GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rusiya Krıma girdi, çıxa biləcəkmi?

Rusiya Krıma girdi, çıxa biləcəkmi?

Tarix: 4-03-2014, 10:02 Bölmə :Manşet Baxış: 1 243
Rusiya Krıma girdi, çıxa biləcəkmi?
Dünya etiraza qalxdı, müharibə təşvişi yaşanmaqdadır

Rusiya desantı və xüsusi təyinatlıları Ukraynanın Krım yarımadasının işğalını faktiki başa çatdırıb. Ukrayna mediası xəbər verir ki, Krımdakı bütün strateji obyektlər Rusiya hərbçilərinin nəzarətinə keçib. Ötən gecə Rusiya desantı Ukrayna Dövlət Sərhəd Xidmətinin Kerçensk istiqamətinə nəzarət edən sərhəd mühafizə bölməsinə hücum edərək nəzarət altına alıb. Ruslar sərhəd kazarmasının pəncərələrini sındırıblar, rabitə vasitələrini məhv ediblər və əsgərləri döyüblər. Dövlət Sərhəd Xidməti bildirir ki, ruslar ukraynalı sərhədçilərə mənəvi və fiziki təzyiq göstərərək onları təslim olmağa məcbur edir.
Dünən isə Rusiya desantının Balaklava sərhəd dəstəsinin kazarmalarını nəzarət altına aldığı açıqlanıb. Ukraynanın Qara dəniz donanması da fəaliyyət qabiliyyətini itirib. Ukrayna hərbçiləri bildirir ki, indi onların əsas səyləri təmkini qoruyub saxlamaq və yaxşı silahlanmış rusların atəş açmasına bəhanə verməməkdir.

Krım faktiki işğal edildi
Feodosiyadakı dəniz piyadaları bölməsi və Perevalnıy qəsəbəsindəki sahil mühafizə qüvvələri də öz kazarmalarından çıxarılıblar. Balaklavadakı sərhəd dəstəsinə hücum edən Rusiya desantının ukraynalı əsgər və zabitləri döydüyü də bildirilir. Hazırda hərbi hissədə blokadaya alınmış ukraynalı zabitlərdən biri bildirib ki, onlar hərbi hissəni dəyənək və dəbilqələrlə qorumağa çalışırdılar, ruslar isə pulemyotlarla silahlanıblar. Hərbi hissəyə nəzarəti ələ alan ruslar ukraynalı hərbçilərə “onların tərəfinə keçməyi” təklif ediblər.
“İki saat ərzində bizim əsgərlərimizi döşəməyə uzatdılar və pişik balası kimi təpiklədilər” - deyə ukraynalı komandir bildirib. Krım yarımadasını Rusiyanın Krasnodar vilayəti ilə birləşdirən “Krım-Qafqaz” bərə körpüsü istiqamətində hazırda çoxlu miqdarda Rusiya zirehli texnikasının cəmləşdirildiyi müşahidə edilir. Bu məlumatı Ukraynanın Dövlət Sərhəd Xidməti yayıb. Bildirilir ki, bütün sutka boyu Ukraynanın sərhəd dəstələrinə Rusiyanın xüsusi təyinatlı və yaxşı silahlanmış dəstələri həmlələr ediblər. Rusiya xüsusi təyinatlıları Ukrayna sərhədçilərinə qarşı fiziki güc tətbiq edir və onları döyür.
Ukraynanın Kerçenskdəki dəniz piyada qüvvələrinin hərbi hissəsinə formalarında tanınma nişanı olmayan, ancaq Rusiya xüsusi təyinatlıları olduğu şübhə doğurmayan 100-dən çox silahlı hərbçi daxil olub. Hərbi hissədən bildiriblər ki, ukraynalı hərbçilər münaqişədən qaçmaq üçün onları müqavimət göstərməyiblər və hərbi hissəyə buraxıblar.
Rusiyanın bir patron da istifadə etmədən Krımı bütünlüklə işğal etdiyi bir vaxtda Qərb liderləri Vladimir Putini dayandırmağın yollarını axtarırlar və bu məqsədlə intensiv telefon danışıqları aparırlar. Qərb KİV-ləri xəbər verir ki, ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb və Krımdakı vəziyyəti müzakirə edib.
Həmçinin Obama bazar günü axşam Böyük Britaniyanın baş naziri Devid Kemeronla telefon danışığı aparıb. D.Kemeronun bildirdiyinə görə, onlar Obama ilə razılaşıblar ki, Rusiya indiki kursu dəyişməsə, bunun əvəzini çox baha ödəyəcək. Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri Rusiyaya cavab olaraq hərbi güc variantının da masa üzərində olduğunu bildirmişdi.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bəyan edib ki, Rusiya Krım üzərində nəzarəti tam ələ keçirib.
Bu barədə nazirə istinadən “Röyter” məlumat yayıb. Hazırda Kiyevdə olan diplomat bildirib ki, situasiya olduqca gərgin olaraq qalır.
Uilyam Heyq Rusiyanın Ukraynanın qərbinə doğru irəliləyə biləcəyindən də narahatlıq ifadə edib.
Ukrayna Müdafiə Nazirliyi isə bildirir ki, martın 3-nə keçən gecə Rusiya qırıcıları Qara dəniz üzərindən iki dəfə ölkənin hava məkanına daxil olmağa cəhd ediblər. Ukrayna Hərbi-Hava Qüvvələrinin “Su-27” qırıcıları həyəcan siqnalı ilə havaya qaldırılıb və təxribatın qarşısını alıb.
Digər məlumata görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) kəşfiyyatçıları Krımda ələ keçirdikləri hərbi hissələrdən ukraynalı sərhədçilərə öz şəxsi əşyalarını götürməsinə icazə vermir. Rusiya baş naziri Dmitri Medvedyev isə bildirib ki, hökumət artıq Krımı Rusiyaya birləşdirən və Kerç körfəzi üzərindən keçən körpünün inşası layihəsinə başlamağa hazırlaşır.
Rusiya Silahlı Qüvvələrinin komandanlığı Ukrayna ərazisinə qoşun yeritməkdə davam edir. Bu barədə Ukraynanın BMT-dəki səfiri Yuri Sergeyev bildirib. Ukrayna qaynaqları bildirir ki, dünəndən etibarən Krımdakı Rusiya hərbçilərinin sayı 15 mini keçib, o cümlədən 50-dən çox hərbi texnika yarımadada yerləşdirilib. Ukraynanın Qara dəniz sahillərini 10 Rusiya hərbi gəmisi blokadaya alıb. Ölkənin Xarkov vilayəti boyu Rusiya ilə dövlət sərhədlərində hərbi maşınlardan ibarət kolonların hərəkəti müşahidə olunur. Həmçinin Novorossiysk şəhərində yola salınmağa hazır vəziyyətdə böyük sayda Rusiya hərbçisi gözləyir. Rusiyanın Baltik donanmasının birləşmələri də bir nömrəli döyüş hazırlığı vəziyyətindədir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Ukrayna ərazisində Qara dəniz donanmasına qarşı “yeni təxribatlara” hazırlıq gedir. O, Qərb tərəfdaşlarını Ukrayna məsələsində geosiyasi hesabları kənara qoyub Ukrayna xalqının maraqlarını nəzərə almağa çağırıb.

Aviabaza ruslara təslim oldu
Ukrayna Hərbi-Hava Qüvvələrinin 204-cü qırıcı aviabazası Krım Muxtar Respublikası hökumətinin tərəfinə keçib. “İnterfaks” dünən bildirirdi ki, bunu Krım MR rəsmi nümayəndəsi bildirib. Xəbərə görə, Belbekdəki həmin aviabazada 49 qırıcı təyyarə var. Hərbi hissədə 800-dən artıq hərbi qulluqçu xidmət edir. “Belbek aerodromunda 45 “MiQ-29” qırıcısı və “L-39” markalı 4 təlim təyyarəsi var. Onlardan yalnız 4 qırıcı və bir təlim təyyarəsi saz vəziyyətdədir” - deyə Krım MR nümayəndəsi deyib. Beləliklə, onun sözlərinə görə, “Krım xalqının tərəfinə keçən ukraynalı hərbçilərin sayı 6 minə yaxınlaşır”.
Rusiya Dövlət Dumasında Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsi qeydiyyatdan keçib. Apa-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, sənəd xarici ölkə ərazisində keçirilən referendumun nəticələrinə əsasən ərazi subyektinin Rusiyaya birləşməsini nəzərdə tutur. Burada şərt kimi həmin subyektin hakimiyyət strukturlarının Rusiyaya müraciəti və bu müraciətə müsbət cavab verilməsi göstərilir. Müvafiq qanun layihəsini müzakirəyə çıxaranlar arasında Sergey Mironovun adı var.

Obama tələb etdi: «Krımdan çəkil»
ABŞ prezidenti Barak Obama və İngiltərənin baş naziri Devid Kemeron Rusiyanın Krım ərazisindəki hərəkətlərini qeyri-məqbul hesab edir. Belə bir nəticəyə siyasətçilər telefon danışığı zamanı gəliblər. Hər iki lider prezident Putini xəbərdar edib: “Əgər rus qoşunları yaxın saatlarda Krımdakı bazalarına qayıtmasa, Rusiya böyük itkilərlə üzləşəcək”. Obama və Kemeron həmçinin, konfliktin lokallaşdırılması üçün Ukrayna və Rusiya arasında birbaşa dialoqun vacibliyini də vurğulayıblar.

Rusiya iqtisadiyyatında böhran başladı
Valyuta birjalarında Rusiya rublunun məzənnəsi bazar günü səhər açılmış alqı-satqı əməliyyatları zamanı tarixi minimumu keçib. Birja əməliyyatlarının ilk dəqiqələrindən 1 dollar 36,50 rubla satılıb, avronun qiyməti isə 50 rubldan yuxarı olub. Dollar-avro valyuta səbətinin dəyəri Rusiya Mərkəzi Bankı tərəfindən rubl üçün müəyyən edilmiş valyuta "koridoru" həddini aşıb.Müşahidəçilər rublun məzənnəsinin ucuzlaşmasını Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsilə əlaqələndirirlər. Bazar ertəsi günü məlum olub ki, Rusiya Mərkəzi Bankı valyuta koridorunun yuxarı həddinə 0,2 rubl əlavə edib. Rusiyanln RTS valyuta birjasının indeksi psixiloji cəhətdən mühim sayılan 1200 xal səviyyəsindən aşağı düşüb.
Rublun məzənnəsinin çökməsinin qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı təcili sürətdə rubl depozitlərinin faiz stavkasını 5,5%-dən 7%-dək qaldırıb, bundan sonra Rusiya valyutasının məzənnəsi sabitləşib.

Ukrayna ilə Rusiya arasında beynəlxalq məhkəmə çəkişməsi
Ukraynanın baş naziri Arseni Yasenyuk Rusiyanı beynəlxalq məhkəmə ilə hədələyib. “RBK-Ukrayna” saytına istinadən verdiyimiz məlumata görə, bu barədə “Batkivşina” parlament fraksiyasının mətbuat xidməti bildirib. Baş nazir Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyqlə görüşdən sonra keçirdiyi mətbuat konfrasında Ukraynanın vahid dövlət, Krımda baş verənlərin isə bütün beynəlxalq qayda və standartların pozulması olduğunu söyləyib. A.Yasenyuk hərbi hərəkətlərinə görə, Rusiyanın əvəz ödəməli olacağını qeyd edib.
“Biz başa düşürük ki, Rusiya Federasiyasının öz maraqları var. Amma biz Rusiyaya müraciət edirik: Siz öz maraqlarınızı qorumaq üçün bizim maraqlarımızı pozmaq hüququna malik deyilsiniz. Krımdakı qanunsuz hakimiyyət Ukraynanın dövlət mülkiyyətini milliləşdirməyə və Ukrayna silahlı qüvvələrini tərksilah etməyə çalışır. Bunu edənlər Ukrayna və beynəlxalq məhkəmələr qarşısında məsuliyyət daşıyacaq", - Yasenyuk vurğulayıb. A.Yasenyuk həmçinin bildirib ki, Böyük Britaniyanın xarici işlər naziri ilə görüşdə əvvəlki hakimiyyət tərəfindən oğurlanan pulların axtarışı üçün əməkdaşlıq edilməsi müzakirə olunub.

Krım Özünümüdafiə dəstələrinə azərbaycanlı general rəhbərlik edir
Krımın yerli əhalisi Rusiyanın yarımadanı ələ keçirməsi cəhdini qəzəblə qarşılayır. Artıq yarımadanın aborigen vətəndaşları, yəni tatarlar rus hərbi birləşmələrinə qarşı özünümüdafiə dəstələri formalaşdırır. Özünümüdafiə dəstələrinə isə milliyətçə azərbaycanlı olan Ukraynanın xüsusi xidmət general-mayoru Kamal Cəlilov rəhbərlik edir. Kamal Cəlilov haqda əldə etdiyimiz məlumatda isə qeyd edilir ki, 1990-cı ilə qədər Bakıda yaşayan və valideynləri ayrıldıqdan sonra milliyətcə tatar olan anası ilə Krıma köçən generalın atası azərbaycanlıdır. Kamal Cəlilovun bacısı Dinara Cəlilova isə Krım Muxtar Respublikasının Ali Radasında təhlükəsizlik məsələləri üzrə rəis müavindir. Xatırladaq ki, Ukraynada «Maydan” hərəkatının qələbəsindən sonra Rusiya bu ölkəyə təzyiqləri artırıb. Əhalisinin çoxunu rusdilli vətəndaşlar təşkil edən Krım Muxtar Respublikasında Ukraynaya etimadsızlıq tələbləri səslənir. Yarımadada əsas obyektlər rus özünümüdafiə dəstələri adı altında Rusiya hərbi birləşmələrinə məxsus silahlılar tərəfindən nəzarətə alınıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna ordusu tələyə salındı

    Ukrayna ordusu tələyə salındı ...

    13-06-2014, 12:43

  • 
  • Rusiya qoşunları bu şəhəri tərk edir

    Rusiya qoşunları bu şəhəri tərk edir ...

    9-12-2014, 23:02

  • 
  • Rusiya savaşa başladı

    Rusiya savaşa başladı ...

    28-08-2014, 12:26

  • 
  • Azərbaycan-Rusiya sərhədində əməliyyat

    Azərbaycan-Rusiya sərhədində əməliyyat ...

    5-08-2013, 11:58

  • 
  • Rusiya Krıma qoşun yeritdi -  (Yenilənib 6)

    Rusiya Krıma qoşun yeritdi - (Yenilənib 6) ...

    28-02-2014, 23:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu