Noyabrın 28-də metronun “28 may” stansiyasında flaşmob keçiriləcək.
Virtualaz.org “Kavkazskiy uzel” portalına istinadən xəbər verir ki, gənclər stansiyada sürüşkən qranit lövhələrin döşənməsinə bu cür etiraz etməyə hazırlaşır.
Sosial şəbəkələrdə aksiyaya qatılmaq istəyənlərdən xahiş olunur ki, döşəmənin necə sürüşkən olduğunu göstərmək üçün həmin gün hamı eyni vaxtda yerə uzansın.
Bununla belə Bakı Metropoliteninin rəhbəri artıq sürüşkən plitələrin üzərinə xüsusi sement məhlulu tökmək barədə göstəriş verdiyindən gənclərin “sürüşməyə” imkan tapıb-tapmayacağı məlum deyil.
Xatırladaq ki, ötən şənbə günü Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov müxbirimizin sürüşkən qranit lövhələrin metro stansiyasına niyə döşəndiyi haqda sualına belə cavab vermişdi: “Ona görə ki, get sürüş, yıxıl, öl”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?