GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ukraynanı seçkilərdən sonra nə gözləyir?

Ukraynanı seçkilərdən sonra nə gözləyir?

Tarix: 27-05-2014, 10:30 Bölmə :Siyasət Baxış: 0
Ukraynanı seçkilərdən sonra nə gözləyir?
Yeni prezident ölkəsini separatizmdən xilas edə biləcəkmi?

Dünən Ukraynada prezident seçkiləri keçirilirdi. Rusiyanın maneə yaratmasına baxmayaraq, Ukrayna xalqı öz seçimini edir. Amma aydındır ki, Ukrayna bu seçkilərə olduqca ağır bir şəraitdə getdi. Ölkənin Şərq vilayətlərində separatçılıq daha kəskin xarakter alıb. Krım isə Rusiya tərəfindən işlağ edilib. Belə bir fonda Ukrayna prezident seçkilərinə gedir. İndi bu ölkə ilə bağlı insanları düşündürən bir nömrəli məsələ seçkilərdən sonra Ukraynada vəziyyətin düzəlib düzəlməyəcəyi ilə bağlı suala cavab tapmaqdan ibarətdir. Görəsən, bu seçki Ukraynada durumun normallaşmasına aparıb çıxaracaq, yoxsa, situasiya daha da qəlizləşəcək?
Taleh Əliyev: "Hesab etmirəm ki, bu seçkilər Ukraynaya sabitlik və dinclik gətirəcək, əksinə, qarşıdakı mərhələdə ölkəni daha kəskin mübarizə gözləyir"
Politoloq Taleh Əliyev bu qənaətdədir ki, seçkilərdən sonra Ukraynada vəziyyət indikindən də daha kəskin xarakter alacaq. Çünki, seçkinin ardınca, dünyanın güc mərkəzlərinin buradakı mübarizəsi daha aktiv xarakter almalıdır: "Hazırda bildiyiniz kimi, Ukraynada cərəyan edən hadisələri ancaq bir ölkə daxilində baş verən hadisələr konteksinə aid etmək olmaz. Bu daha çox qlobal güclərin geosiyasi mübarizəsinin daha amansız, kəskin dərəcədə toqquşan maraqlarının təzahürüdür. Bu gün Ukrayna ərazisinin bir hissəsi işğal olunub. Bir hissəsi də separatizmin qurbanıdır. Donetsk və Luqanskdə özünü "xalq respublikası" adlandıran qüvvələr Novorusiya adlı dövlətin yaradılacağı barədə aralarında razılığa gəliblər. Bütün bunlar ona hesablanıb ki, Ukraynadakı 25 may seçkiləri baş tutmasın. Cenevrədə aparılan 4 tərəfli danışıqlar zamanı da Rusiya bu seçkinin təxirə salınması, regionlara geniş səlahiyyətlər verilməsi və yeni konstitusiya layihəsinin hazırlanmasını tələb edirdi. Hesab etmirəm ki, baş tutan bu seçkilər Ukraynaya sabitlik və dinclik gətirəcək. Əksinə, qarşıdakı mərhələdə Ukraynanı daha kəskin mübarizələr gözləyir. Hətta deyərdim ki, vətəndaş müharibəsinin yeni dalğası başlayacaq. Luqansk və Donetskdəki separatçılar, hətta rusdilli sakinlərin yaşadığı digər Ukrayna ərazilərinə, xüsusən də, bu ölkənin Qara dəniz sahillərinə çıxışını mümkünsüz edən Odessa, Nikolayev, Xerson, Zaporojye, Dneprpetrovski və Xarkov vilayətlərini özündə birləşdirəcək yeni dövlət ideyasını söhbət açmağa başlayıblar. Bu isə Ukraynada seçkilərin hansı nəticə ilə bitməsindən asılı olmayaraq, qarşıdurmanın yeni bir mərhələsinin başlanacağından xəbər verir. Hər halda seçkinin keçirilməsinin müsbət cəhəti hakimiyyətin legitimliyi baxımından önəmlidir və belədə yeni hakimiyyətin Qərblə mütəffiqliyi üçün hüquqi zəmanət yaranır. Avropa Birliyində bildirmişdilər ki, Ukraynada yeni hakimiyyət formalaşandan sonra, bu ölkənin quruma assosiativ üzvlüyü məsələsi müzakirə olunacaq. İrəliləyən dövr Ukraynanın iç məsələsindən daha çox Qərblə Rusiyanın geosiyasi mübarizəsinin məntiqi nəticəsi olacaq. Bu güclərdən hər hansı birinin müəyyən mövqeyə çıxması Ukraynanın gələcək müqəddəratını müəyyənləşdirəcək".
Elxan Şahinoğlu: "Yeni hökumətin dönəmində belə, Krımla bağlı məsələdə ciddi irəliləyişin olacağını gözləmirəm"
Politoloq Elxan Şahinoğlu bildirdi ki, sekçilərdən sonra Ukraynanın yeni hökuməti üçün də ölkənin bir nömrəli problemlərinin həlli asan başa gəlməyəcək: "Seçkilər Ukraynada istər-istəməz legitimlik məsələsini aradan qaldıracaq. Bu günə qədər müvəqqəti prezident və hökumətin olmasını bəhanə edərək, Rusiya Ukraynanın daxili işlərinə qarışırdı. Amma legitim prezidentin olmasından sonra ölkənin daxili işlərinə qarışma ehtimalı bir qədər çətinləşəcək. Lakin bu heç də o anlama gəlməməlidir ki, yeni legitim prezident qarşısına çıxan bütün problem və məsələləri asanlıqla həll etmək gücündə olacaq. Ukraynada Konstitusiya dəyişikliyi ilə prezidentin səlahiyyətləri azaldılıb. İndi əsas səlahiyyət baş nazirə məxsusdur. İkinci bir tərəfdən, ölkə ciddi problemlər içindədir. Oliqarxiyanın hökmranlığı, korrupsiya, büdcənin kasadlığı, əlavə gəlir mənbələrinin olmaması, Rusiyadan qaz asıllığı Ukraynanın yeni legitim hökumətini ciddi problemlərlə qarşı-qarşıya qoyur. Ölkənin bir nömrəli problemi isə ərazi bütövlüyünün təmin edilməsi məsələsidir. Bu ciddi problemlərin həlli üçün böyük zaman lazımdır. Yeni prezident sözsüz ki, həmin problemlərin həllində Qərbdən dəstək almağa çalışacaq. Amma onu da söyləməliyəm ki, Krımla bağlı məsələdə ciddi irəliləyişin olacağını gözləmirəm. Artıq Rusiya bu ərazini ilhaq edib və geri qaytarmaq niyyəti də yoxdur. Prezidentin qazana biləcəyi uğur Şərq viləyətlərində nəzarəti bərpa etmək olar. Lakin bu da asan başa gələcək məsələ deyil. İndinin özündə belə Ukrayna ordusu həmin ərazilərdə nəzarəti tam şəkildə bərpa edə bilmir. Rusiyanın müdaxiləsi də həmin məsələnin həlli yolunda maneələr yaradır. Yeni prezident qarşısında dayanacaq digər problem maliyyə məsələsidir. Ukraynanın böyük miqdarda borcu var, gəlir mənbələri də çox deyil. Prezident ölkəni oliqarx sistemdən azad etmək kimi başqa bir çətin problemin həlli ilə də məşğul olmalıdır. Hər halda, istərdik ki, Ukrayna bu problemləri həll etsin. Amma bu çətin məsələ olacaq".
Qabil Hüseynli: "Yaxın iki ilə Ukrayna ciddi qüvvə kimi siyasi meydana çıxacaq"
Politoloq Qabil Hüseynlinin fikrincə isə seçkilər Ukraynaya özünün ən ağır problemlərini əsaslı şəkildə həll etməyə imkan yaradacaq: "Ukraynada baş tutan bu seçkinin ardınca ölkədə mövcud olan hakimiyyət vakumu doldurulacaq. Hakimiyyət strukturlarının formalaşması prosesi sürətlə aparılacaq. Kadrların seçini də indikindən daha yaxşı vəziyyətdə aparılacaq. Hər halda güman edirəm ki, hazırda hakimiyyətdə olan səriştəsizlik, güc qüvvələri daxilindəki satqınlıq, polisin dişsizliyi və bəzi yerlərdə separatçıların tərəfinə keçməsi kimi ölkə üçün ayıb sayılacaq məsələlər həllini tapacaq. Yaxın iki ilə Ukrayna ciddi qüvvə kimi siyasi meydana çıxacaq. Düşünürəm ki, seçkilərdən bir müddət sonra Ukraynanın Şərq vilayətləri ilə bağlı problemi də beynəlxalq təzyiqlərin köməyi sayəsində həllini tapacaq. Hətta zənn edirəm ki, Kiyev bir-iki ilə Krım məsələsini də bütün kəskinliyi ilə qaldıraraq, ərazi bütövlüyünün təmini istiqamətində güclü mübarizə aparacaq".
H.İSLAMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək

    Ukraynada bu gün növbədənkənar prezident ...

    25-05-2014, 13:03

  • 
  • Ukraynada prezident seçkilərinə start verildi

    Ukraynada prezident seçkilərinə start verildi ...

    25-02-2014, 12:03

  • 
  • Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək?

    Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək? ...

    15-05-2014, 11:12

  • 
  • Putin Ukrayna dənizçilərinin ələ keçirilməsi insidenti ilə bağlı ilk açıqlama verib

    Putin Ukrayna dənizçilərinin ələ keçirilməsi ...

    29-11-2018, 14:54

  • 
  • “Ukraynada baş verənlərdə ABŞ-ın əli var”

    “Ukraynada baş verənlərdə ABŞ-ın əli var” ...

    14-04-2014, 10:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu