GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev etirazçıları aldatdı

“Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev etirazçıları aldatdı

Tarix: 21-05-2014, 10:29 Bölmə :Siyasət Baxış: 0
“Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev etirazçıları aldatdı
Prezident Administrasiyası önünə gedən 50 qadın təkrar aksiya qərarı verdi

“Azəriqaz” İstehsalat Birliyinin qadın əməkdaşları Prezident Administrasiyasının (PA) qarşısında toplaşaraq aksiya keçirməyə cəhd etdilər. Təxminən 50-yə yaxın qadın ləğv olunmuş iş yerlərinin əvəzinə yeni iş yerləri tələb edirdilər. “Azəriqaz”ın əməkdaşı Rəna Axundova isə mediaya açıqlamasında bildirdi ki, onlar rayon qaz qəza xidmətləri ləğv olunandan sonra işdən çıxarılıblar: “Bizim aramızda tənha qadınlar, şəhid ailələri, həyat yoldaşı əlil olanlar var. Ailəmizi yalnız məvaciblə dolandırırdıq. İndi isə əlavə iş yeri təklif olunmadan bizi işdən çıxarırlar. Kredit borcu olan ailələr necə dolanacaqlar? Tək çarəmiz aksiya keçirməklə durumumuzu anlatmaqdır”. PA-dan onların qəbul edilməsini tələb edən aksiya iştirakçıları Dövlət Neft Şirkətinin qarşısında da aksiya keçirəcəklərini bildirdilər.
Günortaya yaxın aksiya iştirakçıları Prezident Administrasiyasında qəbul edildilər. Aksiya iştirakçısı olan Rəna Axundova dedi ki, ərazidə olan polis əməkdaşları aksiya iştirakçılarından bir neçə nəfərin qəbul ediləcəyini açıqlayıb. Bundan sonra aksiya iştirakçıları arasından nümayəndələr seçildi. “Hər rayondan gələn bir nəfər seçildi. 6 nəfər polis əməkdaşları ilə birgə Prezident Administrasiyasına getdi. Onların kim tərəfindən qəbul olunacağı isə bildirilmədi. Hazırda biz qəbul otağının qarşısında gözləyirik. Polis əməkdaşları dedilər ki, səs-küy salsanız, sizi ərazidən uzaqlaşdıracağıq. Buna görə də hələlik sakitcə gözləyirik. Ümid edirik ki, şikayətimizi dinləyəcək, tələblərimizi nəzərə alacaqlar”.
Az sonra məlum oldu ki, onlar Prezident Administrasiyası önündə aksiya keçirən “Azəriqaz” İstehsalat Birliyinin qadın işçiləri PA qəbul şöbəsinin əməkdaşları tərəfindən diqqətlə dinlənilib.
Onlara prezident İlham Əliyevin adına məktub yazmağı məsləhət gördülər: “Etiraz edən qadınlar prezident İlham Əliyevə ünvanlanan şikayət ərizəsi yazdılar. Bundan sonra PA-nın əməkdaşları “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevlə əlaqə saxladı. Əkbər Hacıyev isə aksiyaçıları qəbul edərək şikayətlərinə baxacağını vəd etdi”. Daha sonra etirazçılar Əkbər Hacıyevin qəbuluna gedirlər. Onlar Əkbər Hacıyevlə qəbuldan sonra Dövlət Neft Şirkətinə də gedib şikayətlərini bildirəcəkdilər.
Lakin sonradan qurumun rəhbəri Əkbər Hacıyev etirazçılarla görüşmək istəmədiyi bəlli oldu. O, binanı arxa qapıdan tərk edib: “ Bundan sonra mühafizəçilər qadınların qarşısını kəsməyə çalışdılar. Bu isə qadınları əsəbiləşdirdi. Onlar mühafizə əməkdaşlarını döyüb mühafizə zolağını qırdılar. Hazırda binaya girən qadınlarla mühafizəçilər arasında dava başlayıb”.
Bundan sonra isə aksiyaçı qadınlarla “Azəriqaz” əməkdaşları arasında münaqişə baş verib. Aldadıldığını görən qadınlar bina mühafizəçilərini döyüblər.
Günün sonunda isə bəlli oldu ki, etirazçı qadınların şikayətləri təmin edilməyəcək. “Azəriqaz” İstehsalat Birliyində struktur islahatlar aparılır. Qadınların çalışdıqları ştatlar ləğv olunduğundan onlar ixtisar olunublar”. Bunu günün sonunda jurnalistlərə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Araz Ağayev dedi. Onun sözlərinə görə, etiraz aksiyası keçirən qadınlarla birliyin baş direktor müavini Ruslan Əliyev görüşüb: “Görüşdə bizim hüquq departamentinin rəhbərliyi də iştirak edib. Onlar qadınlara aparılan islahatlarla bağlı məlumatlar veriblər”. Mətbuat katibi qadınlara iki ay əvvəl işdən çıxarılacaqları ilə bağlı bildiriş verildiyini qeyd etdi: “Qəza xidməti ləğv olunub. Buna görə də ixtisarlar aparılır. Əgər yeni yaradılan qurumlarda iş olarsa, ixtisara salınanlar işlə təmin oluna bilərlər”.
Qeyd edək ki, aksiya iştirakçıları bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında toplaşacaqlar.
E.Cavadlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bələdçilər Prezident Administrasiyasının qarşısında aksiya keçirirlər (FOTO)

    Bələdçilər Prezident Administrasiyasının ...

    13-01-2014, 13:28

  • 
  • “Azəriqaz” Rusiyaya sığınmaq istəyənlərlə bağlı açıqlama yaydı

    “Azəriqaz” Rusiyaya sığınmaq istəyənlərlə bağlı ...

    25-05-2014, 12:51

  • 
  • "Sevil" MTK-nın aldatdığı vətəndaşlar PA qarşısında aksiya keçirdi

    "Sevil" MTK-nın aldatdığı vətəndaşlar ...

    21-11-2014, 02:00

  • 
  • Milli Məclisin qarşısında aksiya

    Milli Məclisin qarşısında aksiya ...

    28-11-2014, 21:52

  • 
  • Bakıda aksiya iştirakçıları yolu bağladı

    Bakıda aksiya iştirakçıları yolu bağladı ...

    26-06-2013, 22:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu