Bülənt Arınçın baş nazirlə yaranan münaqişə nəticəsində istefa verdiyi iddia edilir Türkiyədə səngimək bilməyən "Gezi Parkı" aksiyalarının ilk istefası qeydə alınıb. Bəzi türk mətbuatının yazdığına görə, ötən həftə aksiyalarla bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanla mübahisə edən köməkçisi Bülənt Arınc istefa verib. Lakin onların arasına girən prezident Abdullah Gül onu fikrindən daşındıra bilib.
Belə ki, mübahisədən sonra Arınç "həm vəzifədən, həm də partiyadan istefa verirəm" deyərək toplantını tərk edib. Başqa nazirlər dəhlizdə onu fikrindən daşındırmağa çalışsalarda buna nail ola bilməyiblər. Bundan sonra işə prezident Abdullah Gül qarışıb.
Məlumata görə, B.Arınçın aksiyaçılardan üzr istəməsi, ətraf mühitə həssas yanaşması, gərəkirsə referenduma belə gediləcəyini deməsi Ərdoğanı narahat edib.
O, Nazirlər Kabinetinin son iclasında köməkçisinə müraciətlə belə deyib: "Son günlərdə verdiyiniz açıqlamaları yanlış hesab edirəm". Bundan sonra Arınç Baş nazirə yaxın ətrafındakıların ona yanlış məlumat verdiyini, hadisələrin ona deyildiyi kimi olmadığını qeyd edib. Bu cavabdan sonra münaqişə böyüyüb.
Hələlik bu məlumatlarla bağlı rəsmi bir açıqlama verilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?