GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ Qarabağla bağlı demarş etdi

ABŞ Qarabağla bağlı demarş etdi

Tarix: 10-05-2014, 12:53 Bölmə :Siyasət Baxış: 0
ABŞ Qarabağla bağlı demarş etdi
Ceyms Uorlik erməniləri qəzəbləndirə bildi

Minsk Qrupunun amerikalı həmsədri, cəmi bir neçə gün əvvəl rəsmi Bakının qəzəbli bəyanatına hədəf olan və “Twitter diplomatı” imicini qazanmış Ceyms Uorlik Vaşinqtondakı Karnegi Sülh Fondunda Qarabağ münaqişəsi ilə bağlı çoxlarının gözləmədiyi tərzdə açıq və konkret danışıb.
Bu dəfə ermənilər “yazıq Uorliki” hədəf alıblar və onun açıqladığı 6 sülh elementini tənqid edərək “qeyri-real” hesab ediblər.
C.Uorlikin açıqladığı 6 sülh elementi əslində həmsədr ölkələrin prezidentləri tərəfindən hələ 2009-cu ildə qəbul edilmiş birgə bəyanatında (“Böyük səkkizlər”in Akvill sammiti) əksini tapıb. Ancaq bəzi yeniliklər də var. Amerikalı həmsədr aydın şəkildə bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər bölgənin yekun hüquqi statusunun müəyyən edilməsindən əvvəl boşaldılmalıdır.
Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinin qeyri-müəyyən müddətə təxirə salınmalı olduğu bildirilir, ancaq statusun hansı formada müəyyən edilməli olduğu göstərilmir. Hərçənd ki, həmsədrlərin bundan əvvəlki bəyanatlarında yekun statusun referendumda müəyyən edilməli olduğu göstərilmişdi.
Eyni zamanda amerikalı həmsədr nizamlama prosesində həmişə ən mürəkkəb məsələ olan Laçın dəhlizi barədə nisbətən aydın danışıb. C.Uorlik bildirib ki, Laçın rayonu ərazisindən Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqə üçün dəhliz ayrılmalıdır, ancaq bu dəhliz bütün Laçın rayonunun ərazisini əhatə etməməlidir. Yəni müəyyən enlikdə dəhlizi çıxmaqla Laçın rayonunun qalan hissəsi də boşaldılmalıdır.
Həmçinin diplomat Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə qədər malik olacağı aralıq statusun limitini də göstərib. Uorlikin qənaətinə görə, müvəqqəti status minimum təhlükəsizlik təminatını və bölgənin özünüidarəsini təmin etməlidir. Eyni zamanda bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinin vacib şərt olduğu göstərilib.
Amerikalı həmsədrin Qarabağa dair əsas sülh elementlərini açıqlaması Ukrayna ətrafındakı böhrana görə Minsk Qrupunun işlək vəziyyətdə olmadığı bir vaxtda baş verir. Hansı ki, Rusiyanın Ukraynadan sonra Moldovanın Dnestryanı bölgəsini özünə birləşdirəcəyi, daha sonra Qarabağla məşğul olacağı haqda çoxsaylı mülahizələr var. Söhbət Qarabağın Rusiyaya birləşdiriləcəyinə dair Rusiyadan səslənən ideyadan gedir. Eyni zamanda Birləşmiş Ştatlar Ukrayna böhranında kifayət qədər qətiyyətsiz davranaraq Rusiya ilə qonşu olan keçmiş sovet respublikalarında nüfuzunu, mövqelərini sürətlə itirməkdədir. Belə bir vaxtda ABŞ-ın Qarabağ nizamlanmasındakı rolu da zəifləyir və hətta Vaşinqtonun bu prosesdən ümumiyyətlə kənarlaşdırılması məsələsi gündəmə gəlir. Görünür, bu amillər ABŞ-ı Qarabağ məsələsində “sıçrayışa” sövq edib və Vaşinqtonda nəzərə alırlar ki, itirilmiş Ukraynadan sonra Azərbaycanda da mövqelərin əldən verilməsi ciddi geosiyasi məğlubiyyət olacaq.
ABŞ-ın Ermənistandakı səfiri Con Heffren bu gün jurnalistlərə açıqlamasında səfir C.Uorlikin niyə məhz indi Vaşinqtonun Qarabağ münaqişəsinə dair yanaşmasını açıqladığını izah etməyə çalışıb. C.Heffren deyib ki, bunun birinci səbəbi mayın 14-də Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin elan edilməsinin 20 ilinin tamam olmasıdır. İkincisi, son bir neçə ay ərzində nizamlama prosesi dayanıb və amerikalı həmsədr öz çıxışı ilə prosesə yeni impuls verməyə çalışır. “Və üçüncüsü budur ki, həmsədr ABŞ-ın siyasətini təqdim etməyə və bilavasitə Dağlıq Qarabağın statusu ilə ona bitişik ərazilərin statusu arasındakı fərqləri göstərməyə çalışıb. Çünki elə təsəvvür yaranır ki, Bakıda və İrəvanda, cəmiyyətdə, Dağlıq Qarabağın özündə bu ərazilər Dağlıq Qarabağ kimi vahid məqsəd kimi nəzərdən keçirilir. Ancaq onlar fərqlidir və bunlara münasibətdə danışıqların nəticələri də fərqli olmalıdır”, - deyə amerikalı diplomat bildirib.
ABŞ səfiri bununla nə demək istəyir? Diplomatın dediklərinin izahı budur ki, Azərbaycan işğal altındakı əraziləri ətraf rayonlar və Dağlıq Qarabağla birlikdə geri qaytarmağa ümid etməməlidir. Ən azından ətraf rayonların boşaldılmasının əvəzində Dağlıq Qarabağın aralıq statusunu qəbul etməli və yekun statusun gələcəkdə müəyyən edilməli olduğunu tanımalıdır.
Eyni zamanda Ermənistan ətraf rayonların boşaldılması məsələsini birbaşa Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə bağlamalı deyil. Hansı ki, bu, hər iki tərəf üçün məqbul daha optimal həll yoludur.
ABŞ səfiri ümid etdiyini bildirib ki, yaxın aylarda Azərbaycan və Ermənistan prezidentlərinin yeni, məzmunlu görüşü olacaq.
Bəs Amerika tərəfinin bəyanatı Rusiyanın münaqişənin nizamlanmasında lider rolunu üzərinə götürməsinə imkan verilməyəcəyi kimi başa düşülə bilərmi? Səfir Heffren bu suala birbaşa cavab verməsə də deyib ki, tərəflər həmsədrləri prosesdə daha fəal olmağa çağırıblar.
“Biz Minsk Qrupu çərçivəsindəki öhdəliklərimizə sadiq qalırıq”, - deyə səfir vurğulayıb.
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qarabağ üçün ya müharibə, ya da...

    Qarabağ üçün ya müharibə, ya da... ...

    9-05-2014, 13:04

  • 
  • Ceyms Uorlik Laçında ona hücum edən daşnaklara qəti cavab verdi

    Ceyms Uorlik Laçında ona hücum edən daşnaklara ...

    20-05-2014, 09:46

  • 
  • Amerikalı həmsədr: “Bu məsələdə status-kvo qəbuledilməzdir”

    Amerikalı həmsədr: “Bu məsələdə status-kvo ...

    25-01-2014, 14:19

  • 
  • Amerikanın Qarabağla bağlı mövqeyi açıqlandı

    Amerikanın Qarabağla bağlı mövqeyi açıqlandı ...

    13-05-2014, 10:20

  • 
  • Amerikalı həmsədr Azərbaycanın erməni əsgərini qaytarmasını alqışladı

    Amerikalı həmsədr Azərbaycanın erməni əsgərini ...

    20-11-2015, 01:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu