Əskərlər havaya atəş açaraq avtobusların qarşısını kəsiblər
Ukraynanın Krım muxtar respublikasında vəziyyət gərgin olaraq qalır. "gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, ötən gün yarımadanın şimal hissəsində yerləşən Armiyansk şəhərində rusyönümlü silahlı qüvvələr növbəti dəfə ATƏT müşahidəçilərinin bölgəyə daxil olmasına imkan verməyiblər. Əskərlər havaya atəş açaraq avtobusların qarşısını kəsiblər. «Biz artıq 4-üncü dəfədir ki, yarımadaya girməyə cəhd göstəririk, lakin bu dəfə də qarşısımızı kəsdilər. Əskərlər bizim Krıma daxil olmağımız üçün rəhbərlik tərəfindən icazə verilmədiyini bildirdilər. Onlar yeganə səbəbi bu idi. Lakin bu dəfə onlar daha acıqlı idilər. Əsasən, ukraynalı əskərlərə qarşı kobud davranırldırlar. Lakin Tanrıya şükürlər olsun mübahisələr şifahi oldu. Bizə qarşı isə heç bir fiziki təzyiq göstərilmədi. Biz Ukraynanın ümaricəti ilə buradayıq. Mandatımızın müddəti 12 mart tarixinə qədərdir. Lakin yenidən müraciət etsələr, yenidən cəhd edəcəyik» - deyə ATƏT-in nümayəndəsi Qabor Aks qeyd edib. Bu arada, Krımın statusuna dair martın 16-sına planlaşdırılan referendum seçkiləri üçün hazırlıq işləri start götürüb. Paytaxt Simferepolda seçki komissiyasının sədri Mixaylo Malişev seçki bülletenlərini təqdim edib. Malişev bildirib ki, seçkilər zamanı təhlükəsizlik xidməti yerli polis tərəfindən təmin olunacaq. Ukrayna hökuməti və Qərb Krımın statusunun referendum yolu ilə müəyyən edilməsinə qarşı çıxır və bunu beynəlxalq qanunların pozulması kimi dəyərləndirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?