Nəqliyyat naziri Ziya Məmmədov tutduğu vəzifəsi ilə nəhayət ki, vidalaşmalı olacaq. Bu barədə məlumat verən mənbə iddia edir ki, Türkiyə hökumətinin başçısı Ərdoğanın sonuncu Bakı səfərindən sonra bu qərar qətiləşib. Məlumtlara əsasən, Azərbaycanda nurçulara qarşı təmizləmə əməliyyatı başladılandan sonra, yaxın günlərdə nəqliyyat nazirinin rəhbəri olduğu qurumla bağlı struktur islahatlarına start veriləcək. Bildirilir ki, nazir Ziya Məmmədovun özünə belə bəzi təkliflər hazırlatdırılıb. Artıq hətta nəqliyyat naziri Nazirlər Kabinetinə bununla bağlı olaraq bir sıra təkliflər də yollayıb. Məlumata əsasən, iritonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yüklənməsi yolları yararsız hala salır. Bunun qarşısının alınması məqsədi ilə martın 14-dən hökumət müvəqqəti yeni hədlər müəyyən edib. Müvəqqəti qərara əsasən, ikioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək, dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib. Bu qərardan sonra yollarda vəziyyət normallaşmağa doğru getməkdədir. Əvvələr narazılıq etmələrinə baxmayaraq, artıq sürücülər bu qərarla razılaşmağa məcburdurlar. Bununla belə aldığımız ən son bilgilərə əsasən, Ziya Məmmədovun köməkçisinin adının nurçularla mühim ilişgilərdə çəkilməsi Ərdoğanın Bakıda İlham Əliyevə təqdim etidyi dosyedə də yer alıb. İlkin informasiyalara əsasən, Nəqliyyat Nazirliyinin strukturunda ediləcək mühim dəyişiklik məhz yollarda yük maşınları ilə qanun pozuntularına qarşı mübarizə aparmaq olacaq. Dəyişikliklərdən sonra Nəqliyyat Müfəttişliyinin ləğv olunması nəzərdə tutulur. Bundan sonra yollarda hərəkət edən yük maşınlarına da qaydaları pozduğu təqdirdə Dövlət Yol Polisinin nəzarət edəcəyi bildirilir. İnformasiyalara görə, bu artıq son zamanlar Nəqliyyat müfəttişlərinin sürücülərlə davranışlarının sosial narazılıq yaratmasından sonra ediləcək. İnformasiyaya görə, nazirliyin müvafiq strukturları bundan sonra sadəcə olaraq sərnişindaşınma ilə əlaqədar lisenziyaların verilməsi işini həyata keçirəcəklər. Hakimiyyət içindəki qaynaqlardan daxil olan bilgələrə əsasən, Ziya Məmmədovun səlahiyyətlərinin azaldılması prossesi ən yaxın zamanlarda həyata keçiriləcək. Bundan başqa nazirliyin bəzi qurumlarının da səlahiyyətlərinin alınacağı istisna edilmir. Qeyd olunur ki, NN-nin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də nazirlikdən alınaraq Dövlət Yol Polisinə veriləcək. Bildirilir ki, dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda yol polisi sistemində mühim islahatların həyata keçirilməsinə may ayının ilk ongünlüyündən etibarən start veriləcək. Bu barədə danışan mənbəmiz yol polisləri ilə bağlı islahatların kifayət qədər geniş bir sahəni əhatə edəcəyi söylənilir. Məhz bu islahatlarla yanaşı Nəqliyyat Nazirliyinin adının dəyişdirilməsi və Ziya Məmmədovun da yola salınması gözlənilir. RÜFƏT
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?