Nəqliyyat naziri Ziya Məmmədov barədə çeşidli informasiyalar dolaşmaqdadır. Son günlər əsasən qardaşı oğlu Aynar Məmmədovun şıltaqlıqları ilə mətbuatda özündən söz etdirən cənab nazirin ismi deyəsən hələ çox xəbərlərdə gözə dəyəcək. “Gündəm xəbər” nəqliyyat naziri Ziya Məmmədova bilavasitə aidiyyatı olan daha bir məlumat əldə edib. Maraqlıdır ki, Z.Məmmədovun fəaliyyəti və onun yaxın ətrafında qərar tutanların davranışları barədə informasiyalar mətbuata sürətlə yol tapır. Başqa sözlə, Z.Məmmədov Azərbaycan mətbuatı üçün çoxdan deşifrə olunub və onunla bağlı hansısa sirli məqam demək olar ki qalmayıb. Amma cənab nazir bir neçə il öncə baş vermiş böyük bir olayı – cangüdəninin qətlini gizlətməyi bacarıb. Məlumata görə, bir neçə il öncə Ziya Məmmədovun qoruma işini təşkil edən əsas fiqurlardan biri qətlə yetirilib. Eldəniz adlı həmin şəxsin hansı səbəbdən öldürüldüyü məlum deyil. Düzdür, təxminən 4 il əvvəl bu hadisə barədə ötəri məlumatlar yayıldı. Lakin sonradan ölü bir sükut yarandı - sanki yer üzündə Eldəniz adlı adam olmayıb, doğulmayıb və öldürülməyib... Hadisə ilə bağlı araşdırmaların gedişatı barədə məlumtlar mətbuatdan gizli saxlanıldı və informasiyanın mətbuata sızdırılmasının qarışısını almaq üçün müxtəlif tədbirlər həyata keçirildi. Elə bu səbəbdən də Eldəniz adlı cangüdənin hansı səbəbdən öldürüldüyü bu günə qədər məlum deyil. Hər halda mətbuatın bundan xəbəri yoxdur və elə baş vermiş hasdisənin və sonrakı gedişatın olduqca gizli saxlanılması ortaya xeyli suallar çıxarır. Nədən cangüdənin öldürülmə səbəbləri ictimaiyyətdən gizli saxlanılmalı idi? Ümumiyyətlə, qətlin hansı səbəbdən törədildiyi məlumdurmu? Niyə hörmətli Ziya müəllim Eldəniz barədə informasiyaların kənara sızdırılmamasında maraqlı olub? Sual çoxdur və biz hesab edirik ki, cənab nazir əlavə söz-söhbətin yaranmaması, qeyri-dəqiq mülahizələrin meydana gəlməməsi, medianın “tozanaq” qoparmaması məqsədilə belə bir dəmir təmkin nümayiş etdirib. Haradasa başa düşmək olar. İstintaq aparılarkən kənar mülahizələrin, qeyri-dəqiq informasiyaların, jurnalist ehtimallarının oryaya çıxması arzulanan deyil və bu kimi məqamlar məsələnin dəqiq araşdırılmasına mane ola bilər. Lakin hadisənin üstündən təxminən 5 il ötməsinə baxmayaraq cangüdənin işi ilə bağlı ortada yenə də hər hansı informasiya yoxdur. Niyə? Cangüdənin soyadını və konkret olaraq hansı tarixdə öldürüldüyünü dəqiqləşdirməyə çalışırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?