GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » AXCP-nin qərargahı partla(dıl)dı? - FOTOLAR

AXCP-nin qərargahı partla(dıl)dı? - FOTOLAR

Tarix: 4-03-2014, 10:22 Bölmə :Siyasət Baxış: 729
AXCP-nin qərargahı partla(dıl)dı?  - FOTOLAR
YAP-dan AXCP-dəki partlayışla bağlı ittihamlara da cavab verildi

Hakim Yeni Azərbaycan Partiyası müxalif Xalq Cəbhəsi Partiyasının yerləşdiyi qərargahda baş verən partlayışla bağlı ittihamlara cavab verib. Məlumata görə, YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı jurnalistlərə deyib ki, partlayışa görə hakimiyyətin günahlandırılması absurddur: “AXCP və müxalifətin radikal qanadı onlarla bağlı baş verən bütün hadisələrdə hakimiyyət, hökumət izi axtarır. Radikallar nədənsə hər zaman belə mövqe tuturlar. Amma bu, çox yanlış yanaşmadır”.
Mübariz Qurbanlı bildirib ki, ölkənin müxtəlif yerlərində qəza, yanğın baş verə bilər və bunlar təbii hadisələr, qəzalardır: “Belə qəzalar baş verəndə Fövqəladə Hallar Nazirliyi bunun səbəbini çox peşəkar formada araşdırır, aydınlaşdırır və şəffaf formada cəmiyyətə çatdırır. Yenə də belə bir qəza baş verib. Bu təsadüfi bir hadisədir. Bunu siyasiləşdirmək, bundan siyasi divident qazanmağa çalışmaq yolverilməzdir. Hesab edirəm ki, onların hadisəyə yanaşmaları, məsələni siyasiləşdirməyə çalışmaları doğru deyil. Bu, çox cəfəng yanaşmadır”.
YAP icra katibinin müavini bəyan edib ki, hakimiyyət AXCP-ni cəzalandırmaq siyasəti yürütmür və partiya üzvlərinin kütləvi formada həbs edilməsi haqda deyilənlər doğru deyil: “Onlar “kütləvi həbs”, “partiya üzvlərinin kütləvi formada polisə aparılması” haqda danışırlar. Gərək kütləvi sözünü oradan çıxarsınlar. Çünki AXCP kütləvi partiya deyil ki, orada da kütləvi həbs aparılsın. Bu partiya imitasiya ilə məşğul olur. Əli Kərimlinin ətrafında çox az sayda adam və müxtəlif vasitələrlə çap olunan “Azadlıq” qəzeti qalıb. Onlar qəzet ətrafında fırlanan bir qrup adamdır. Eyni zamanda müxtəlif saytlara müsahibələr verirlər. Kütləvi həbs nəyə deyirlər? Bir neçə nəfər həbs olunub. Onlar da törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar. Bakı böyük bir şəhərdir və burada ictimai asayişi pozan, xuliqanlıq və müxtəlif cinayətlər törədən hər kəs məsuliyyətə cəlb olunur, cəzalandırılır. Bunu Xalq Cəbhəsinə qarşı basqı kimi qələmə vermək özünü şişirtmək cəhdindən başqa bir şey deyil. Xalq Cəbhəsi hakimiyyət üçün subyekt, maraq doğuracaq obyekt deyil. Ona görə də biz AXCP-yə qarşı basqı-filan üzərində düşünmürük. Vaxtımızı belə məsələlərə sərf etmirik. Onlar kimdir ki, hakimiyyət onlara basqı edə? Azərbaycanda böyük inkişaf var, hakimiyyət gücü, dəstəyi xalqdan alır. Bununla müqayisədə AXCP və onun ətrafındakılar bizim üçün o qədər də güclü təşkilat, müqavimət göstərəcək dairə hesab olunmur ki, onlara qarşı hansısa basqı olsun. Ona görə də heç bir basqıdan söhbət gedə bilməz. Xırda məsələləri şişirdib özlərini şişman göstərmək istəyirlərsə, bu da alınmayacaq”.
Mübariz Qurbanlı açıqlamasını belə bir replika ilə bitirib: “Bəs deyidrilər AXCP-nin qərargahı yoxdur. Bu qərargah haradandır?”.
“Müxalifət bir hadisə baş verdikdə, onun məsuliyyətini iqtidarın üstünə atmağa çalışır. Hər hansı bir AXCP üzvü yolla gedərsə və külək ağacı onun üstünə aşırsa, deyəcəklər ki, bu iqtidarın təxribatıdır”. Bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, AXCP-nin qərargahında baş vermiş partlayışı hakimiyyətin təxribatı kimi qiymətləndirənləri tənqid edib. YAP rəsmisinin sözlərinə görə, burada hər hansı bir təxribatdan söhbət gedə bilməz və hadisə səhlənkarlıqdan baş verib.
“Səhlənkarlıq nəticəsində digər yerlərdə və dövlət idarələrində də belə hallar olur”, - deyə S.Novruzov bildirib. Qeyd edək ki, AXCP-nin qərargahında partlayış olub. İlkin versiyalara görə, hadisə qaz sızmasından olub. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə açıqlamasında hadisəni hakimiyyətin təxribatı kimi dəyərləndirib.
AXCP sədri Əli Kərimli bu gün partiyanın qərargahında baş verən partlayışla bağlı açıqlama verib. Partiya sədri facebook hesabında partlayışın təsadüfi olmadığını qeyd edib: “ AXCP-nin müvəqqəti qərargahında partlayış baş verib. Əslində partlayış qərargahın altındakı zirzəmidə baş verib, amma qərargaha da ziyan dəyib. Partiyamıza qarşı son günlər daha da artan təzyiqlər, gənc cəbhəçilərin kütləvi həbsləri fonunda partlayışın təsadüfi olmadığı bilinirdi. Amma indi hər şey tam olaraq aydınlaşdı. Hakimiyyətimiz müxalifəti ilə artıq terror, partlayış dili ilə danışır. Qərargahın sahibinin ailə üzvləri partiyamızın nümayəndələri ilə söhbətdə açıq etiraf ediblər ki, hakimiyyət onları çoxdan hədələyirmiş.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sahibkardan tələb edirmişlər ki, qərargahı AXCP-dən geri alsın . Əks təqdirdə binada partlayış və yanğın ola biləcəyi ilə hədələyirmişlər. Bu məlumat artıq heç bir şübhə yeri qoymur ki, partlayış öz-özünə baş verməyib. Partlayışı AXCP-yə təzyiq etmək, onu yenidən qərargahsız qoymaq məqsədi ilə törədiblər. Mən Azərbaycan hökumətini məsuliyyətli olmağa, dünyada baş verənlərdən nəticə çıxarmağa, AXCP-yə qarşı təzyiqləri dayandırmağa çağırıram. AXCP-nin gücü onun qərargahında, daşda, divarda deyil. AXCP-nin gücü azadlıq, ədalət, xalqın mənafeləri uğrunda, xalqla birlikdə, səmimi və ardıcıl mübarizə aparmasındadır. Bütün maneələrə baxmayaraq, mübarizəmiz davam edir”.
“Amerikanın səsi”nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binanın bir neçə hissəsində çat yaranıb. “Partlayışın gücündən binanın içərisində olan avadanlığa da ziyan dəyib. İtki və ya xəsarət alan yoxdur” - deyə “Amerikanın səsi”nin müxbiri bildirir.
AXCP-nin baş qərargahının yerləşdiyi binanın zirzəmisini icarəyə götürmüş biznesmen “Amerikanın səsi”nə bildirib ki, zirzəmi üzlük daşlar anbarıdır və orada heç zaman qaz balonundan və ya qazdan istifadə edilməyib.
“Dünən axşam saatlarında biz zirzəmini tərk etmişik və orada hər hansı qaz balonu olmayıb” - deyə adının çəkilməsini istəməyən biznesmen bildirib.
AXCP mətbuat xidməti qərargahlarında baş verən partlayışla bağlı açıqlama yayıb. Mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirib ki, partlayışın səbəbi hələki bilinmir: "Bu gecə səhərə yaxın AXCP-nin müvəqqəti qərargahının başqa bir vətəndaşa aid olan zirzəmisində partlayış olub. Səbəbini biz hələlik bilmirik. Bizdən soruşurlar ki, baş verən hadisə nədir? AXCP-yə qarşı terror xəbərdarlığı, AXCP-ni qərargahdan çıxarmaq üçün düşünülmüş bəhanə, qərargahın sahibini qorxutmaq cəhdi, yoxsa həqiqətən də AXCP-yə aid olmayan zirzəmidə hansısa təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş vermiş təsadüfi partlayış?"
N.Ədilov bu sualların cavabını özlərinin də bilmədiyini deyib: "Hazırda biz özümüz də bu sualların cavabını bilmirik. Amma əminik ki, tezliklə dövlət orqanlarının baş vermiş hadisəyə münasibətindən aydın olacaq ki, bu partlayış necə baş verib, niyə baş verib, bu partlayışın baş verməsi kimə lazım imiş? Hələlik isə mətbuat və ictimaiyyət nümayəndələrini çağırırıq ki, məsələni diqqətdə saxlasınlar".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmisində partlayış baş verib. Bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov öz facebook səhifəsində yazıb. O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrində baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb. “Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik", - deyə Natiq Ədilov bildirib.
O qeyd edib ki, partiya yetkililərinin hadisəyə uyğun açıqlaması olacaq".
AXCP-nin qərargahı partla(dıl)dı?  - FOTOLAR
AXCP-nin qərargahı partla(dıl)dı?  - FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı - YENİLƏNİB

    Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı ...

    23-07-2016, 17:16

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu