GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mikayıl Cabbarovun real rəqibi daha da güclənib

Mikayıl Cabbarovun real rəqibi daha da güclənib

Tarix: 18-04-2014, 09:55 Bölmə :Siyasət Baxış: 1 244
Mikayıl Cabbarovun real rəqibi daha da güclənib
Təhsil Nazirliyinin Peşə Sektorunun müdiri daha da gücləndi

Təxminən iki həftə əvvəl Təhsil Nazirliyinin Peşə Sektorunda baş alıb gedən qanunsuzluq və korrupsiya faktları ilə bağlı yazı dərc etmişdik. Azərbaycan təhsilinin ən qaranlıq və ən çox korrupsiyalaşmış, eyni zamanda təhsilin adının belə çəkilmədiyi bir sektor olan Peşə sektorundakı vəziyyət doğurdan da son dərəcə acınacaqlıdır. Qeyd edək ki, Azərbaycanda 113 peşə məktəbi fəaliyyət göstərir. Daha doğrusu, bunu fəaliyyət adlandırmaq belə mümkün deyil. Çünki, burada təhsil alan şagirdlər peşə məktəbinin yolunu tanımadıqları kimi, orada onlara «peşə öyrədən» müəllimlərini də tanımırlar. Bunun müqabilində isə hər bir peşə məktəbində hər il dövlətin on min manatlarla vəsaiti silinir. Bu vəsaitlər isə başda Təhsil Nazirliyinin Peşə Sektorunun müdiri Namiq Məmmədov olmaqla peşə məktəblərinin direktorları və sektorda çalışan məmurlar tərəfindən kütləvi şəkildə mənimsənilir. Alınan rüşvət pullarını bir kənara qoysaq belə dövlət büdcəsindən ayrılan vəsaitlər milyonlarla manatı əhatə edir.
Təhsil Nazirliyinin Peşə Sektorunun fəaliyyətindəki kütləvi korrupsiya faktları ilə bağlı redaksiyamıza yeni daxil olan məlumatda göstərilir ki, təkcə ötən il peşə məktəblərinin maddi bazasının genişləndirilməsi məqsədi ilə 3 milyon manat sərf olunub. Ammma sərf olunan vəsaitin demək olar ki, hamısı mənimsənilib.
Məlumata əsasən, hazırda ölkə ərazisində yerləşən və nazirliyə tabe olan bütün peşə məktəblərində özbaşınalıq baş alıb gedir. Bu təhsil ocaqlarında şagirdlərə peşə təhsilinin sirləri öyrədilmir. Onların adı jurnalda getsə də, pul verib dərsə gəlmirlər. Bəzi peşə məktəblərinin binası və ya əraziləri kimlərəsə satılıb. Direktorlar sektor müdiri Namiq Məmmədovun tapşırığı əsasında şagirdlərə dərsdən yayınmağa şərait yaradırlar. Ona görə ki, dərs ilinin sonunda həmin şagirdlər pul verib növbəti kursa keçirlər.
Bildirilir ki, peşə məktəblərinin direktorlarının əksəriyyəti şöbə müdirinin kadrlarıdır və onlar tutduqları vəzifəyə görə hər ay sektor müdirinə haqq verirlər. Qeyd olunur ki, Namiq Məmmədov peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mütəmadi şəkildə nazirliyin büdcəsindən vəsait alır. Araşdırma aparılsa məlum olar ki, bu pullar başqa işlərə sərf olunur, şöbə müdirinin biznesinə gedir.
Göstərilir ki, danılmaz faktlardan biri də əksər peşə məktəblərində ixtisaslı kadr çatışmazlığıdır. Sektor müdiri peşə məktəblərinə müəllimlərin qəbulunu öz bildiyi şəkildə həyata keçirir və rüşvət qarşılığında müəllim işləyənlər bu sahədən tamamilə xəbərsizdirlər.
Bundan başqa daxil olan məlumatda göstərilir ki, Peşə Sektorunun nəzdində olan, Bakı şəhərində fəaliyyət göstərən peşə liseylərinə qəbul zamanı rüşvət faktoru hər zaman önə çəkilir və bu bir başa sektor müdiri Namiq Həsənovun “xeyir duası” ilə həyata keçirilir.
Bildirilir ki, sektor müdiri ödənişli qəbulla bağlı daxil olan şagirdlərin hesabını şəxsən özü direktorlara təyin edib. Belə ki, 1 Nömrəli Bakı Peşə Liseyinin kimyəvi analiz loborantı, texnoloji qurğuların operatoru ixtisasına daxil olmaq üçün 250-300 manat, 6 nömrəli Bakı Peşə Liseyində Bosman, Motros, Kapitan Mexanik (dalğıc, xilasedici gəminin, motorlu katerin) ixtisaslarına qəbul üçün 300-400 manat, Dövlət Dəmir Yolu Liseyində isə Elektrik qatarının maşinist köməkçisi ixtisası üçün 500 manat rüşvət alındığı bildirilir.
Məlumatlı mənbə bildirir ki, Bakı şəhərindəki 17 Peşə Liseyinin çoxsunda faktiki şagird sayı Namiq Məmmədovun göstərdiyi kvotadan qat-qat aşağıdır. Sektor müdiri liseylərdə şagirdlərin sayını süni şəkildə çoxaldaraq qazanc əldə edir. Məlumatlı mənbə bildirir ki, Peşə Sektorunun Bakı şəhərində 1, 2, 3, 5, 6, 7, 10, 13, 14 nömrəli Peşə məktəblərində təhsil alan şagirlərin əksəriyyəti məcburi köçkün rayonlarından olan vətəndaşlardır. Bu şagirdləri peşə direktorlarınınn göstərişi ilə peşə müəllimləri tapıb gətirirlər. Səbəbi isə çox sadədir, peşə məktəbində şagird olmasa təhsil ocağı bağlanacaq. Peşə müəllimləri isə işlərini itirməmək üçün qohum-əqraba, tanış-biliş, məcburi köçkün yataqxanalarına düşərək şagird “ovuna” çıxırlar. Həmin şagirdlərin ancaq adlarını peşə məktəbinə yazırlar və şagirdlər demək olar ki, heç vaxt məktəbə gəlmirlər. Məlumatda göstərilir ki, şagirdlərin çoxusu adlarının peşə məktəblərində getməsində maraqlıdırlar. Çünki, təhsili bitirəndə həm diplom alacaqlar, həm də hər ay onlara yazılan müavinətin yarısını alırlar. Mənbə bildirir ki, Bakı peşə məktəblərində şagirdlərə verilən 35 manat müavinətin yarısı direktorlara yarısı isə adları məktəbdə gedən şagirdlərə çatır. Bir çox şagirdlər var ki, onlar ümumiyyətcə müaviənt almırlar.
İddiaya əsasən, Bakı şəhərindəki peşə məktəblərinin bir çoxunda valideynini itirmiş şagirdlərin adlarına yazılan 95 manat müavinət isə direktorlar tərəfindən götürülür. Mənbəmiz bildirir ki, müavinatlərin mənimsənilməsində sektor müdiri Namiq Həsənovun şəxsi payı var.
Bundan başqa Peşə Sektor müdiri hesabatında 1, 2 nömrəli Şəki Peşə məktəblərində 220, Kəlbəcər peşə Məktəbində 90, Göygöl peşə Məktəbində 100, Ağdam 2 və 4 Nömrəli Peşə Məktəblərində 160, Goranboy Peşə Məktəbində 110, Şabran Peşə Məktəbində 80, Balakən 1 və 2 nömrəli Peşə məktəbində 180 şagirdin oxuduğu qeyd edilir. Halbuki, bu peşə məktəblərində oxuyan şagirdlərin sayı hesabatdakı rəqəmlərin yarısı qədərdir. Bu şagirdlərə dövlətdən ayrılan vəsaitlər və müavinətlər isə direktorlar və sektor müdiri tərəfindən mənimsənilir.
Bundan başqa, peşə məktəblərinin maddi bazaları və torpaq sahələri də məktəb direktorlarının və sektor müdirinin şəxsi biznesinə çevrilib. Qeyd edək ki, cəza müəssisələrində də peşə məktəbləri fəaliyyət göstərir ki, bu peşə məktəblərində həyata keçirilən maxinasiyalar barədə araşdırmamızı başa vurduqdan sonra oxucularmıza məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
Kərim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni peşə liseyi yaradıldı

    Yeni peşə liseyi yaradıldı ...

    5-10-2015, 13:10

  • 
  • Mikayıl Cabbarovun milyonlar qazanan kadrı

    Mikayıl Cabbarovun milyonlar qazanan kadrı ...

    3-04-2014, 12:05

  • 
  • Peşə məktəbləri qayıdır...

    Peşə məktəbləri qayıdır... ...

    4-09-2013, 15:32

  • 
  • Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaqa

    Azərbaycanda özəl texniki peşə məktəbləri və ...

    27-12-2014, 00:42

  • 
  • Azərbaycanda peşə liseyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

    Azərbaycanda peşə liseyinin vəzifəli şəxslərinin ...

    20-05-2013, 19:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu