"Bir neçə gündür ki davam edən olaylarda 244-ü polis olmaqla 300 vətəndaş yaralanıb"
Türkiyə hökuməti Taksim olayları ilə bağlı vətəndaşlardan üzr istəyib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, baş naziirn yardımçısı Bülent Arınç bu gün çıxış edərək polisin ifrat müdaxiləsinin haqlı reaksiyalar doğurduğunu etiraf edib.
Arınç polisin Gezi parkında başladılan haqlı nümayişlərə qazla müdaxiləsinin hadisələri cığırından çıxardığını bildirib. Eyni zamanda, şiddətə məruz qalan vətəndaşlardan üzr istəyib:
“Bununla əlaqədar olaraq inzibari araşdırmaya başlanıb. Son 5 gündür ki, təhlükəsizlik qüvvələri son dərəcə həssasdır. Hər bir vətəndaşımızın məsuliyyəti bizim üzərimizdədir. Hər cür demokratik tələblərə sona qədər açığıq, yetər ki, şiddət olmasın. Məsum reaksiyalar qeyri-qanuni qruplar tərəfindən sui-istifadə edilməkdədir. Türkiyənin etibarına zərər vurur. Təəssüf ki, istəmədiyim hadisə verdi, Abdulla Cömert vəfat etdi. Kədərlənirik. Odlu silahdan ölmədi, bəlkə də başına dəyən sərt cisim ölümünə səbəb ola bilər. Ölümünə səbəb olan günahkar və ya günahkarların tapılmasını arzu edirik. Ailəsinə təkrar başsağlığı diləyirəm”.
Baş nazir köməkçisi bir neçə gündür ki davam edən olaylarda 244-ü polis olmaqla 300 vətəndaşın yaralandığını deyib.
Bülent Arınç MHP, BDP və CHP-yə tutduqları mövqeyə görə təşəkkürünü bildirib: “Hər şey dövlətin nəzarəti altındadır. Haqlı reaksiyalar göstərən vətəndaşlarımıza təşəkkür edirəm. Çoxlu sayda saxlanılanlar var. Onlar 1 saatdan sonra azad olunacaqlar. Heç bir vətəndaşımızın nəzarətdə daha çox qalmasını istəmirik”.
Sorğu
Yeni dizaynımız necədir?