GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Gömrük Komitəsindəki “nur”çu generallar kimdir?

Gömrük Komitəsindəki “nur”çu generallar kimdir?

Tarix: 3-04-2014, 12:14 Bölmə :Siyasət Baxış: 1 063
Gömrük Komitəsindəki “nur”çu generallar kimdir?
Fətullah Gülənə bağlı olan “gömrükçü
şəbəkə” haqqında ilginc faktlar


Ötən ilin sonlarında Türkiyədə iqtidarı silkələyən həbslər baş nazir Rəcəb Tayyib Ərdoğanla “Hizmət” hərəkatının və ya sadəcə olaraq “nurçu” deyilən siyasi-dini təriqətin lideri Fəatullah Gülən arasında savaşa səbəb oldu. Tezliklə bu savaş Azərbaycana sıçrayaraq hakimiyyət daxilində yeni mübarizyə səbəb oldu. Bu da təsadüfi deyil və Türkiyənin bizə qardaş və strateji müttəfiq dövlət olması ilə də bağlı deyil. “Nurçu”ların Azərbaycanda da şəbəkələşməsi barədə saysız-hesabsız iddialar var. Bu şəbəkənin başında yüksək çinli məmurların dayandığı deyilir. Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılması da Azərbaycan hakimiyyəti daxilindəki “nurçu” şəbəkənin zərərsizləşdirilməsinin başlanğacı sayıldı. Məlumatlara görə, “nurçu”ların Azərbaycanda şəbəkələşməsi barədə Türkiyə xüsusi xidmət orqanlarının hazırladığı siyahı diplomatik yolla prezident İlham Əliyevə təqdim edilib.
Bu dosyenin Azərbaycan prezidentinə fevral ayının 7-də Soçidə Qış Olimpiya Oyunlarının açılışına gəlmiş Türkiyənin baş naziri Ərdoğan tərəfindən şəxsən təqdim edilməsi haqqındakı iddialar isə sadəcə jurnalistlərin fantaziyasıdır. Səfirliklərdə bu cür işləri həyata keçirmək üçün fəaliyyət göstərən məmurlar var. Azərbaycandakı “nurçu” şəbəkə haqqında məlumatı da diplomatik toxunulmazlıq çətiri altında fəaliyyət göstərən həmin diplomatın verdiyinə heç bir şübhə ola bilməz.
Əslində “nurçu”ların Azərbaycandakı şəbəkəsi haqqında məlumatın prezident İlham Əliyevə kimin vasitəsilə və necə çatdırılması müzakirə mövzusu olmamalıdır. Bütün müzakirələr bu dini-siyasi təriqətin Azərbaycan iqtidarına necə sızması və bu şəbəkədə kimlərin təmsil olunması haqqında olmalıdır. Çünki, mediada “nurçu”larla bağlılığı olan bir çox məmurun adı çəkilir. Bu adlar arasında nazirlər və dövlət şirkətlərinin prezidentlərinin də adı yer alır. “Nurçu”ların Azərbaycan Dövlət Neft Şirkətinin himayəsi altında olması barədə sensasion məlumat da var. Aslanovun vəzifədən çıxarılandan sonra Türkiyə baş nazirinin Azərbaycan prezidentinə zəng etməsi, “nurçu”ların neytrallaşdırılması prosesinə başlandığına görə İlham Əliyevə təşəkkür etməsi haqqında məlumat yayıldı. Məlumata görə, Ərdoğan telefon danışığı zamanı bildirib ki, “nurçu”ların Türkiyədə qanuni hakimiyyətə qarşı basqılarında Azərbaycandakı şəbəkəsinin imkanlarından geniş istifadə edir. Hətta Azərbaycandakı “nurçu” şəbəkənin maliyyə imkanları hesabına Türkiyədə bir neçə güclü QHT, araşdırma mərkəzi, institut yaradılıb, media orqanları təsis edilib.
Azərbaycandakı “nurçu” şəbəkənin Türkiyədə müəyyən layihələri maliyyələşdirmək gücündə olması bu dini-siyasi təriqətin ölkəmizdəki maliyyə imkanlarının geniş olmasından xəbər verir. Bu maliyyə imkanlarının “nurçu”ların nəzarətində olan geniş ticarət və xidmət şəbəkəsi vasitəsilə qazanıldığına diqqət çəkmək isə medianın diqqətindən kənarda qalır və əsas diqqət tamamilə başqa səmtə yönəlir.
Belə ki, “nurçu”ların ayrı-ayrı dövlət qurumlarındakı şəbəkəsindən danışılarkən konkret adlar çəkilsə də, ancaq nədənsə gömrük və vergi orqanlarındakı himayəçilərinin adları çəkilmir. Azərbaycanda bütün idxal-ixrac əməliyyatlarının sərt nəzarət altında olması, bir çox gəlirli biznes sahələrinin inhisara alınmasını nəzərə alsaq “nurçu”ların Azərbaycanda bizneslə məşğul olmasının arxasında gömrük və vergi orqanlarında çalışan yüksək rütbəli məmurların dayandığı qənaətinə gəlmək olar.
Gömrükdəki “nurçu” kimdir?
Adının çəkilməsini istəməyən mənbəmizin verdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan ən azı iki general “nurçu”lara bağlıdır. Bu şəxslərin kimlər olması haqqında redaksiyamızı bilgiləndirən şəxs onların adlarını açıqlasa da, hələlik gərəkən dəqiqləşdirmələri apara bilmədiyimiz üçün həmin adları açıqlamırıq. İndilik isə onu bildirək ki, məhz həmin məmurların himayəsi “nurçu”lara bir neçə adda malın idxalını öz nəzarətlərinə və tam inhisarlarına almağa imkan verib. Bu isə “Hizmət” hərəkatı və yaxud da “nurçu” dini-siyasi təriqətinə hər il bir neçə yüz milyon manat qazanmaq imkanı yaradıb. Bu pulların bir hissəsi Türkiyə xüsusi xidmət orqanlarının hazırladığı iddia olunan dosyeyə görə Türkiyədə bir neçə güclü QHT, araşdırma mərkəzi, institut yaradılıb, media orqanları təsis edilməsinə xərclənsə də, digər hissəsi Azərbaycanda məmurların ələ alınmasına, sıravi vətəndaşların “nurçu”ların şəbəkəsinə daxil edilməsinə səbəb olub. “Nurçu”lara hər il bir neçə yüz milyon dollar qazanmaq imkanı verən biznesi himayə edən gömrük məmurları haqqında məlumatlarımızı tam dəqiqləşdirdikdən sonra oxucularımızla tanış edəcəyik.
Hələlik isə qeyd etmək istərdik ki, gömrük orqanları ilə yanaşı vergi orqanlarında da “nurçu”ların bizneslərini himayə edən məmurlar var. Hər kəsə məlumdur ki, vergi məmurlarının himayəsi olmadan ölkə daxilində ticarət şəbəkəsi qurmaq faktiki olaraq mümkün deyil. Eyni zamanda ayrı-ayrı xidmət sahələrinin də efektiv fəaliyyət göstərməsi üçün vergi məmurlarının himayəsinə ehtiyac var. Mənbəmizin məlumatına görə, Vergilər Nazirliyinin rəhbərliyində olduğu kimi, paytaxt üzrə Vergi Departamentinin də rəhbərliyində “nurçu”lara bağlı məmurlar var. Onların himayəsi altında isə “nurçu”ların ticarət və xidmət sahələri günü-gündən genişlənir. “Nurçu”ların ticarət və xidmət sahələrini himayə edeən vergi məmurları ilə bağlı məlumatı da dəqiqləşdirməyə çalışırıq və tam hazır olduqdan sonra oxucularımıza təqdim edəcəyik.
Hələlik isə qeyd edək, martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) qalib gəlməsi “nurçu”lara qarşı mübarizənin daha da güclənəcəyindən xəbər verir. Bu isə onu deməyə imkan verir ki, istər Türkiyədə, istərsə də Azərbaycanda “nurçu”lara qarşı mübarizə yeni vüsət alacaq. Ekspertləri düşündürən məsələ isə dövlət aparatının “Hizmət” hərəkatı adlı dini-siyasi təriqətin nümayəndələrindən təmizlənib, təmizlənməyəcəyidir. Çünki, bir neçə nəfərin vəzifəsindən çıxarılması bu qüdrətli təriqət üçün böyük zərbə ola bilməz.
Asəf
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nurçu trio haqqında müdhiş iddialar

    Nurçu trio haqqında müdhiş iddialar ...

    1-04-2014, 10:27

  • 
  • Nurçu məsələsinə görə Bakıya gəlir

    Nurçu məsələsinə görə Bakıya gəlir ...

    21-05-2014, 10:53

  • 
  • Hakimiyyət «Antinur kompaniyasina» start verdi

    Hakimiyyət «Antinur kompaniyasina» start verdi ...

    18-03-2014, 18:48

  • 
  • Prezident nurçuluqda ittiham olunan Elnur Aslanovu işdən çıxartdı

    Prezident nurçuluqda ittiham olunan Elnur ...

    17-03-2014, 20:05

  • 
  • Bakıda nurçu dövlət çevrilişi

    Bakıda nurçu dövlət çevrilişi ...

    16-10-2014, 16:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu