GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar

Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar

Tarix: 17-09-2014, 19:47 Bölmə :Siyasət Baxış: 911
Siyasi Partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzi Azərbaycanda demokratiyanın vəziyyəti mövzusunda konfrans keçirib.

ADP-nin mərkəzi qərərgahında keçirilən konfransda KXCP, Müsavat, “Ümid” ADP və ümumilikdə 16 təşkilatın nümayəndələri iştirak edir. İclasa KXCP Sədri Mirmahmud Mirəlioğlu sədirlik edir.

Tədbir dövlət himninin səslənməsi ilə başlanıb . Bundan sonra Xalq Cümhuriyyətinin qurucuları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

KXCP Sədri Mirmahmud Mirəlioğlu çıxış edərək tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib. Azərbaycanhakimiyyətindən danışan KXCP Sədri onu da bildirdi ki, konfransa parlamentdə təmsil olunan partiyalar, həmçinin hakim partiya olan YAP -da dəvət olunub. Bundan sonra KXCP Sədri çıxış üçün sözü Müsavat başqanı İsa Qəmbərə verib.

Çıxış edən Müsavat başqanı bildirib ki, ki, mövcud rejim ölkədə demokratiyanı məhdudlaşdırmaq yolunu tutub. O, fakt kimi sadəcə Konstitusiyanın dəyişdirilməsini, iki dəfə keçirilən referendumu göstərib.

“Biz nə edəcəyimizi müzakirə etməliyik. Bu, demokratiyanın qarşısının alınması rejimin seçimidir, özünün rəva gördüyü yanaşmadır. Günahı ilk növbədə rejimdə görməliyik. Həmçinin daxili və xarici amillər var”. İ.Qəmbər beynəlxalq təşkilatları da bu məsələdə qınayıb. Demokratiyanın qarşısın alan Rusiyadır, Moskva belə istəyir deyən İsa Qəmbər, buna baxmayaraq Azərbaycanda demokratiyanın inkişafı üçün yenidən bir başlanğıc edəcəyik”,- deyə Müsavat başqanı dəyişikliklərin yaxında olduğunu vurğulayıb.

Daha sonra çıxış edən “Ümid” partiyasının sədri İqbal Ağazadə bildirib ki, demokratiya təkcə qərbin işi deyil, cəmiyyətimiz dəbu işlərdə aktiv olmalıdır. İlk öncə “nə etməli” sualına cavab axtarmaq lazımdır: “Cəmiyyətə açıq olmalıyıq. Xalq bu prosesə cəlb olunmalıdır. Kim nə qədər mübarizə apara bilirsə, o siyasi təşkilatlarla o qədər irəliləmək lazımdır. Xalq prosesin içinə alınmayacaqsa, məğubiyyət qaçılmazdır. Funksional əməkdaşlıq üçün bizə heç nə mane olmamalıdır. cəmiyyətdə bir siyasət qorxusu var: “Bu qorxu götürülməlidir və daha çox insan bizim sıralarımıza cəlb olunmalıdır”.

Daha sonra çıxış edən “Azadlıq” Partiyasının sədri Əhməd Oruc bildirib ki, demokratik inkişafı təmin etmək üçün ilk öncə polemikalara açıq olmaq lazımdır: “Bu məsələləri müzakirə etməliyik, bundan çəkinməli deyilik”.

çıxış edən “Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd edib ki, heç kim bizim əvəzimizə gəlib demokratik mühit yaratmayacaq: “Vuruşuruq, biz vuruşacağıq. Sıradan çıxanlar var, ağırdır, bunu bilirik. Amma bu yolda yürümək lazımdır”.

“Vəhdət” Partiyasının sədri Tahir Kərimli isə müxalifəti qabiliyyətsizlikdə ittiham edib. “Niyə xalq sizi dəstəkləmir? Ya xalq müdrik deyil, ya da müdrikdirsə, niyə sizi dəstəkləmir? Niyə indiyədək heç bir lider demir ki, mən hakimiyyətə gəlsəm, siyasi sabitliyi bərpa edəcəm. Niyə boyun olmurlar? Hərdən çaşıb mən də özümü müxalifətə aid edirəm. Məni iqtidarın adamı adlandırırlar. Buna görə qorxumdan “feysbuk”a girə bilmirəm”.

Bu isə tədbirdə bir qədər gərginlik yaradıb. Müsavat başqanı İ.Qəmbər yenidən söz alaraq deyib ki, xalq müxalifəti dəstəkləyir və elə ilk demokratik seçkidə buna şahid olmaq olar: “Cəmiyyət dinc yolla dəyişikliyə etimadı itirib, buna görə proseslərə qoşulmur”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirib ki, müxalifət daxili yarışdan imtina etməlidir. Həmçinin hakimiyyətlə dialoq və əməkdaşlıq yolunu hər zaman vurğulamaq lazımdır.

AXP sədri Pənah Hüseyn güclənmək lazım olduğunu deyərək bildirdi ki, “kütlənin passivliyi siyasətçilərin passivliyindən keçir. Bu gün bu fəallaşmanın proqramı verilir”.Pənah Hüseyn kütləvi aksiyaların keçirilməsinin müzakirə edilməsini də təklif edib.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, demokratiyanın vəziyyətini, Azərbaycan cəmiyyətindəki vəziyyəti bilməyən yoxdur. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti 2009-ci ildə bir nəfərin iki dəfə prezident seçilməsi qadağasını ləğv etdikdən sonra Azərbayacan cəmiyyəti ilə əlaqədar siyasi baxışlarını dəyişib: “İmitasiyaya ehtiyac görmür artıq”.

Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
Azərbaycan müxalifəti hərəkətə keçdi -Fotolar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    6-08-2014, 00:56

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    5-08-2014, 18:36

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • İsa Qəmbər Mirmahmud Mirəlioğlu ilə görüşdü (Yenilənib, FOTO)

    İsa Qəmbər Mirmahmud Mirəlioğlu ilə görüşdü ...

    14-12-2013, 18:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu