GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Etibar Pirverdiyevin adamı Qusarı viran qoyub

Etibar Pirverdiyevin adamı Qusarı viran qoyub

Tarix: 9-04-2014, 10:32 Bölmə :Siyasət Baxış: 987
Etibar Pirverdiyevin adamı Qusarı viran qoyub
Şair Alxasov rayonda torpaqları peşkəş edib

“Azərenerji” ASC prezidenti dəvələri üçün bitki sahələri əkdirir; bölgədə vəhhabi xofu yaşanır, əhali isə çörək pulunu Rusiya bazarlarında axtarır...
Qusar elə bölgədir ki, şimal zonasında ən ucqar, həssas və qapalı əyalət sayılır. Mətbuatda Qusardan informasiyaların qısırlığı da bununla əlaqədardır. İnsanlar çörək nicatını Rusiya bazarlarında tapıb, rayondan qopublar və problemlər də aşıb-daşıb, qalmaqdadır.
Çünki, qusarlılar üçün vətəndə iş yeri yoxdur. Sərhəddən çörək-duz gətirən qusarlılar rayona qayıdanda problemlərin dəyişməz olduğunu görürlər, yeni iş yerlərinin açılmaq əvəzinə azaldığının şahidi olurlar. Ona görə də Qusar biganəlik, etinasızlıq ucbatından tənəzzül etməkdədir.
İnsanların burada çörək qazanacağına ümid yeri olmadığından, rayonda bir bədbinlik hiss olunur. İnsanlar çörək pulu dalınca Rusiya bazarlarına axışır. Onların dediyinə görə, Qusarda dolanışıq üçün mənbə yoxdur. Sakinlər deyir ki, indi icra başçısı camaatın problemləri ilə maraqlanmır. Əksinə, rayonun mərkəzi parkında özünə restoran tikdirib. Amma təkcə Qusardakı parkın ərazisi zəbt olunmayıb. Əhali torpaqların vəzifəli şəxslər arasında pay-püş edilməsindən narazıdır. Kəndlilər torpaq sahələrini, örüşləri itirir, səfalı yerlər əllərindən alınır. Kəndlilərin sözlərinə görə, Qusar imkanlı şəxslərə peşkəş olunur. Buna görə heç kəsdən hesab soruşmurlar.
Örüş sahələri zəbt edilən kəndlilərə bunun müqabilində qəpik-quruş ödənilir. Qusarda meşə ərazilərini, otlaqların, istirahət üçün ayrılmış əraziləri kütləvi şəkildə çəpərləyirlər.
“Mal-qara otarmağa yer qalmayıb. Əhali əkdiyi məhsuldan da xeyir götürə bilmir. Həftələrlə su olmur. Məhsul yanıb, zay olur. Əhali qalıb bilmir nə etsin. Camaat burda çox narazıdır. Şikayət də edə bilmirlər. Qusarda böyük sosial partlayış olsa, heç kəs təəccüblənməsin. Özü də burda Qubadan da betər olacaq. Ən qəzəbli rayondur”, - deyə bələdçimiz danışır.
Rayonda ən çox danışılan söhbət Quba etirazlarının burada təkrarlanma ehtimalıdır. El arasında gəzən söz-söhbətə görə, qusarlılar rayon rəhbərliyindən cana doyublar və xalq üsyanı üçün zəmin yaranır. Onlar deputat Azər Badamovu da “gündüz əldə çıraq” gəzirlər. Rayonda yol, qaz, işıq problemləri mövcuddur və bu şikayətlər dilə gətirilmir. Qusarlılar sosial müavinət almaqda da problemlə üzləşirlər. Onlar hələ də “6 ay qanunu” ilə yardım alırlar. Təzə nazir Səlim Müslümovun təyinatından sonra bu regionda müavinət qanunsuzluğu həllini tapmayıb. Əhalini narahat edən digər vacib məsələ sələfilərin fəallaşmasıdır. Deyirlər ki, rayonun Dağıstanla sərhəddə yerləşməsi ölkəyə şimaldan gələn radikalizm təhlükəsinin böyüməsinə təkan verir. Deputat özü də vəhhabi faktorundan danışıb. Deyib ki, Azərbaycanda bu təriqət geniş yayılıb. Sakinlər də bu dini cərəyanın təsiri altına düşən gənclərin gələcəyindən narahatdırlar. Ötən ilin sonunda vəhhabilərin polisə hücumu insanları daha da qorxuya salıb. Sələfilərin bu bölgədə sərbəst fəaliyyəti və Dağıstanla mütəmadi əlaqələri insanları təşvişə salıb.
Qusarda işsizliyin kütləviləşməsi isə sələfilərin artımı ilə nəticələnir. Dağıstana işləməyə gedənlər geriyə sələfi kimi qayıdırlar. Ancaq bələdçimizin sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir. Rayon rəhbərliyini isə rayonun dərd-bəlası qətiyyən maraqlandırmır. İcra başçısı Şair Alxasov yerli adam olsa da, onun başı Qusardakı kommersiya fəaliyyətinə qarışıb.
Qusarlılar bizə danışır ki, Şair Alxasovun rayon ərazisində müxtəlif obyektləri var. Onun gəlir qaynaqları restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlərdən ibarətdir. Ancaq bu biznes təkcə icra başçısına məxsus deyil. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin də Qusarda böyük biznes imkanlarına sahibdir. İcra başçısı ilə şərik olan E.Pirverdiyevin rayonda əkin sahələrinin olduğu deyilir. Camaatın dediyinə görə, ASC rəhbərinə məxsus şirkət həmin sahələrdə ot-bitki əkdirir. Ümumiyyətlə, Pirverdiyev fermer təsərrüfatı və əkinçilikdə biznes qurmuş məmurdur. Onun dəvələrinin olması sirr deyil. Qusardakı ot-bitki əkilən sahələrdən toplanan qidalar həmin dəvələr üçün aparılır. Hər halda sakinlər belə deyirlər. Onların sözlərinə görə, icra başçısı da Pirverdiyevlə sıx əlaqələrə malikdir.
Ş.Alxasov icra başçısı təyin edilməmişdən əvvəl Bakıda bizneslə məşğul olub. Onun Sumqayıtın hazırkı icra başçısı Eldar Əzizovla da yaxşı münasibətlərinin olduğu söylənir. Elə icra başçısı olmaq yolunda da Əzizovun dəstəyi olub.
Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışan şəxs 2007-ci ildən şimal rayonunun rəhbəridir. Onun vəzifəyə gəlməsində E.Pirverdiyevin də böyük rolu olub. Hər bölgənin qubernatoru olduğu kimi, Qusarın da kuratoru Pirverdiyevin olduğu iddia edilir. Kəsəsi, enerji sahəsinin rəhbərinin adamı Qusarın gününü qara edib...
E.QASIMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təcili: Rusiya Türkiyənin çörək zavodunu bombaladı - Video

    Təcili: Rusiya Türkiyənin çörək zavodunu ...

    30-11-2015, 18:12

  • 
  • Çörək bahalaşacaq? - Açıqlama

    Çörək bahalaşacaq? - Açıqlama ...

    4-12-2013, 17:04

  • 
  • Bakı-Sumqayıt şosesi bağlandı: qəsəbələrdə çörək qıtlığı yaranıb

    Bakı-Sumqayıt şosesi bağlandı: qəsəbələrdə çörək ...

    31-01-2014, 10:43

  • 
  • FÜZULİ : - TAXIL ÇÖRƏK DEMƏKDİR

    FÜZULİ : - TAXIL ÇÖRƏK DEMƏKDİR ...

    5-07-2013, 15:11

  • 
  • Qusarda İcra başçısı bələdiyyə sədrini necə "mən maklerəm" deməyə məcbur etdi?

    Qusarda İcra başçısı bələdiyyə sədrini necə ...

    3-11-2014, 08:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu