Türkiyənin baş nazir köməkçisi Bülent Arınç internetdə yayımlanan səs kasetləri ilə əlaqədar sərt açıqlamalar verib. "gundemxeber.az"ın xəbərinə görə, Türkiyənin baş nazir köməkçisi Bülent Arınç təhlükəsizlik toplantısının qeyri-qanuni dinlənilməsinə münasibət bildirərkən hisslərini cilovlaya bilməyib. "Bu gün edilən bu alçaqlıq, dövlətimizlə - Türkiyənin gələcəyilə əlaqədardır. Təssüflər olsun ki, Xarici İşlər Nazirliyinin və hərbi təmsilçilərin iştirak etdiyi toplantı kimlər tərəfindənsə deşifrə edilir"- deyə Arınç bildirib. Baş nazir köməkçisi daha sonra sözlərinə bu cür davam edib: "Bəzi yerlərində montaj var, amma ümumilikdə Suriya, Türkiyə və bölgəmizdə həyata keçiriləcək əməliyyatlar və Türkiyənin qarşılaşdığı təhlükəsizlik problemlərinin danışıldığı bir toplantı dinlənilib və 15 dəqiqəlik audio yazısı yayımlanıb. Hər şeyə dözərik, amma bir insan əgər bunu dövlətini batırmaq, milli təhlükəsizliyi zəiflətmək, bizi başqa ölkə ilə müharibə yaratmaq məqsədiylə edibsə, Allah onların min dəfə bəlasını versin". Xatırladaq ki, bir müddət əvvəl bəzi müəmmalı məsələlərə aydınlıq gətirərkən "Xidmət" hərəkatının lideri Fəthullah Gülən də qarğamış və kəskin tənqid hədəfi olmuşdu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?