Rayonda taxıl biçini kompaniyası davam edir. Biçinin qısa müddətdə və itkisiz başa çatdırılması üçün rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılmış komissiya biçinin gedişinə gündəlik nəzarət edir, hər gün sübh tezdən qərargahın yığıncağında görülmüş işlər təhlil olunur. Rayonda bu il 39,7 min hektar sahədən taxıl toplanılacaqdır. İndiyə qədər 26 min hektar sahə biçilmiş, hələlik 80 min ton məhsul əldə edilmişdir. Bu hər hektardan 27,2 sentner məhsul deməkdir. Arpa əkilmiş 11 min hektar sahənin hər hektarından 25,7 sentner, buğda məhsullarının hər hektarından 29 sentner məhsul götürülür. Biçində 45 ədəd kombayn iştirak edir. Taxıl biçininin iyulun 15 – 20 – dək başa çatdırılması proqnozlaşdırılır. Rayon taxılçıları ötən il 101 min ton məhsul əldə etmişdilər. Bu il həmin nəticənin daha da yüksələcəyi nəzərdə tutulmuşdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?