Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə şimal bölgəsi üzrə Yaşar Rzayevi qazi təyin edib. Bununla bağlı olaraq bizə müraciət edən Quba sakini isə şeyxin bu təyinatına məzhəbçi yanaşaraq, təyinatın şimal bölgəsində narazılıq doğurduğunu iddia edir. Bununla bağlı özünü Eldar Qubalı kimi təqdim edən şəxsin mətbuata göndərdiyi müraciəti diqqətinizə təqdim edirik: “Paşazadə Şimal rayonlarına şiyəliyin cəfəri məzhəbində olan Yaşar Rzayevi qazi təyin etmişdir. Şimal rayonlarıdan yaşayan əhali deyir ki, biz sünniliyin şafi məzhəbindəyik. Cəfəri məzhəbində olan qazi bizə necə fetva verəcək? Bu ağıla sığan deyil axı. Düşünün ki, Azərbaycanın cənub rayonlarına sünni şafi məzhəbindən olan qazi təyin edilsin. Bu mümkündürmü? Hörmətli jurnalistlər! Mən Qubadan yazıram. Yerli orqanlar Paşazadə ilə əlaqələrini pozmamaq üçün realığı gizlədirlər. Qusar, Xaçmaz, Quba, Şabranda Rusiyapərəst qüvvələr bir həftədir xalqı qızışdırırlar ki, Allahşükür Paşazadə sizin balalarınızı şiyələşdirmək üçün qəsdən cəfərini qazi təyin edir. Balalarınız əldən gedəcək. Ona görə Rusiya bizim xialskarımızdır. Xahiş edirik Paşazadənin yarıtmaz siyasətinə hakimiyyət son qoysun. Biz vətənimizi və xalımızı sevirik. Bəlkə Paşazadə bunu qəsdən edir, bunu biz bilmirik. Paşazadənin Rusiyanın adamı olduğunu bilirik. Bəlkə Şeyxi aldadıblar. Allah onun günahlarını bağışlasın. Camaat arasında deyirlər ki, Yaşar Razayev Nardaran Ağsaqqaları ilə yaxındır. Nardaranlılar şeyxə təsir göstərirlər ki, Yaşar Razayev qazi olsun. Amma biz anlamırıq. Nardaranlıların bu işə nə dəxli var. Yəni biz anlaya bilmirik. O boyda Qafqaz Müsəlmanları İdarəsinin Şeyxi Paşazadə həzrətlərinin Şimal bölgəsinə təyin etməyə sünni adamı yoxdurmu?” Hər halda bu müraciətin müəllifinin özünün də sağlam təfəkkürdə olmadığı ortadadır. Qaldırdığı “problemə” az qala təhdidedici tonla reaksiya verən anonim “Qubalı Eldar”ın müəlliflik etdiyi bu müraciətlə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... ELDAR
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?