GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident seçkiləri AKP-ni parçalaya bilərmi?

Prezident seçkiləri AKP-ni parçalaya bilərmi?

Tarix: 10-06-2014, 11:33 Bölmə :Siyasət Baxış: 0
Prezident seçkiləri AKP-ni parçalaya bilərmi?
Qabil Hüseynli:
"Gülün qeyri-müəyyən mövqeyli olması, siyasi xəttini açıq şəkildə ortaya qoymaması onu göstərir ki, o Ərdoğanla qarşıdurmaya getmək fikrindən uzaqdır"

Taleh Əliyev:
"Görünən mənzərə odur ki, Abdulla Gül də seçkilərə qatılmaq arzusundadır"


Qardaş Türkiyə bu ilin avqustunda tarixində ilk dəfə xalq səsverməsi yolu ilə növbəti prezidentini seçəcək. Hələlik marafona kimlərin qoşulacağı bəlli deyil. Amma hakim AKP-nin bu seçkilərə hazırki baş nazir Ərdoğanla gedəcəyi demək olar ki, bəlli olmaq üzrədir. Belə ki, bu günlərdə AKP sədrinin müavinlərindən biri prezidentliyə məhz Ərdoğanın namizədliyini verəcəklərini bildirib. Bu hadisə reallaşacağı təqdirdə isə hazırda parlament səsverməsi ilə prezident kürsüsündə əyləşən Abdulla Gül kənarda qalacaq. Qeyd edək ki, Taksin hadisələri ilə bağlı olaraq baş qaldıran hadisələr fonunda keçirilən bələdiyyə seçkilərindən sonra Ərdoğan qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olacağı barədə eyham vurmuşdu. Bu isə Gül tərəfindən elə də yaxşı qarşılanmadı. Düzdür, o bunu açıq şəkildə bildirməsə də, bu və ya digər səpkidə verdiyi mesajlarında Ərdoğanın bu istəyindən narazı qaldığı hiss olunurdu. Hər halda görünən odur ki, hakim partiya prezident seçkilərinə Güllə deyil, Ərdoğanla gedəcək.
Görəsən, belə bir durum AKP daxilində parçalanmaya gətirib çıxara bilərmi?
Digər tərəfdən, Ərdoğanın prezident olması fonunda Gülün isə Rusiyada olduğu kimi baş nazir keçməsi ehtimalı nə dərəcədə realdır?
Politoloq Qabil Hüseynlinin fikrincə, Ərdoğanın Gül ola-ola prezidentliyə hakim partiyadan namizəd olması AKP daxilində parçalanmaya gətirib çıxarmayacaq. Çünki, Gül partiyada ciddi dəstəyə malik olmayan bir fiqurdur: "Ərdoğanla Gül arasında fikir ayrılığının mövcud olduğu bəlli idi. AKP-də isə Ərdoğan birmənalı olaraq üstünlüyünü təmin edib. Burada təmsil olunan Abdulla Gül tərəfdarları böyük sayda deyil. Onlar partiya daxilində ayrıca fraksiya şəklində belə təşkil olunmayıb. Üstəlik, Gülün müəmmalı, qeyri-müəyyən mövqeyinin olması da, siyasi xəttini açıq şəkildə ortaya qoymaması onu göstərir ki, hazırki prezident Ərdoğanla qarşıdurmaya getmək fikrindən uzaqdır. Hələlik hadisələrin gedişi belə düşünməyə əsas verir. Amma müxalif cəbhədən, həm CHP, həm də MHP-dən Abdulla Gülün dəstəklənməsi barədə səslər eşidilməkdədir. Məsələn, Dövlət Baxçalının sabiq prezident Süleyman Dəmirəllə görüşündə, ikinci onlara Gülü müdafiə etmək tövsiyyəsi vermişdi. Məsələ ondadır ki, Abdulla Gül fəal siyasi mübarizə aparacaq siyasətçi təsiri bağışlamır. Bu nöqteyi-nəzərdən, onun belə bir ciddi siyasi marafona qoşulacağı barədə siqnallar hələlik yoxdur. Digər tərəfdən, CHP ilə MHP də başqa namizədin dəstəklənməsi üzərində baş sındırırlar. Bu namizədin adı açıqlanmasa da, hər halda onlar Ərdoğana qarşı dura biləcək və onunla siyasi-ideoloji mübarizə aparmaqa qadir bir şəxsin axtarışındadırlar. Başqa bir tərəfdən namizəd axtarışı prosesinə yenicə start verilib və hadisələrin gedişində yeni-yeni namizədlərin ortaya çıxacağı da istisna deyil. Amma Ərdoğan əleyhdarlarının mütləq mənada vahid namizəd ərtafında düşünmələri vacibdir. Namizədlərin çoxluğu AKP namizədinin xeyrinə olacaq. Ola bilsin, Ərdoğan qəsdən alternativ namizədlərin irəli sürülməsi texnologiyasından istifadə edəcək ki, özünə qarşı vahid cəbhənin formalaşmasına imkan verməsin. Bu nöqteyi-nəzərdən, Ərdoğana qarşı Abdulla Gülün alternativ olaraq meydana çıxa biləcəyi hələlik real görünmür. O ki, qaldı bəzilərinin düşündüyü kimi, Ərdoğanla Gülün prezident seçkilərindən sonra tutduqları postda Rusiyada olduğu kimi yerlərini dəyişməsi, bu variant çoxdan gündəmdən düşüb. Güllə Ərdoğan arasında çoxdandır ki, soyuq küləklər əsir. Digər tərəfdən, Ərdoğanın prezident olmasından sonra, baş nazirliyə Gülün gətirilməsi Türkiyə demokratiyasını, bu sahədə əldə olunan nailiyyətləri tamamilə gözdən salar. Ona görə də, düşünürəm ki, Ərdoğanın prezident, Gülün isə baş nazir olması variantı Türkiyədə heç zaman işləməz. Gülün özünün cəsarətsiz davranışı, siyasi mövqe ortaya qoymaması ümumiyyətlə bir siyasətçi olaraq onun imicinə ciddi xələl gətirir. Bu səbəbdən onun namizədliyi məsələsində xeyli adam tərəddüd edir".
Politoloq Taleh Əliyev isə bu qənaətdədir ki, Ərdoğanın prezident olacağı təqdirdə, Gül də baş nazir ola bilər: "Baş tutan bələdiyyə seçkilərində AKP-nin qələbə çalıb-çalmaması bir çox hallarda Ərdoğanın prezident seçkilərinə namizəd qismində qatılıb-qatılmaması kontekstində dəyərləndirilirdi. AKP-nin son seçkilərdə qələbəsi isə onu göstərdi ki, Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə daha qətiyyətlə irəlilələmək imkanı əldə etdi. Hələ bələdiyyə seçkiləri ərəfəsində Abdulla Gülə belə bir sual olundu ki, qarşıdan gələn prezident seçkilərində AKP namizəd məsələsini hansı istiqamətdə həll edəcək. Gülün isə cavabı belə oldu ki, məsələni qarşıdakı mərhələdə sayın baş bakanla birgə dəyərləndirəcəklər. Hər halda, görünən mənzərə odur ki, Abdulla Gül də bu seçkilərə qatılmaq arzusundadır. Amma Güldə bu arzu olaraq qalırsa, Ərdoğanda bu konkret olaraq iddia və istəyə çevrilib. Lakin hakim partiyanın iki aparıcı fiquru arasındakı bu fikir ayrılığını dərən parçalanma kimi dəyərləndirmək də doğru olmazdı. Hər halda, Gül də seçkilərin nəticəsini hesablamamış deyil. Eyni zamanda, Ərdoğanın da bu məsələyə olmazsa olmaz kontekstində yanaşmasının fərqindədir. Ona görə də anlaşmaya gələcəkləri qənaətindəyəm. Bildiyiniz kimi, Rusiyada Konstitusiyaya uyğun olaraq bir namizəd ardıcıl iki dəfədən artıq prezident ola bilməz. Amma bu Türkiyə üçün yeni presedent yaradır. Burada ilk dəfə olaraq prezidenti xalq seçir.Ona görə də, Rusiyada olduğu kimi, Putinlə Medvedyevin bu məsələdə yerlərini dəyişməsi variantı Türkiyə üçün yerinə düşmür. Amma ola bilər ki, Ərdoğan prezident olacağı təqdirdə, Gül də baş nazir olsun. Belə bir variant gözləniləndir. Lakin bu hal Rusiyadakı hadisələrin tam eyniyyətini təşkil etmir. Orada məsələ fərqli idi, əsas fiqur Putin idi, burada isə Ərdoğandır".
Həsən İslamov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan bu barədə ilk dəfə danışdı

    Ərdoğan bu barədə ilk dəfə danışdı ...

    17-04-2014, 10:33

  • 
  • Ərdoğan yenidən AKP-nin sədri seçildi

    Ərdoğan yenidən AKP-nin sədri seçildi ...

    22-05-2017, 00:56

  • 
  • Ərdoğan-Gül müharibəsinin ilk siqnalı

    Ərdoğan-Gül müharibəsinin ilk siqnalı ...

    6-04-2014, 14:26

  • 
  • Prezident seçkilərində Ərdoğanın əsas rəqibləri kimlər olacaq?

    Prezident seçkilərində Ərdoğanın əsas rəqibləri ...

    15-04-2014, 10:40

  • 
  • Abdulla Gül prezidentliyə müxalifətin vahid namizədi ola bilər

    Abdulla Gül prezidentliyə müxalifətin vahid ...

    27-11-2017, 22:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu