GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "BP Azərbaycanda insan haqları ilə bağlı sözünü deməlidir"

"BP Azərbaycanda insan haqları ilə bağlı sözünü deməlidir"

Tarix: 26-09-2014, 08:37 Bölmə :Siyasət Baxış: 865
"Human Rights Watch" neft nəhənginə müraciət etdi: "Hökumətə tezliklə açıq mesaj göndərilməlidir"
"BP Azərbaycanda insan haqları ilə bağlı sözünü deməlidir"

Nyu Yorkda yerləşən insan haqları təşkilatı "Human Rights Watch" həm də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün lideri sayılan neft nəhəngi BP-yə Azərbaycandakı vəziyyətlə bağlı məktub yazıb.
Məktubda deyilir ki, BP Azərbaycan hökumətinin müstəqil qrupların və fəlların üzərinə qaba hücumlarının dayandırılmasına çalışmalıdır.
Qeyd olunur ki, bu hücumlar BP-nin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsnün (Extractive Industries Transparency Initiative - EITI) lideri kimi roluna kölgə salıb.
Xatırladılır ki, BP bu ayın 20-də EITI təşəbbüs qrupunun üzvlərindən olan Azərbaycan hökuməti ilə birlikdə Azərbaycan qazını Avropaya nəql edəcək kəmər layihəsinin inaqurasiyasında iştirak edib.
BP AZƏRBAYCANDAKI VƏZİYYƏTƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIR
BP aparıcı neft şirkəti kimi hökumətlərin, şirkətlərin və QHT-lərin koalisiyasından ibarət olan təşəbbüs qrupunun təsisçi üzvlərindəndir. Bu təşəbbüsdən məqsəd enerji ilə zəngin ölkələrdə daha yaxşı idarəetməyə nail olunması, neft, qaz və digər mədən sahələrinin gəlirlərindən necə istifadə olunduğu barədə açıq cəmiyyət müzakirələrinin himayə edilməsidir.
Məktubda qeyd olunur ki, BP şirkəti təsisçi üzv olmaqla yanaşı, həm də təşəbbüs qrupunun beynəlxalq şurasının aparıcı nümayəndəsi hesab olunur.
Bu təşəbbüs qrupunun işində şirkətlər, hökumətlər və ölkələrin müstəqil təşkilatları bütün səviyyələrdə, eyni dərəcədə iştirak etməlidirlər, lakin Azərbaycan hökuməti müstəqil təşkilatların iştirakına əngəl yaradaraq EITI üzvü kimi öhdəliklərini pozmuş olur.
"BP-nin şəffaflıq uğrunda qlobal koalisiyadakı liderliyi, onu həm də təşəbbüsün özək prinsiplərindən olan vətəndaş cəmiyyətinin iştirakı prinsipinə əməl edilməsi üçün məsul edir. BP Azərbaycan hökumətinə, onun müstəqil səslər üzərinə misilsiz hücumunun dayandırılması üçün təzyiq göstərməlidir", - deyə "Human Rights Watch"un biznes və insan haqları üzrə vəzifəli tədqiqatçısı Lisa Misol bildirib..
AZƏRBAYCAN "ÖHDƏLİKLƏRİNƏ ƏMƏL EDƏN ÖLKƏ" DEYİL
Məktubda deyilir ki, Azərbaycan özünün təşəbbüsdəki iştirakını tez-tez qabartmağı xoşlayır, təşəbbüsün təsisçi üzvlərindəndir və hazırda "öhdəliklərinə əməl edən ölkə” statusunda EITI-nin beynəlxalq şurasında oturur.
Vurğulanır ki, vətəndaş cəmiyyətinin iştirakı EITI-nin məhək daşıdır və bu təşəbbüs namizəd və üzv ölkələrdən təməl insan haqlarına hörmət edilməsini birmənalı qaydada tələb edir. "Lakin indi Azərbaycan, QHT-lərin fəaliyyətini tənzimləmək üçün məhdudlaşdırıcı yeni qanunlardan və EITI iştirakçısı olan qruplar da daxil olmaqla, müstəqil qrupların susdurulması üçün başqa taktikalardan istifadə edir. Hökumət təşkilatların bank hesablarını dondurmaqla bu qrupların maliyyələşdirilməsinə blok qoyur, onların liderlərinin yeni qrantlarının qeydiyyatından əsassız və özbaşına qaydada imtina edir”, - deyə məktubda yazılır.
Bu da vurğulanır ki, hakimiyyət iddia olunan vergidən yayınma və başaqa pozuntular barədə siyasi motivli cinayət işləri açmış və başqa təhdidedeci taktikalardan istifadə etmişdir.
BP MƏSƏLƏYƏ MÜNASİBƏTİNİ AÇIB-AĞARTMAQ İSTƏMİR
"Human Rights Watch" xatırladılır ki, BP-yə bundan qabaqkı - 12 sentyabr tarixli məktubunda şirkəti Azərbaycandakı məhdudlaşdırmalarla bağlı narahatlıq bildirməyə, Azərbaycan hökuməti siyasi fəlların və müstəqil qrupların hədəflənməsini dayandıranadək onun təşəbbüs qrupunun üzvlyündən xaric ediməsi təkliflərini dəstəkləməyə çağırıb.
BP xahiş edib ki, onun bu məktuba cavabına şəxsi kommunikasiya kimi baxılsın.
EITI şurasının Birmanın Naypyadav şəhərində oktyabrın 14-15-də keçiriləcək növbəti iclasında Azərbaycanın məsələsinə baxılacağı xəbər verilir. EITI-nin fakttoplama missiyası QHT-lərlə bağlı vəziyyətin araşdırılması üçün sentybarın 20-22-də Bakıya ezam edilib.
AZƏRBAYCAN EİTİ-DƏN ÇIXARILA BİLƏR
"The Financial Times” qəzetinə müsahibəsində təşəbbüs qrupu katibliyinin başçısı Jonas Moberg deyib ki, EITI Azərbaycanın qaydalara əməl etmədiyini aşkara çıxararsa, şura öz iclasında onun təşəbbüs qrupundan xaric edilməsi məsələsinə baxa bilər.
"BP və bu mühüm şəffaflıq təşəbbüsün digər liderləri Azərbaycanın öz kursunu dəyişdirməsinə yönəlmiş səylərə yubanmadan başlamalıdırlar. Onlar çox tezliklə hökumətə fəallara qarşı təhdid və qısnamaları dərhal dayandırması barədə açıq mesaj göndərməsələr, Azərbaycanda bu təşəbbüsdə iştirak edəcək müstəqil qrup qalmayacaq”, - deyə – deyib "Human Rights Watch"un tədqiqatçısı Lisa Misol bildirib.
Material "Azadlıq" radiosundan götürülüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

    "Human Rights Watch"un nümayəndəsi Bakı ...

    31-03-2015, 20:31

  • 
  • “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- Hesabat

    “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- ...

    14-05-2014, 15:06

  • 
  • Qərbin tələbləri sərtləşir

    Qərbin tələbləri sərtləşir ...

    30-01-2013, 10:57

  • 
  • SOCAR-ın arxasında duran gizli fiqur məlum oldu

    SOCAR-ın arxasında duran gizli fiqur məlum oldu ...

    10-12-2013, 00:04

  • 
  • Xədicəyə daha bir nüfuzlu mükafat!

    Xədicəyə daha bir nüfuzlu mükafat! ...

    12-11-2015, 18:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu