Rusiyada yaşayan azərbaycanlı Hamlet Eyvazov Tağı Əhmədovla bağlı prezident İlham Əliyevə və ölkənin hüquq-mühafizə orqanlarına şikayət müraciəti edib. O, öz şikayətini mətbuata da göndərib. H. Eyvazov bildirib ki, bir neçə ildir Rusiyaya işləməyə gedib. Orada min bir əziyyətlə və sağlamlığının bahasına 30 min manata qədər pul qazanıb. Qazandığı pulun üstündən bir qəpik də xərcləməyərək götürüb, gəlib Azərbaycana. 2011-ci ilin avqust ayında bir neçə dost-tanışın məsləhəti ilə həmin pulla Nərimanov metrosunun altından iki “toçka” alıb. Və Eyvazova izah edilbər ki, həmin “toçka”ları icarəyə verməklə yaxşı gəlir eldə edəcək: “Mən Nərimanov metrosunun altında satılan 2 yeri, 28000 manata biləsuvarlı Siyasətdən almışam. Siyasətin telefonu: 051 820 23 24-dür. Pulu Siyasətə verdim. Siyasət də mənim yanımda pulu verdi Elşənə. Onlar özlərini metronun numayandəsi kimi, işçisi kimi təqdim edirdilər və “toçka”ları rahatca kim istəyirdisə, ona satırdılar. Metroda alver üçün düzəldilən yerlərin hamsı plastmasdan mebel rəngində eyni şəkildə duzəldilmişdi və satılırdı. O plastmasdan qurulan mebelə görə hər yerdən əlavə 1100 manat alırdılar. Bu hesabla 2 yer üçün 2200 manat özünü oranın işcisi kimi təqdim edən Fərəcə pulu vermişəm. Fərəcin telefonu: 055 404 40 44. Hər ayın 26-da Fərəc, Aqil ( 055 242 23 33) hər yerdən 475 manat yer pulu yığırdılar. Mən 2 yerə hər ay 950 manat yer pulu verirdim. Hər bir yerdən orta hesabla mənim qazandığım pul 350 manat olub. Elşənin telefon nömrəsini əldə edə bilməmişəm. Elşən metroda alver edənlərin üstündə nəzarət edən və özlərini metro işcisi kimi təqdim edən uşaqların böyüyü sayılırdı. Bütün işlər Elşənin razılığı ilə həll olunurdu. Elşən də Tağı Əhmədovun oğlu Raufun yaxın dostu idi. Ümumiyyətlə, metroda yığılan bütün pullar Elşənə çatdırılıb, Elşən də pulu çatdırıb Tağ Əhmədovun oğlu Raufa. Rauf Əhmədov Xətai rayon Məhkəməsində hakimdir, o, həmçinin metrolarda reklam işlərinə baxırdı”. H. Eyvazov yazır ki, T. Əhmədov işdən çıxarılandan sonar onun bütün əlaltıları, qohumları da aradan çıxıb. İndi isə metrodakı yerləri söküblər: “Bəs mən pulumu haradan və kimdən almalıyam? Xahiş edirəm ki, mənə və bəlkə də mənim kimi halal pulu Tağı Əhmədov, onun qohum-əqrəbası tərəfindən mənimsənilmiş yüzlərlə başqa əlacsız insanlara köməklik göstərərsiniz. O pulların Tağı Əhmədovdan geri alınıb sahiblərinə qaytarılmasına yardımçı olasınız. Həmişə olduğu kimi, indi də bizim son ümid yerimiz sizsiniz, cənab prezident. Tağı Əhmədov bizim pulları bəlkə də bir-iki villasını satmaqla qaytara bilər. Bunu isə özbaşına eləyən deyil…”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?