Namiq Məmmədov peşə məktəblərinin direktorlarına aylıq haqq qoyub; tələbələrin təqaüdlərinin böyük hissəsi də Peşə Sektorunun müdirinə çatdırılır. Təhsil Nazirliyinin Peşə sektorlarının müdiri Namiq Məmmədovla bağlı “Gündəm xəbər”ə sensaion məlumatlar daxil olub. Bu barədə məlumat verən mənbə 113 peşə məktəbinə nəzarət edən Namiq Məmmədovun bu təhsil müəssisələrinin əli ilə ildə dövlətdən yüz min manatlarla vəsaiti oğurladığını bildirir. Peşə sektoru müdiri Namiq Məmmədovun əsas qazanc yeri peşə məktəblərində oxuyan şagirdlərə verilən təqaüdlər və yardım puludur. Xatırladaq ki, peşə məktəblərində təhsil alan tələbələrə 30 manat təqaüd və ailə üzvülərini itirmiş şagirdlərə 90 manat müavinat verilir. Bundan başqa imkansız ailələrin uşaqlarına əlavə yardım puluda ayrılır. İnformasiya mənbəmiz bildirir ki, ölkənin 113 peşə məktəblərində təhsil alan şagirdlərin sayı bir neçə şişirdilib. Daxil olan məlumatda göstərilir ki, xüsusilə qaçqın və məcburi köçkün rayonlarında yerləşən Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam 2 nömrəli, Ağdam 4 nömrəli, Füzuli 1 nömrəli, Füzuli 2 nömrəli Peşə Məktəbləri və Goranboy Peşə Məktəbinin Xocalı filialında təhsil alan tələbələrin adlarını bir neçə dəfə artırıblar. Belə ki, hər ay tələbələr üçün dövlət tərəfindən ayrılan 30 manatlıq müavinat direktorlar tərəfindən alınır və bu vəsaitlərin üçdə iki hissəsi Namiq Məmmədova çatdırılır. Valideynini itirmiş tələbələrə də ayda 90 manat müavinat və peşə məktəblərində oxuyan tələbələrə ildə bir neçə dəfə maddi yardım adı ilə pul ayrılır və həmin vəsaitlər peşə məktəblərinin rəhbərlikləri tərəfindən mənimsənilir. Həmçinin Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Şirvan, Zərdab, Göyçay, Yevlax, Lerik, Siyəzən, Bakı şəhərində, və digər rayonlarda fəaliyyət göstərən peşə məktəblərində təhsil alan şagirdlərin yarıdan çoxunun sadəcə adları təhisil müəssisəsində gedir. Həmin tələbələrin böyük hissəsi peşə məktəblərinə əlavə pul ödəyirlər. Çünki repititor yanına gedən sagirdlərin böyük bir qismi məhz peşə liseylərində qeydiyyatdan keçərək atestat alırlar ki, Namiq Məmmədovun bu sahədən olan gəlirləri də heç də az deyil. Daxil olan məlumatda göstərilir ki, Təhsil Nazirliyi Peşə sektorunun müdiri Namiq Məmmədov bütün bu maxinasiyalardan xəbərdardır və adı çəkilən məcburi köçkün rayonlarının peşə məktəblərində adları gedən 600-dən çox tələbənin adına yazılan vəsaitin yarısından çoxu şöbə müdirinə çatdırılır. Həmçinin ötən il peşə məktəblərinə dövlət büdcəsindən ayrılan 3 milyon manat vəsait peşə məktəblərinə avadanlıqların alınmasına, digər xərclərə, dəftərxana ləvazimatlarına və cari təmir işlərinə sərf olunma adı ilə silinib. Mənbənin iddiasına görə dövlətin ayırdığı 3 milyon manat vəsait peşə məktəblərinə daxil olmayıb və sadəcə sənədlər üzərində hansısa maliyyə əməliyyatları aparılıb. Hər il peşə məktəblərinə cəmi 15-20 min manat vəsait ayrılır ki, bununla da sadəcə gözə kül üfürmək olur. Əslində isə, həmin vəsaitlər də yerlərdə mənimsənilir. Qeyd edək ki, rayonlardakı peşə məktəblərinin böyük bir hissəsinin balansında əkinə yararlı 10 hektardan çox torpaq sahələri var və direktorlar bu torpaqları şəxsi mülkləri kimi istifadə edirlər. Bildirilir ki, Təhsil Nazirlyi yanında Peşə sektorunun müdiri Namiq Məmmədov həmin torpaq sahələrində öz təsərrüfatını qurub. Mənbə bildirir ki, Peşə sektoru müdirinin peşə məktəblərinin direktorlarından aldığı aylığın həcmi 50 min manat civarındadır. Qeyd edək ki, keçmiş nazir Misir Mərdanovun kadrı olan Namiq Məmmədov neçə ildir ki, təhsil nazirliyindəki kabinetində oturaraq yuxarıda göstərilən maxinasiyalar vasitəsi ilə dövlətin milyonlarını mənimsəyir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?