“Bizə qarşı faşist ritorikasına rəğmən Rusiya Ukrayna qarşısındakı bütün öhdəliklərini yerinə yetirdi”
Putin Ukraynanı təhdid etdi: “İndi daha da pis olacaq”. Vladimir Putin hakimiyyət nümayəndələri ilə növbəti açıq görüş keçirərək ürəyində ilişib qalmış fikirlərini bəyan etməklə bir daha dünyaya meydan oxuyub. Qeyd edək ki, adətən bu cür tədbirlər televiziya və jurnalistlərin iştirakı ilə əsasən vacib qərarların bəyan edilməsi zamanı keçirlir. “Gündəm-xəbər” Rusiyanın “Bard” portalına istinadən xəbər verir ki, Putin çox qəzəbli danışıb: “Ukraynanın Aİ ilə assosiativ saziş imzalaması Ukrayna iqtisadiyyatından çox, Rusiyanın iqtisadiyyatını təhlükəyə atırdı. Müqavilə imzalanması Rusiya istehsalçılarına qarşı şiddətli bir zərbə olacaqdı və Avropadan, eləcə də üçüncü ölkələrdən Rusiya bazarına rüsumsuz malların nəzarətsiz tıxanması ilə nəticələnəcəkdi. Bundan əlavə, Ukrayna Aİ-nin şərtlərinə zidd olan, Rusiya ilə bağlanmış onlarla və yüzlərlə razılaşmanı ləğv etməli idi. Nəticə etibarilə Aİ-nin assosiativ üzvlük birbaşa Rusiya iqtisadiyyatına zərbə vururdu. Bir sözlə, bu üzvlük Rusiya və Ukrayna arasında ikitərəfli qarşılıqlı faydalı ticarət və sənaye əlaqələrini məhv edir və Rusiya məhsulunun digər ölkələrin məhsulları ilə əvəz edəcəkdi. Biz bu məsələni yaxşılıqla, insan kimi həll etməyi düşünürdük. Lakin bütün təklif kompromis və konstruktiv təkliflər Aİ tərəfindən rədd edilirdi. Heyf. İndi daha pis olacaq”. Putindən Ukraynaya ünvanlanmış təhdid: “Rusiya yeni Kiyev hakimiyyəti ilə münasibətlərdə bütün yaranmış gərginliklərə, çətinliklərə, anti rus təbliğatına və Rusiyaya qarşı faşist ritorikasına baxmayaraq, Rusiya Ukrayna qarşısında bütün öhdəliklərini yerinə yetiridi və bütün əlaqələri qoruyub saxlayırdı. Ukrayna sənayesinə 15 milyard pul yardım edildi. Üstəlik, bütün avans nağd olaraq zamanında və dəqiq çatdırılırdı. Yaxşılıqla istəmirsinizsə, bundan sonra heç nə almayacaqsız. Rusiya tamamilə Ukrayna məhsulundan və Ukrayna istehsalından imtina etməyə hazırdır”. Avropa və Aİ-yə ünvanlanan təhdid: “Bundan sonra Ukrayna üçün qaz yoxdur və olmayacaq. Bundan sonra Ukraynaya yanacaq ödədiyi pulun qədərində veriləcək vəhəmin pulu bir ay qabaqcadan ödəməlidir. Ukrayna 2014-2015- ci illər üçün payız-qış mövsümündə Avropaya tranzitin təmin edilməsi üçün, yeraltı qaz anbarlarına 4-5 milyard dollar həcmində qaz yükləməlidir. Əgər bu maddi vəsaiti Ukrayna tapa bilməsə, payızda Avropa qazsız qalacaq. Rusiyanın hazırda Ukraynadan tələb etmək iqtidarında olduğu borcun ümumi qədəri 16.6 milyard dollardır. Və biz bunu tələb edəcəyik”. Putin Ukraynadakı mövcud durumu da xarakterizə edib: “Ukrayna iqtisadiyyatı sürətlə deqradasiyaya məruz qalır. Sənaye və tikinti sahəsində tənəzzül getdikcə daha da dərinləşir. Büdcə kəsiri artır. Ölkənin Valyuta sahəsində kəskin pisləşmə mənfi ticarət balansı və əlavə kapitalın xaricə axını üçün şərait yaradır. Ukrayna defolta sürüklənir və bu çox yaxındır. İstehsal gücü azalır. İstehsal isə tənəzzülə uğrayır. Ukraynanın indiki hakimiyyəti isə ölkəni elə bir uçuruma aparır ki, daha sonra onu düzəltmək qeyri mümkün olacaq”. Putinin şərtləri... “Aİ, ABŞ və Ukrayna Rusiyanın bəyan etdiyi bütün şərtləri qəbul etməli və bu dəqiqədən etibarən onları həyata keçirməyə başlamalıdır. Əks halda Rusiya Ukraynanın bütün sənaye sifarişlərindən imtina edir. Belə olduqda isə Ukrayna düz 15 milyard dollar zərər edəcək. Rusiya Ukrayna məhsulunun öz sərhədlərindən tranzitinə qadağa qoyur. Rusiya Ukraynaya qaz təchizatını dayandırır. Rusiya Ukraynadan 16.6 milyard dollar məbləğində borcunu tələb edir. Əgər Ukrayna birdəfəyə Rusiyadan 5 milyard dollarlıq qaz təchizatını almazsa, Rusiya Aİ yə bundan sonra yaxın payız və qışda qazla təminatından imtina edir. Əgər Avropa donmağa başlasa, bütün iradlarını qoyun Kiyevdəki həmkarlarına bildirsinlər. Ümid edirəm ki, nəticə yaxşı olacaq”. R.Əlicanlı
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?