GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR

Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR

Tarix: 30-03-2014, 14:31 Bölmə :Siyasət Baxış: 1 135
Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR
Murad Axundovun dostu ilə bağlı şok faktlar ortaya çıxdı

General Vaqif Axundovun oğlu Murad Axundovun dostu Qədir Əliyev Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyevin oğludur. Bəli, bəli, söhbət həmin o məmurdan gedir. Lap elə bu yaxınlarda hakim Yeni Azərbaycan Partiyasından olan gənclərin toplantısındakı çıxışında “Azərbaycan Asiya ölkəsidir, bizim gənclər Qərb mədəniyyətindən və Qərb həyat tərzindən uzaq olmalıdır, onlar bizim gəncləri pozur” məzmunlu səs-küylü bəyanat vermiş məmurdan...
Bəs nazir müavini öz yeganə oğlunu necə tərbiyə edir? Asiyalımı kimi? Asiyalı ruhundamı?
Qədir Əliyevin İnstagram sosial şəbəkəsindəki səhifəsinə yerləşdirdiyi fotoşəkillərə baxandan sonra əmin olursan ki, bu gəncdən zərrə qədər də Asiya və asiyalı, Şərq və şərqli, İslam və konfutsiçilik qoxusu gəlmir. Dalay Lama qoxusu isə heç gəlmir. Bu gəncin malik olduğu, nümayiş etdirdiyi nə varsa, hamısı avropasayağı bər-bəzək və parıltını əks etdirir...
Bütün məsələ də ondadır ki, Vaqif Əliyev elə-belə, adi nazir müavini deyil. O, hələ indi işlədiyi nazirlik yaranmazdan xeyli əvvəl mini-star məmur idi.
Hər şey uzaq 1982-ci ildə - Vaqif Əliyev Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Komsomol Komitəsinin katibi təyin olunanda başladı. Sonra uzun illər Milli Olimpiya Komitəsində işlədi. Elə o zamandan da nüfuzlu və varlı məmur kimi şöhrətlənib ad-san qazandı. Vaqif Əliyev daha sonra gənclər və idman nazirinin müavini oldu. YAP üzvü oldu. Adama bundan o yana daha nə lazımdır ki?!
Azərbaycanın Asiya inkişaf yolu ilə irəliləməsinin tərəfdarı olan V.Əliyev 2003-2011-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinə də başçılıq edib. Təqaüd yaşına çatmağına az qalmış isə onu mədəniyyət və turizm nazirinin müavini kimi yağlı, sakit bir vəzifəyə göndərdilər. Axı Azərbaycan mədəniyyətini öz asiyalı başlanğıcına, şərqli köklərinə qaytarmağın əsl vaxtı idi...
Amma bəs Vaqif Əliyevin şərqli samuray tərbiyə üsulu özünü onun yeganə oğlunun xarakterində necə göstərdi? Onun madar oğlu özünü cəmiyyətə necə göstərir? Yox, tapmadınız.
Qədir Əliyev Murad Axundovun ən sadiq pərəstişkarıdır. Çünki nomenklatura arasında dostluq da subordinasiya prinsipi əsasında qurulur. Kimin atasının vəzifəsi daha böyükdürsə, nisbətən balaca məmurların balaları onun qarşısında təzim edirlər.
Qədirə gəlincə isə 28 yaşlı bu məmur balası həyatda çətinlik görməyib, ya da çox nadir hallarda görüb. “Narxoz”da, ədəbi dillə desək, Dövlət İqtisad Universitetində, özü də bu ali məktəbin keçmiş hiyləgər rektorunun varlı məmur balaları üçün fikirləşib icad elədiyi xüsusi istedadlı tələbələr fakültəsində oxuyub. Yeri gəlmişkən, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev işdən çıxarılmazdan iki il əvvəl özünün 25 yaşlı qızı Çeşmə Hacıyevanı bu VİP-fakültənin dekanı təyin etmişdi (!!!).
Qədir Əliyev İqtisad Universitetini bitirən kimi Vergilər Nazirliyinə işə düzəldilir. Bununla paralel olaraq isə atası uşaq üçün şəhərin düz mərkəzində “Alhambra Lounge” adlı əyləncə məkanı da açır. Qədir bala isə burada öz avara dostları ilə birgə bütün günahlara birdən batır...
Atası az sonra Qədiri Fövqəladə Hallar Nazirliyinə işə düzəldir. Hər necə olmasa da bu nazirliyin adı daha sanballı, daha gurultulu səslənir. Və bizim bu “qəhrəman” dövlət əhəmiyyətli işlər üzrə böyük zabitə çevrilir.
Deyilənə görə, Qədir atasından qorxub-çəkinir, amma açıq-açığına olmasa da hər halda özünü göstərməkdə, lovğalanmaqda da davam edir. Məsələn, Qədir çəhrayı qızıldan olan “Hublot” markalı qol saatını (qiyməti 26 min avrodur), daha doğrusu, qol saatlarından birini adi saat kimi elə-belə, gündəlik taxır. Amma Qədir onu da çox səliqəli şəkildə reklam edir. Axı bu saatların korpusu məşhurdur. Onu hətta uzaqdan da fərq etmək mümkündür.
Qədirin maşını da çox “sadədir”, cəmi-cümlətani 150 min manatlıq “BMW X5”-dir. Bu da onun üçündür ki, başqalarından seçilməyəsən, kənar nəzərləri o dəqiqə cəlb etməyəsən.
Amma Qədir gecə əyləncələrində özünü tamamilə diqqət mərkəzinə sala bilir. Necə deyərlər, bu məclislərdə onun ikinci nəfəsi açılır. Bu məmuru hər istirahət günlərində Bakının ən son dəbli gecə klublarında elit içkilər masası arxasında görə bilərsiniz. Ölkədən kənara çıxmağa gəlincə isə digər məmur balaları kimi Qədir də Kann, Dubay, London aşiqidir...
Yeri gəlmişkən, Qədir xaricə səfər edəndə Londondakı “Mari Vanna” tipli dəbdəbəli rus restoranlarına baş çəkməyi sevir. Orada isə bir masanın ortalama qiyməti bir neçə min funt-sterlinqə çatır. Bir az qənaətcillik etmək lazım gələndə isə Qədir bala İstanbulun ən bahalı otelini - “Ciragan Kempinski”ni və “Masa” adlı ən məşhur restoranını seçir.
Qədir avaraların bütün bu əyləncələrinin dadına saysız-hesabsız gecə məclislərinə məkan olan “İkinci hökumət bağı”nda baxmağa başlayıb. Onların ailəsi hələ də həmin bağda dincəlir. Bəs necə?! Abşeron yarımadasının ən yaxşı, ən səfalı yerləri birinci dərəcəli məmurlara qəpik-quruş müqabilində verilir axı. Bizim bu yerli Sodom və Homorranı bağlamağın və orada dəbdəbəli bir beşulduz otelin tikilməsinin vaxtı çoxdan çatıb. Həmin ərazinin landşaftı ideal, çimərlikləri isə təmizdir...
Amma söhbət bunda deyil, “qəhrəmanımıza” qayıdaq. Qədir xaricdəki klubların və gecə əyləncələrinin böyük pərəstişkarıdır. Bu məmur balası Flo Rida ləqəbli reperin ifasını canlı dinləmək istəyəndə özünü o dəqiqə Dubaya verib həmin musiqiçinin çıxış etdiyi həddən artıq bahalı “Cavalli Club”da dincəlir.
Yayda isə Lacivərd sahillərə nə gəlib?! Qədir ora gedəndə də yalnız Robert de Niro, Tom Kruz və dünya miqyaslı digər məşhurların Kann kino festivalına gələrkən gecələməyi xoşladığı “Hyatt Martinez” otelini seçir. Bu oteldə bir sutkanın qiyməti 700 avrodur.
Beləliklə, yaxşı kampaniyadır - Hollivud ulduzları və Azərbaycanın mədəniyyət naziri müavininin oğlu Qədir Əliyev. Hollivud ulduzları bu yerlərə gəlib çıxmaq üçün gecəni gündüzə qataraq illərlə çalışıblar. Qədir Əliyev isə əlini heç nəyə vurmadan bu yerlərə gəlib çıxıb. Gerçək ulduzlardan fərqli olaraq Qədirin ulduzu isə sadəcə onunla parlayıb ki, o, sadəcə olaraq məmur ailəsində doğulub, vəssalam. İndi də atasının mənşəyi məlum olmayan pullarını bütün aydınlığı ilə açıb göstərir...
İqbal
Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR
Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR
Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR
Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR
Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR
Daha bir məmur oğlunun harınlaşmaq həyatı - FOTOLAR

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vaqif Axundovun əsgəri intihar etdi

    Vaqif Axundovun əsgəri intihar etdi ...

    25-03-2013, 10:25

  • 
  • Vaqif axundov yola salinir

    Vaqif axundov yola salinir ...

    30-11-2012, 22:26

  • 
  • Daha bir nüfuzlu məmurun vəzifə başında olan yaxın adamı “vurulur”

    Daha bir nüfuzlu məmurun vəzifə başında olan ...

    7-05-2015, 13:34

  • 
  • Heydər Əliyev Mərkəzi sökülür

    Heydər Əliyev Mərkəzi sökülür ...

    7-12-2012, 10:48

  • 
  • Heydər Əliyev Mərkəzi sökülür

    Heydər Əliyev Mərkəzi sökülür ...

    7-12-2012, 10:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu