GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putinin “qara siyahısı”nda növbə kimindir?

Putinin “qara siyahısı”nda növbə kimindir?

Tarix: 10-04-2014, 10:13 Bölmə :Siyasət Baxış: 973
Putinin “qara siyahısı”nda növbə kimindir?
Rusiya mediasının fəaliyyəti indi geosiyasi mərkəzin işini xatırladır. Deyəsən, “SSRİ oyunu” adi ritorika olmaqdan kənara çıxaraq ciddi çalarlar alır. Adam buna inana bilmir, daha doğrusu, inanmaq istəmir. Amma 230 il bundan əvvəl çariça 2-ci Yekaterina-nın (Catherine) manifesti ilə Rusiyaya birləşdirilən Krım bu dəfə V.Putinin siyasəti nəticəsində ilhaq edildi.
Üstəlik, Krımın ardınca Ukraynanın şərq regionları da Rusiyaya birləşmək üçün referendumun keçirilməsini tələb edirlər. Rusiyanın özü isə Ukrayna ilə bağlı danışıqlarda iki əsas şərt irəli sürür: Krımın Rusiyaya birləşdirilməsinin tanınması və Ukraynanın federallaşması.
Amma indi siyasətçiləri və təhlilçiləri daha çox Rusiyanın ilhaq siyasətinin başqa ölkələrə doğru genişlənməsi narahat edir. Bu, o demək deyil ki, Ukrayna artıq bitmiş məsələ hesab edilir. Yox, o, bitməyib və dünya birliyi hələ də Rusiyanın bu istiqamətdəki təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmağa cəhd edir.
Amma Rusiyanın təcavüzkar siyasətinin genişlənməsi təhlükəsi var. Bu günlərdə NATO rəsmisi bildirmişdi ki, indi Alyans qarşısında duran əsas məsələ Moldovanın təhlükəsizliyinin təmin edilməsidir. Yada salaq ki, bu ölkədə də bir real (Dnestryanı Respublika), bir də potensial (Qaqauz) etnik münaqişə ocağı var. Onların hər ikisinin lideri Krım ssenarisini təkrarlamaqda israrlıdır. Çox güman ki, hələ Moskvadan siqnal gözləyirlər.
Qazaxıstanın daha çox rus əsilli əhalisinin məskunlaşdığı şimal hissələri Rusiyanın təcavüzkar planlarının obyekti ola bilər
NATO və Qərb dövlətləri buna imkan versələr, onların siyasi reputasiyası xeyli sarsılacaq və digər keçmiş sovet ölkələri bunu görərək, Rusiyaya daha möhkəm “sığınacaq”.

ZORƏN DOSTLAR
Hazırda Rusiya, Belarus və Qazaxıstan arasında “yeni birliy”i imitasiya etmək cəhdləri duyulur. Ona görə “birliyi imitasiya etmək cəhdləri” deyirik ki, indiki şəraitdə Rusiya kiminləsə həqiqi və səmimi siyasi ittifaq qurmaq iqtidarında deyil, o, yalnız haranısa ilhaq edə bilər. Belə potensial ünvanlardan biri də elə Qazaxıstanın özüdür. Onun daha çox rus əsilli əhali məskunlaşan şimal hissələri Rusiyanın təcavüzkar planlarının obyekti ola bilər.
Elə Qazaxıstanı Rusiya ilə daimi “izdivac”da bulunmağa vadar edən əsas səbəb də budur. Baxmayaraq ki, bəzi rusiyalı təhlilçilər çoxdan Ukraynanı Qazaxıstanla “əvəz” etməyi təklif edirdilər. Onlar yazırdı ki, Ukrayna onsuz da nə vaxtsa Avropa ölkəsi olacaq və Rusiya bunun qarşısını ala bilməyəcək. İndi bu prosesə start verilib.
Növbə Moldovanındırmı?
Amma Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri də “ikili siyasi oyun” aparmaqda davam edirlər. Bunu Krımla bağlı BMT-də keçirilən səsvermə zamanı duymaq olardı. Bu ölkələrin bəzisi hətta əvvəl verdikləri birmənalı dəstək bəyanatlarından çəkinərək, BMT-dəki səsvermə zamanı bitərəf qaldılar. Bu siyasət aydındır. Heç kim Rusiyanın “inteqrasiya planlar”ında özü üçün həqiqətən də faydalı bir şey görmür və onların perspektivinə də inanmır.
MOLLA İNSANLARI ÖLÜMDƏN NECƏ QURTARDI?
Doğrudanmı, Rusiya o qədər bərbad ölkədir ki, onun davranışını hətta “ruhi xəstələr” proqnozlaşdıra bilirlər? Burada Molla Nəsrəddinin bir lətifəsi yada düşür. Şah meydana bir inək çıxarıb, bir-bir hamıdan onun nə olduğunu soruşurmuş. Hərə bir söz deyir və şahın əmri ilə boynu vurulurmuş. Növbə Mollaya çatır. Molla bir inəyə baxır, bir də şaha və qayıdır ki, şah sağ olsun, bu, nə inəkdir, nə də başqa bir şey, Allahın bir bəlasıdır ki, keçib bizim boğazımıza...

REGİONAL DÖVLƏTDİR, AMMA...
İndi Rusiya da belədir. Qərb dövlətləri nahaq yerə onu regional güc mərkəzi adlandırır, heç bir blokun başında durmayan, qlobal ideyası olmayan dövlət kimi səciyyələndirirlər. Rusiya bəlkə həqiqətən də regional dövlətdir, amma bu, çox böyük regiondur, az qala bütün Avrasiya qitəsini və yaxud da onun çox əhəmiyyətli hissəsini əhatə edir.

M. SAAKAŞVİLİ RUHİ XƏSTƏ İDİMİ?
Ötən ilin sonlarında M. Saakashvili BMT-dəki çıxışında Rusiyanı ifşa edərkən, sonuncunun nümayəndəsi Gürcüstan prezidentini «ruhi xəstə» adlandıraraq zalı tərk etmişdi. Amma həmin çıxışın üstündən heç üç ay keçmədi ki, Krım ilhaq olundu. Maraqlıdır, Rusiyanın BMT-dəki nümayəndəsi indi nə deyir? Doğrudanmı, Rusiya o qədər bərbad ölkədir ki, onun davranışını hətta «ruhi xəstələr» proqnozlaşdıra bilirlər?
O vaxt M.Saakaşvilini qınayan tək Rusiyanın nümayəndəsi deyildi. Başqaları da, o cümlədən də digər keçmiş sovet ölkələri də Saakaşvilini siyasətçi üçün xarakterik olmayan səmimiyyətdə məzəmmət etmişdilər. Amma zaman göstərdi ki, o, haqlı imiş...
Hüseynbala SƏLİMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Krımı Rusiyanın hesab etmək hələ tezdi"

    "Krımı Rusiyanın hesab etmək hələ tezdi" ...

    26-03-2014, 10:00

  • 
  • Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür

    Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür ...

    13-05-2014, 10:22

  • 
  • Putinin sevimli admiralı həbs edildi

    Putinin sevimli admiralı həbs edildi ...

    29-04-2016, 01:48

  • 
  • BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

    BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi ...

    1-03-2014, 10:56

  • 
  • “Rusiya Azərbaycana müdaxilə etsə…”

    “Rusiya Azərbaycana müdaxilə etsə…” ...

    29-03-2014, 15:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu