula satılmışlara”, korrupsionerlərə münasibətdə isə daha sərt və kateqorik danışdı. Onun 5 fevral çıxışı ciddi bir prosesin startına bənzədi.

İlham Əliyev məmurlara xəbərdarlıq etdi, müxalifətə

Prezident İlham Əliyev müxalifəti necə görmək istədiyindən danışmadı, lakin tabeçiliyindəki məmurları necə görmək istədiyinin standartlarını konkret olaraq irəli sürdü: “Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır”.

Gözəl standartlardır. Prezidenti təqdir edirik. Lakin indiki götürülmüş zamanda hakimiyyət strukturlarının spektral analizini aparmış olsaq, heç 15-20 faiz də bu standartlara cavab verən dövlət məmurunun olmadığı nəticəsini alarıq. Bu da o deməkdir ki, ölkə prezidenti dövlət məmurlarının qarşısında qoyduğu standartları həyatda görmək istəyirsə, total islahat aparmalı, kadrları ciddi şəkildə yeniləməli, tərkibi gəncləşdirməli, yuxarıdan aşağıya doğru, az qala inqilabi xarakterli dəyişikliklər etməlidir...

Hansı ki, elə onun özünün çıxışını təhlil edəndə anlaşılır ki, artıq belə bir qərar verilib və prezident iqtidarındakı dövlət məmur korpusunun tərkibini və xasiyyətnamə kriteriyalarına dair göstəricilərini dəyişmək niyyətindədir. Biz bu barədə ötən ilin sonlarında da yazmışdıq. 2014-cü ilin yanvar ayından etibarən ölkədə böyük, “Ağ inqilab” xarakterli dəyişikliklərə start veriləcəyi, baş nazir, Nazirlər Kabinetinin əsas tərkibinin, yerli icra strukturları kontingentinin əhəmiyyətli hissəsinin dəyişdiriləcəyinə dair proqramın hazır olduğunu iddialı bir dillə yazmışdıq. Hesab edirik ki, prezident budəfəki çıxışında həmin proqramın geniş özətini verdi. (Yanvar tətillər və Davos sammiti ilə yükləndiyi üçün, strateji bir prosesin də fevrala doğru sürüşdüyü qənaətindəyik.)
Təsadüfi deyil ki, hər dəfə çıxışlarında dövlət başçısı “ASAN xidmət”ə, onun gətirdiyi mahiyyət və sair yeniliklərə istinad edir, arqumentlərində bu xidməti mərkəzi yerə çəkir. Azərbaycan siyasətində ən məlumatlı simalardan biri olan “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ötən həftə “Yeni Müsavat” a müsahibə verərkən bəlkə də fərqində olmadan bir mühüm prosesi deşifrə etmişdi. O demişdi ki, Qərbin, xüsusilə də Amerikanın iştirakı ilə Azərbaycanda təkamüllə modernləşmə və dəyişmə prosesi gedir (“mən də bu prosesin içindəyəm” - qeydi ilə - red.), “ASAN xidmət” bunun bariz nümunəsidir və bu sürəc-layihənin alternativi yoxdur...



Görünən budur ki, prezident özünün pilot layihəsi olan “ASAN xidmət” iqtidarının mahiyyətinə çevirmək, məmurları üçün standartlar yaratmaq istəyir, ya da arzulayır. Əks halda, bu qədər “ASAN xidmət” təbliğatı aparmazdı. Onun qeyd olunan çıxışında həmin fraqmentə diqqət edək: “Mən ”ASAN xidmət"in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olub. Tam şəffaflıq təmin edilib, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcək. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar".

Prezident tələb “planka”sını yuxarı qaldırıb - artıq bunu bir il ərzində yoxlayıb - yenilərlə mümkündür; gənc kadrlarla etmək olar... Fəqət, aydın məsələdir ki, hazırkı məmur ordusu ilə bunu edə bilməyəcək. Korrupsiyaya, oğurluğa öyrəşmiş bir çete ilə ölkəni “ASAN”laşdırmaq qeyri-mümkündür. Pul axınlarının üzərində oturmuş oliqarxlar, onlara bağlı olan böyük mənfəət çevrələri hazırda “ASAN xidmət”i siyasi müxalifətdən daha ciddi düşmən kimi qəbul edirlər. Onlar üçün yenilənmə, dəyişim, şəffaflıq hər şeyin sonu deməkdir. Prezident də fərqindədir - bu səbəbdən korrupsiya çetesinin suyunu dəhnədən kəsməyə cəhd edir...

“Yeni Müsavat”a çatan özəl məlumatlara görə, bundan belə tenderlərə, onların keçirilməsi proseslərinə prezidentin yaratdığı xüsusi qrup nəzarət edəcək. Bu sahədə vəziyyət gerçəkdən də o dərəcədə bərbaddır ki, başqa yol qalmayıb. Oliqarxiyanın, mafiyaların qidası tenderlərdən, büdcədən ayrılan pulların talan edilməsindən keçir.

* * *

“Yeni Müsavat”ın müxbirinin əldə etdiyi məlumata görə, bu konfransdan bir neçə həftə əvvəl hazırlıq proqramı çərçivəsində aidiyyəti şəxslər tərəfindən regionlardakı vəziyyət və qəbul olunmuş dövlət proqramının icrası ilə bağlı prezidentə məruzə olunub. Dövlət başçısına bildirilib ki, dövlət proqramına uyğun olaraq regionlarda iş gedir amma ortada narazılıqlar, problemlər və mənimsəmələr də var. Qeyd olunub ki, əsasən regionlarda həyata keçirilən tenderlərdə qeyri-şəffaflıq var; mahiyyət budur ki, icra hakimiyyətləri özlərinə yaxın olan şirkətləri bu tenderlərin qalibləri elan edərək dövlət vəsaitini mənimsəyirlər.



Bu isə həm monopoliya yaradır, həm də işlərin dövlət proqramında nəzərdə tutulan qaydada həyata keçirilməsinə imkan vermir, milyonlarla manat dövlət vəsaiti müxtəlif şəxslərin cibinə axır, xalq da narazı qalır. O da bildirilib ki, təkcə icra hakimiyyətləri deyil, nazirliklər, dövlət komitələri və başqa qurumlar da bu sahədə şəffaflığa əməl etmirlər.
Qeyd edək ki, tenderlər məmurların dövlət vəsaitini mənimsəməsi üçün ən asan yol hesab olunur və hər il yüz milyonlarla manat talanır.

Əldə etdiyimiz məlumata görə, İ. Əliyev ona edilən məruzədə tenderlərlə bağlı ciddi faktların olduğunu nəzərə alaraq fevralın 5-də keçirdiyi konfransda bu məsələnin üzərində xüsusi olaraq dayanıb.

Konfransın bu məsələnin müzakirəsinə həsr olunan bölümünün yekunu olaraq tenderlərdə şəffaflığın təmin edilməsi məqsədilə ölkə rəhbərliyinin nəzarətində olan xüsusi komissiyanın yaradılması barədə qərar verilib.



Əslində isə tenderlərə nəzarət edən dövlət qurumu var. Bu, Satınalmalar üzrə Dövlət Agentliyidir. Amma bu qurum çox ciddi şəkildə tender korrupsiyasına qurşandığından ölkə başçısının nəzarətində olan xüsusi komissiyanın yaradılması zərurəti yaranıb.
(Yeri gəlmişkən, prezident seçkilərindən sonra İlham Əliyev hökumətin yeni tərkibini formalaşdırarkən Satınalmalar üzrə Dövlət Agentliyinin rəhbəri İsgəndər Çəndirlini bu vəzifəyə təsdiqləməyib. MM-in komitə sədri Ziyapd Səmədzadənin bacısı oğlu olan İ. Çəndirlinin korrupsiya əməlləri haqda ciddi məlumatlar var.)

* * *
Beləliklə, prezident İlham Əliyev sorağı hələ ötən ilin sonlarında yayılan, bu ilin yanvarından startı gözlənən islahatlara 5 fevral tarixli çıxışı ilə start verdi. O, daxili siyasətin də konturlarını anons etdi - prezidentin nəzərincə “satılmayan bəzi müxalifət qüvvələri” də var; bu da o deməkdir ki, 2015 parlament seçkiləri ilə əlaqədar da bir sıra “ev hazırlıqları”, kurs var. Lakin əsas məqsəd komandasını yeniləmək, seçkilərə qədər məmuriyyət ordusunun tərkibini dəyişməkdir. Çətindir - həm onun bu qədər kadrı yoxdur, həm də çevrəsindəki bütün oliqarxiya bu siyasəti sabotaj edəcək. Bu baxımdan, onların gözünü qırmaq, çəkindirmək üçün də müəyyən addımlar atılmalıdır. Üstəlik, aydın məsələdir ki, bütün oliqarxiyanı sistem olaraq dağıtmaq üçün onların içərisindən ən qüdrətlilərinə stavka olunmalıdır; müşahidələr göstərir ki, prezident belə də edəcək.

* * *
Prezident İlham Əliyev cəza tədbirlərinin də anonsunu verib: “Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.

Bu, artıq yeni kursun, eyni zamanda indiki komandadakıların əksəriyyəti üçün elandır: “Növbəti 5 il üçün sizə yanımda yer yoxdur...”

Yuxarıdan inqilab da elə bu deməkdir. Olacaqmı? Bunu elə bu aydan etibarən bir yerdə görəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • PA rəhbəri məmurları İlham Əliyevdən nümunə götürməyə çağırdı

    PA rəhbəri məmurları İlham Əliyevdən nümunə ...

    6-02-2014, 13:30

  • 
  • Hacıbala Abutalıbov Prezidentə hesabat verdi

    Hacıbala Abutalıbov Prezidentə hesabat verdi ...

    23-12-2013, 14:00

  • 
  • Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır

    Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır ...

    3-10-2013, 11:09

  • 
  • Prezident İlham Əliyev: "Bu il bütün sosial proqramlar tam icra ediləcək"

    Prezident İlham Əliyev: "Bu il bütün sosial ...

    26-01-2016, 13:50

  • 
  • İlham Əliyev icra başçılarını topladı

    İlham Əliyev icra başçılarını topladı ...

    5-02-2014, 12:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu